Yeni Kaledoniyada iğtişaşlar nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb
Yeni Kaledoniyada iğtişaşlar nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb, daha 1 nəfər iyunun 3-də Numea Beynəlxalq Hava Limanına gedən yolda jandarma ilə yerli sakinlərin atışmasından sonra xəstəxanada vəfat edib. Yerli prokurorun sözlərinə görə, arxipelaqdakı iğtişaşlar başlayandan bəri ölənlərin ümumi sayı səkkiz nəfərə çatıb.
"Report"un Azərtac-a istinadən verdiyi xəbərə görə, hadisə Payta şəhərindəki Kol-de-la-Piroq rayonunda, arxipelaqın paytaxtı Numeadan etirazçılar tərəfindən bağlanan aeroporta gedən yolda baş verib. Jandarmların bildirdiyinə görə, onların avtomobili pikapla vurulduqdan sonra cavab atəşi açılıb.
Prokuror bildirib ki, cümə günü başından yaralanan 26 yaşlı kişi də vəfat edib.
Sakit okeanın cənubunda Fransanın dənizaşırı ərazisi olan yeni Kaledoniyada iğtişaşlar mayın ortalarında başlayıb. Bunun səbəbi Parisin yeni seçicilərə - 10 ildən çoxdur Yeni Kaledoniyada yaşayanlara yerli seçkilərdə səs vermək hüququ vermək qərarı ilə bağlıdır. Yerli əhali bu qərarın əleyhinə çıxıb.
Fransa parlamenti tərəfindən sözügedən islahata baxılması ərəfəsində yeni Kaledoniyada iğtişaşlar və jandarmların müstəqillik tərəfdarları ilə ilk toqquşmaları başlayıb. Səlahiyyətli orqanlar "misli görünməmiş zorakılıqlar" barədə məlumat veriblər. Arxipelaq ərazisində fövqəladə vəziyyət elan edilib, TikTok bloklanıb, Parisdən hərbi dəstək göndərilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 752 Tarix: 08 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Venesuelada zəlzələ qurbanlarının sayı 4 mini keçdi
Venesuelada baş vermiş güclü zəlzələ qurbanlarının sayı artaraq 4 118 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə Bolivar Respublikasının Milli Assambleyasının (parlamentinin) rəhbəri Xorxe Rodriqes "Telegram" kanalında bildirib. Hesabata əsasən, 16 740 nəfər müxtəlif dərəcəl
11 iyulHörmüz boğazından gəmilərin keçidi minimuma enib
ABŞ və İran arasında hərbi eskalasiya səbəbindən kommersiya gəmilərinin Hörmüz boğazından hərəkəti azalıb. "Report" xəbər verir ki, bu barədə dəniz yük axınlarının izlənməsi ilə məşğul olan "Windward" şirkətinə istinadən "İnterfaks" məlumat yayıb. Məlumata görə, cəmi bi
11 iyulPaşinyan: Yeni konstitusiyanın qəbulu hökumətin gündəmində qalır
Ermənistanın yeni konstitusiyasının qəbulu hakim "Vətəndaş müqaviləsi" Partiyasının gündəmində qalır. "Report" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Konstitusiya Günü ilə əlaqədar xalqa müraciətində bildirib. O, ölkə konstitusiyasının zamanın çağırışların
5 iyulEtnanın tarixdə ən dağıdıcı püskürmələri: İnlar yenidən baş verə bilərmi?
Siciliya adasında yerləşən Etna vulkanı Avropanın ən hündür və ən fəal vulkanlarından biri hesab olunur. Alimlər son 2 500 il ərzində onun yüzlərlə püskürməsini qeydə alıblar. Onların əksəriyyəti nisbətən zəif olsa da, bəzi püskürmələr bölgənin tarixində ciddi iz buraxaraq şəhərləri, əkin sahələrin
9 iyulTramp və Ərdoğan arasında görüş keçirilir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Donald Tramp arasında ikitərəfli görüş keçirilir. Türkiyə mətbuatına istinadən xəbər verir ki, tərəflər Ankaradakı Prezident Sarayında görüşüblər. Daha sonra iki lider birgə mətbuat konfransına qatılıblar. 15:38. ABŞ Prezidenti Donald Tramp NATO sammitind
7 iyul