Əməkdar artistin Murad Dadaşova müraciəti hər kəsi kövrəltdi: "Əlillik pulumla ailəmi dolandırıram"

Əməkdar artistin Murad Dadaşova müraciəti hər kəsi kövrəltdi: "Əlillik pulumla ailəmi dolandırıram""Hazırda evdə oturub senarilər yazıram. Əlimdə o qədər yaxşı senarilərim var ki. Hətta bir serialın senarisini yazmışam. Yəqin ki, mənə ehtiyac yoxdur. Bəzilərini əlimdə məhdud sayda olan imkanlarla çəkdirib səhifəmə yükləmişəm. Aktyor olmayan adamlarla birlikdə onları çəkirəm. Onlar təmənnasız çəkilir, amma sonra istəyirlər ki, çəkdiklərim televiziyada getsin. Mən aktyoram, işsiz qala bilmirəm. Bu başadüşüləndir. Hamı bilir və tanıyır ki, atam əməkdar artist Sadıq Hüseynov da aktyor idi. Onu hər kəs "Savalan baba" adı ilə tanıyır. Atam da yazırdı, gözəl qələm sahibi idi. Bu istedad mənə ondan keçib. Həmişə arzu etmişəm ki, hansısa kanalda mənə kiçik vaxt versinlər, həftədə 1 dəfə veriliş edim. Lap Allahverdi Yolçuyev, Adışirin Bağırovu yenidən bir araya gətirib, "Sehrli güzgü"-nün yeni variantını hazırlaya bilərik. Mən sizin vasitənizlə hörmətli Murad Dadaşova müraciət etmək istəyirəm. O hər zaman sənətə, sənətkar ailələrinə, sənətkarların özünə xüsusi diqqət və qayğı göstərir. Bəlkə də məni qəbul edib dinləyib "Xəzər" kanalında mənə iş verər. O Lider tv-də baş prodüsser olanda da biz görüşmüşük. Hər zaman böyük hörmətlə qarşılayıb məni, diqqət göstərib. Ümidim ona və Allahadır. Maddi vəziyyətim də yaxşı deyil, üstəlik də buna ehtiyacım var. Hətta video səhnəcikləri çəkdiyim balaca kameramı da ehtiyac üzündən satmaq istəyirəm. Gözümdən 3-cü qrup əliləm. Ailəmi o əlillik pulu ilə dolandırıram. Yoldaşımın da, özümün də, qızımın da səhhətində problem var".

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, "Karlson" və "Tənbəl Əhməd" obrazları ilə məşhurlaşan Arzu Hüseynov deyib. O daha sonra əlavə edib.
"Mən aktyoram, bu gün başqa harada işləyə bilərəm? Teatrda işləyə bilmərəm, mənim üçün çətindir. 2007-ci ildən teatrla sağollaşıb səhnədən ayrılmışam. Seriallardan da dəvət gəlmir. Bilmirəm niyə? 2020-ci ildə sonuncu dəfə çəkilmişəm. Hətta bir neçə telekanala getmişəm ki, mənə iş versinlər. Deyiblər ki, get çək gətir. Mənim buna maddi gücüm çatmır. Boş-boşuna keçən illərə heyfim gəlir. Mən axı bu sənətdə, bu sahədə canımı, sağlamlığımı qoymuşam. Sənətkar həyatı belədir də. Sənə ehtiyac olanda istifadə edilirsən, ehtiyac olmayanda isə heç kimin yadına düşmürsən. Həyat gedir, bu gün varıq, sabah yox. Zaman gözləmir! Bu gün yada düşmürüksə, bəs nə vaxt yada düşəcəyik?! Sənətimdən pul qazana bilmirəm. Rejissorlar aktyorları qrupa bölür. Biri deyir ki, bu uşaq verilişindən çıxıb, biri deyir ki, bu AZTV-nin aktyorudur. Belə edib bizi cəmiyyətdən təcrid edirlər. Yalançı aktyor kurslarında oxuyan "aktyorlar"-ı önə çıxarırlar. Mənim heç kimə paxıllığım yoxdur, sadəcə çörəyi çörəkçiyə vermək lazımdır. Hansısa aidiyyatı qurum bu məsələni nazirlik qarşısında qaldırmalıdır ki, onlardan soruşsun ki, bir qrup insanlar niyə yada düşmür? Əgər pis idiksə niyə bizi o illərdə çəkirdilər?! Bu qədər serial və filmlər çəkilir. Bir filmdə mənə uyğun rol olmadı?! Evdə oturmaqdan şəkər xəstəliyi tapmışam. Yolla gedirəm mənə deyirlər ki, siz Karlson deyilsiniz? Tamaşaçılar bizi hələ də unutmayıblar" deyə aktyor bildirib.
Əməkdar artistin Murad Dadaşova müraciəti hər kəsi kövrəltdi: "Əlillik pulumla ailəmi dolandırıram"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1240   Tarix: 10 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Tarixi hadisələr və milli yaddaş

2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl

26 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Vətən müharibəsinin başlamasından altı il ötür

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. xəbər verir ki, altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumu

27 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

Övladınız 11-17 yaşındadırsa, DİQQƏT: Dələduzlar məhz onları hədəf seçirlər

"11-17 yaş qrupunda olanlar dələduzlar üçün ən əlverişli və asan hədəf sayılır". xəbər verir ki, bunu "RİA Novosti"yə rusiyalı psixoloq, psixologiya elmləri namizədi Svetlana Kolobova deyib. Mütəxəssisin sözlərinə görə, yeniyetmələr daim müstəqilliyə can atır və problemləri özlər

27 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr