"Siyasi şoumen"lər hakimiyyətə GƏLƏ BİLƏR: Rusiya kimi DƏSTƏKLƏYƏCƏK? - ŞƏRH

"Siyasi şoumen"lər hakimiyyətə GƏLƏ BİLƏR: Rusiya kimi DƏSTƏKLƏYƏCƏK? - ŞƏRHErmənistanda iqtidar-müxalifət qarşıdurması davam edir. Keşiş Baqrat Qalstanyan revanşistlərin dəstəyi ilə yersiz açıqlamaları ilə gündəmdə qalmağa çalışır. Göründüyü kimi, Paşinyan hakimiyyətinin yeritdiyi siyasət Ermənistanda fəaliyyət göstərən revaşist qüvvələri ayağa qaldırıb. Revanşizm, o cümlədən sepratizmin təbliğindən danışan zaman ağla ilk olaraq Xocalı qatilləri Köçəryan və Serj Sarkisyan ilə əlaltıları yada düşür. Köçəryan və Sarkisyan kimi "müxalifət" Qalstanyandan "oyuncaq" kimi istifadə etməklə Paşinyan hakimiyyətini devirməyə çalışır.

Arxiyepiskop Baqrat Qalstanyan aprel ayında Ermənistanda başlayan aksiyalar ilə gündəmə gəlib. İrəvandakı mitinqə rəhbərlik edən keşiş Baqrat baş nazir olmaq istəyini gizlətməyib. Lakin Ermənistan Konstitusiyasında açıq şəkildə göstərilib ki, din dövlətdən ayrıdır və belə olan halda keşiş Baqratın hakimiyyətə gəlməsi real görünmür. Belə olan halda Köçəryan və Sarkisyan kimilərin hakimiyyətə gəlməsi ehtimalı gündəmə gəlir. Paşinyan hakimiyyəti devrilərsə, bu proses Azərbaycan ilə münasibətlərə də öz təsirini göstərə bilər. Burada əsas Rusiyanın mövqeyi maraqlıdır. Baş nazir Nikol Paşinyanın yeritdiyi siyasət Rusiya tərəfindən narazılıqla qarşılanır.

Ermənistanda Baqrat və Köçəryan kimilər hakimiyyətə gələcəyi halda Azərbaycanla müttəfiqlik sazişi bağlayan Rusiya nə edəcək? Ermənistana dəstək verəcək yoxsa Azərbaycana?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Ermənistanda hakimiyyət dəyişikliyi Rusiyanın marağındadır. Paşinyan hakimiyyətinin keçirdiyi siyasət təkcə Rusiyanın Ermənistandakı mövqelərini zəiflətmir. Eyni zamanda Cənubi Qafqazdakı mövqeyinə təsir edir. Bu baxımdan Rusiya Paşinyan hakimiyyəti dəyişməsə belə mövcud siyasətdən əl çəkməsi üçün çox çalışdı:

"Lakin son proseslər göstərdi ki, Ermənistan rəhbərliyinin keçirdiyi siyasi xəttini dəyişməyəcək. Rusiyada artıq bunu anlayır və prosesdən daha az itki ilə çıxmağa çalışır. Hakimiyyət dəyişərsə, Rusiyanın istədiyi kimi bir şəxs Ermənistanda hakimiyyətə gələrsə, bu Azərbaycan-Ermənistan sülh danışıqlarına təsir edəcək. Qarabağ ilə bağlı iddialar irəli sürsələr belə, bu artıq praktiki olaraq mümkün deyil. Ermənistanda revanşistlər hakimiyyətə gələ bilərlərsə, Azərbaycan qarşısında daha çox tələb qoya bilərlər. Bu sərhədlər və kommunikasiyaların açılması kimi məsələlər ola bilər. O cümlədən proses Türkiyə ilə münasibətlərə də öz təsirini göstərəcək. Amma ümumi olaraq fikrimcə Rusiyanın Azərbaycana münasibəti çox dəyişməyəcək. Məsələ təkcə Ermənistanda hakimiyyət dəyişikliyi deyil. Dünyada çox şey dəyişib və Cənubi Qafqazda artıq əvvəlki dövr deyil. İndiki vəziyyətdə Paşinyan hakimiyyəti getsə belə, Rusiyanın Ermənistana dəstək verib, Azərbaycana qarşı çıxmaq ona sərf etmir. Cənubi Qafqazda proses dəyişib. Azərbaycan əsas həlledici rol oynayan bir ölkədir. Digər tərəfdən Rusiyanın qərblə qarşıdurmasında Türkiyəyə böyük ehtiyac var".

Siyasi şərhçinin sözlərinə görə, Azərbaycana qarşı çıxmaq yaxud Ermənistanı tam dəstəkləmək Rusiyanın Türkiyə ilə münasibətlərinə mənfi təsir edə bilər. Əgər belə ssenari gündəmə gələrsə, Rusiya balanslı xətti qorumağa çalışacaq. Rusiya sadəcə olaraq bu prosesdə Cənubi Qafqazda mövqeyini gücləndirmək üçün istifadə edə bilər:

"Bu o halda olar bilər ki, Azərbaycan-Ermənistan münasibətlərində danışıqlarında aktiv iştirakçılığını bərpa etsin. Müharibə zamanlarında Rusiya əsas oyunçu kimi iştirak edirdi. Təbii ki, Rusiya qərbin iştirakını da sıradan çıxarmağa çalışacaq. Rusiya üçün ən vacib məsələ kommunikasiyanın açılmasında özünün iştirakçılığını təmin etməkdir. Ermənistanda hakimiyyət dəyişsə belə fikrimcə, Cənubi Qafqaz ilə bağlı siyasətində bu ölkə sırf özünün iştirak etdiyi razılaşmalara yönələcək. Buna 10 noyabr və sərhədlər ilə bağlı Soçi razılaşması aiddir. Eyni zamanda Rusiya sərhədlərin delimitasiya və demarkasiyası prosesində aktiv iştirakına çalışa bilər. Bu indiki vəziyyətdə Azərbaycan üçün təhlükəli deyil. Azərbaycan üçün unikal bir siyasi mənzərə formalaşıb. Həm qərbin, həm də Rusiyanın Cənubi Qafqaz ilə bağlı gündəliyi çoxu bizim xeyrimizədir. Təbii ki, bizim əleyhimizə olan məqamlar var. Çünki bu mənzərə Qarabağ məsələsinin həllindən sonra yaranıb. Qarabağda erməni separatizmi ləğv olunub, suverenlik bərpa edildikdən sonra Azərbaycanın əli kifayət qədər gücləndi. Azərbaycana təzyiq dili sıradan çıxdı. Ermənistanda hakimiyyət dəyişərsə Rusiyanın Azərbaycana yox, Ermənistana tam dəstək verməsi əvvəlki kimi deyil. 44 günlük müharibədən əvvəlki situasiya deyil və bölgədə çox şey dəyişib. Fikrimcə burada Azərbaycan-Ermənistan mübarizəsi yox, Qərb-Rusiya mübarizəsi gedir. Rusiya sırf bu istiqamətdə regional ölkələr ilə işləyərək Qərbi bölgədən çıxarmağa çalışır".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1057   Tarix: 04 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021