Əməkdar artist: "Bizdə yüngül gülüşə təbliğat çoxdur"

Əməkdar artist: "Bizdə yüngül gülüşə təbliğat çoxdur""Dövlətimizə bir daha təşəkkür edirəm ki, Gənc Tamaşaçılar Teatrına "Milli" statusu verdilər. Bu teatrımızın bütün kollektivi üçün, düşünürəm elə tamaşaçılar üçün də böyük dəyər və qiymətdir. Biz bunu doğrultmağa çalışırıq. Bizim teatrda hər zaman nəsə qaynama prosesi gedir, yeni tamaşa hazırlanır. Saysam ki, yanvar ayından etibarən bu günə qədər teatrda neçə tamaşa təhvil vermişəm, dövlət əhəmiyyətli tədbirləri üstünə gəlsək, onların sayı 12-ni keçir. Bu sadəcə bir yarımilliyə olan hesabatdır.

Bu günlərdə Pərviz Seyidlinin "Ümid nəğməsi" adlı tamaşanı təhvil verdim. Bundan sonra biz həmin tamaşa ilə Özbəkistandakı festivalda iştirak edib, çox böyük uğurla vətənə qayıtdıq. Bununla paralel teatrda "Fiqaronun toyu" əsərinin məşqləri gedir. Bizim teatr salonumuz 350 nəfərlikdir. Elə də böyük deyil. Mən öz tamaşalarımda salonun boş olduğunu görməmişəm. Zatən min nəfər gəlsə, onlara yer olmayacaq. O 350 nəfər bizə bəsdir. Bilet satışa çıxarılan kimi satılıb qurtarır. Hərdən tamaşalarıma öz yaxınlarım üçün belə bilet götürə bilmirəm".

Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist, tanınmış rejissor Nicat Kazımov deyib. O daha sonra yüngül komediyalarla bağlı suala münasibət bildirib.

"Mən tamaşaçını heç vaxt günahlandırmamışam. Tamaşaçı hər zaman haqlıdır. O nəyə baxmaq istəyirsə, ona baxır. Nəyə gülmək istəyirsə, ona gülür. Biz ona deyə bilmərik ki, sən buna baxma və yaxud da gülmə. İş gəlir bizim öz üzərimizə. Biz nəyi təqdim edirik?! Biz tamaşaçını necə tərbiyələndirib, ona nəyi aşılayırıq?!

Əgər keyfiyyətli komediya təqdim olunsa, düşünürəm ki, tamaşaçı ona baxar. Tamaşaçıya yaxşı tamaşa təqdim etmək lazımdır. Teatrların da vəzifəsi budur. Yüngül gülüş vasitələrindən istifadə edən komandalara pis baxmıram. Normal baxıram. Bütün dünyada bu var. Allah onların da işini avand etsin, ruzilərini versin. Sadəcə tamaşaçı üçün seçim olmalıdır. Hər bir dövlətdə yüngül gülüş doğuran aktyorlar, aktyorluqla məşğul olan insanlar var, həm də çox ciddi sənətlə məşğul olan sənətkarlar var. Təbliğat hər ikisinə eyni cür gedir. Bəlkə də ciddi sənəti daha çox təbliğ edirlər. Bizdə isə əksinə, yüngül gülüşə təbliğat daha çoxdur, ciddi yaddan çıxır, unudulur", - deyə rejissor bildirib.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1047   Tarix: 04 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Elnarə Xəlilova da iynə ilə arıqlayır

Müğənni Elnarə Xəlilova da artıq çəkidən xilas olmağa çalışır. Axşam.az xəbər verir ki, sənətçi iynə vasitəsilə çəki atmağa hazırlaşdığını bildirib. E.Xəlilova bununla bağlı sosial şəbəkədə paylaşım edib

12 sentyabr
.

77 yaşlı Alla Puqaçova həyatında ilk dəfə İstanbula gedib

Məşhur cütlük Maksim Qalkin və Alla Puqaçova Türkiyənin ən böyük şəhərinə işgüzar səfərə gediblər. xarici mediaya istinadən xəbər verir ki, primadonna səfərindən bir anını "Instagram" səhifəsində paylaşıb. Kadrlarda onların otel otağında İstanbula heyranlıqla baxdıqları görünür. Qalkin 77 yaşl

11 sentyabr
.

"Yeraltı"nın yayım tarixi bəlli oldu

Türkiyəli aktyorlar Devrim Özkan, Deniz Can Aktaş və Uraz Kayqılaroğlunun baş rollarını paylaşdığı "Yeraltı" serialının ikinci mövsümünün çəkilişlərinə start verilib. Axşam.az xəbər verir ki, serialın aktyor heyətinə İsmail Hacıoğlu da daxil olub. O, ekran işində "Bozo"nun düşmənin

13 sentyabr
.

Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR

Aparıcı Zaur Kamalın səhhətində problem yaranıb. Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Klinikada sistem köçürən Zaur virusa yoluxduğunu bildirib:. "Dünən klinikaya pis vəsiyyətdə gəlmişəm, üzü o tərəfə gedirdim. Həkim "getmə" dedi"

20 sentyabr
.

3 həftədir sirli qızılgüllər alan müğənni göndərəni axtarır

Türkiyənin məşhur müğənnisi Simge Sağın on günlər mahnıları və səhnə çıxışları ilə deyil, ona göndərilən sirli güllərlə gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, Müğənniyə artıq üç həftədir kimliyi məlum olmayan bir şəxs tərəfindən hər həftə 101 qızılgül göndərilir. Beləliklə, Sağın indiyədə

24 sentyabr
.

Alimlər yeni həşərat cinsinə Teylor Sviftin adını verdi

ABŞ-ın Kaliforniya Universitetinin Riversayd kampusunun alimləri yeni həşərat cinsini amerikalı müğənni Teylor Sviftin şərəfinə adlandırıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "People" məlumat yayıb. Taxtabitilər cinsinə Swiftiephylus adı verilib. Cinsə dörd növ daxildir. Onların latınc

10 sentyabr
.

"Belə valideynləri qınayıram"

Xalq artisti Miri Yusif valideynlərə müraciət edib. Axşam.az xəbər verir ki, sənətçi avtomobildə azyaşlı uşaqların təhlükəsizliyi ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, valideynlər uşaqlaeı sükan arxasında oturanda qorumurlar:. "Sükan arxasında olarkən azyaşlı uşaqlarını qucağında və ya dizini

7 sentyabr
.

İllər sonra ekranlara qayıdan aktrisanı heç kəs tanımadı

Türkiyənin məşhur "Yahşi Cazibe" serialında Simge obrazı ilə tanınan Hande Katipoğlu illər sonra yenidən ekranlara qayıdıb. Aktrisanın yeni serialdakı dəyişən görünüşü izləyicilərin diqqətini çəkib. xarici mediaya istinadla xəbər verir ki, 2010-2012-ci illərdə yayımlanan "Yahşi Cazibe"

9 sentyabr
.

Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı

Müğənni Könül Kərimovaya qarşı 245 min manatlıq dələduzluq etməkdə ittiham olunan "Hüquq-Ekspertiza Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) rəhbəri olmuş Mübariz Məmmədov və Elçin Bağırovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlə

16 sentyabr