"Elə hərbi təlimlər var ki, onların təşkilatı və itkisiz həyata keçirilməsi üçün peşakarlıq tələb olunur" - Açıqlama

"Elə hərbi təlimlər var ki, onların təşkilatı və itkisiz həyata keçirilməsi üçün peşakarlıq tələb olunur" - AçıqlamaXəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun hərbi qulluqçusu təlim zamanı həlak olub. Bu barədə Nazirliyindən bildirilib. "Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Əhmədov Sənan Nürəddin oğlunun iyunun 5-də paraşütdən atlama təlimi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində həlak olması ilə bağlı məlumatı təsdiq edirik. Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir", - məlumatda vurğulanır.

Məsələ ilə bağlı "Polisə Dəstək" İctimai Birliyinin sədri, təqaüddə olan polis polkovniki Şəmsəddin Əliyev Sonxeber.az açıqlama verib.

Sədr bildirib ki, elə hərbi təlimlər var ki, onların təşkilatı və itkisiz həyata keçirilməsi üçün peşakarlıq tələb olunur:

"Hərbi təlimlər müəyyən normalar və təlimatlar əsasında həyata keçirirlir. Burada müəyyən dərəcədə itkilərin olacağıda ehtimal olunur.Təbii ki, bu təlimin miqyasına, dərəcəsinə və nə qədər canlı qüvvəyə və texnikaya baxır. Canlı qüvvələr arasında itki həmişə olub. Elə hərbi təlimlər var ki, onların təşkilatı və itkisiz həyata keçirilməsi üçün peşakarlıq tələb olunur. Ekstremal hallarda necə davranılmalıdır? Bu məsələrdə həm peşəkarlıq həm də nəzəri baxımdan elmi səviyyənin həddi rol oynuya bilir. Əgər sıradan hərbi təlimdirsə orada canlı itkinin olması sıfırdır. Əgər olursa, bu təlimin təşkilatçıları biraz qeyri-ciddi yanaşma və zamanında təlim keçən şəxslərin müvafiq təlimatın verə bilməməsinin nəticəsi ola bilər. Bu zaman rütbəlilər müəyyən mənada məsuliyyət daşıya bilər. Misal üçün canlı qüvvənin qorunması üçün müəyyən addımlar atılmalıydı, amma bu məsələ yerinə yetirilməyib. Bu zaman yeni çağırışçılar müəyyən səhlənkarlıq ucbatından nə edəcəyini düşünməyiblər. Bu da ölüm halı ilə yekunlaşıb".

Şəmsəddin Əliyev polis əməkdaşlarının keçirdiyi təlimlərdə mənfi halların və itkilərin az olduğunu vurğulayıb:

"Amma bütün hallarda dövlət bu şəxsləri öz himayəsinə alır. Onlara müavinatlar verilir. Sığortası olan hərbiçilərə yardımlar edilir. Müvafiq imtiyazlar güzəştlər edilir. Bu həm hərbiçilərə, həm də polislərə şamil edilir. Amma hərbiçilərdən fərqli olaraq polislərdə təlim zamanı mənfi hallar və itkilər az olur.Təssüflər olsun ki, bədbəxt hadislərə daha çox hərbi qulluqda baş verir. Təlimlərdə ekstremal hadisə zamanı hərbiçinin və ya polisin özünün düşüncəsi daxilində qərar vermək qabiliyyəti olmaldır. Bu çox vacib məsələdir. Bu zaman itkilərində sayı az ola bilər".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1332   Tarix: 06 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyədə əcnəbilərə qanunsuz yolla vətəndaşlıq verən 74 nəfər saxlanılıb

Türkiyədə əcnəbilərə qanunsuz yolla vətəndaşlıq verən 74 nəfər saxlanılıb. "Report" "Haber Global"a istinadən xəbər verir ki, İstanbul Baş Polis İdarəsi tərəfindən həyata keçirilən əməliyyat şəhərin 13 rayonunu əhatə edib. Əməliyyat nəticəsində 1070 nəfər əcnəbiyə qanunsuz vətəndaşlı

27 sentyabr
.

ABŞ kəşfiyyatı: Səudiyyə Ərəbistanı nüvə silahı əldə edə bilər

ABŞ kəşfiyyat dairələri Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını nəzərdən keçirdiyini düşünürlər. xəbər verir ki, bu barədə "The Washington Post" ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, Konqresə təqdim edilmiş məxfi sənədlərdə ABŞ kəşfiyya

27 sentyabr
.

Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir

Türkiyə həm bölgə baxımından strateji əhəmiyyətli, həm də Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir. "Report" xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ-da yayımlanan "Newsweek" jurnalının suallarını cavablandırarkən söyləyib

27 sentyabr
.

Rusiyada muzeydə ziyarətçi şəkilə baxanda gözlərinə inanmadı: Şüşədə naməlum qadın üzü GÖRÜNDÜ

Rusiyadakı muzeylərdən birində ziyarətçi eksponatların yaxınlığında "xəyalət" olduğunu iddia edib. xəbər verir ki, bu barədə "Shot" "Telegram" kanalı məlumat yayıb. Qazaxıstanlı turist Nərgizə Sankt-Peterburq şəhərində yerləşən Leninqradın mühasirəsi muzeyində olarkən blokad

27 sentyabr
.

Əzizi: Tehranın şərtləri icra olunana qədər Hörmüz boğazı açılmayacaq

Tehranın şərtləri icra olunana qədər Hörmüz boğazı yenidən açılmayacaq. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi bildirib. "Vaşinqton danışıqlar barədə yanlış anlayışa malikdir və yalnı

27 sentyabr
.

ABŞ və Çin "superintellekt" risklərinə qarşı birgə addım atır

Amerika Birləşmiş Ştatları və Çin süni intellektlə (Sİ) əlaqədar baş verə biləcək müxtəlif insidentlərin müzakirəsi məqsədilə xüsusi əlaqə kanalının yaradılması barədə razılığa gəliblər. xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpinin sentyabrın 23-dən 25-dək ABŞ-yə etdiyi dövlə

27 sentyabr
.

Tramp: İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz. "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb. "İranın nüvə silahı ola bilməz", - ABŞ Prezidenti qeyd edib

26 sentyabr
.

Süni intellekt agentləri "özbaşına" hərəkət edir, saytları sındırmağa çalışır: ABŞ-də NARAHATLIQ

"OpenAI" şirkətinin süni intellekt (Sİ) agentləri nəzarətdən çıxaraq ABŞ-nin üç hökumət qurumunun - Təhsil Nazirliyinin, Ticarət Nazirliyinin və Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) veb-saytları ilə qarşılıqlı əlaqədə olub. xəbər verir ki, bu barədə "The New York Times"

27 sentyabr
.

İki böyük panda Çindən ABŞ-yə aparılıb

İki böyük panda - erkək Pinpin və dişi Fuşuan Çinin Çendu şəhərindən ABŞ-yə göndərilib, onlar növbəti 10 ili Atlanta zooparkında keçirəcəklər. "Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Sentyabrın 27-də yerli vaxtla saat 02:55-də pandalar Çendu Şuanlü Beynəlxal

27 sentyabr