"International Medical Center"də övladımı pnevmoniya elədilər – Şəhid qardaşı klinikadan şikayətçidir

"International Medical Center"də övladımı pnevmoniya elədilər – Şəhid qardaşı klinikadan şikayətçidir"International Medical Center"dən yenə şikayət var.

AFN.az xəbər verir ki, adıçəkilən klinikada sağlam doğulan körpənin vəziyyəti sonradan ağırlaşıb. Hazırda Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda müalicə olunan körpənin atası Cavad Abdullayev saytımıza açıqlamasında bildirib ki, övladı mayın 7-si gecə dünyaya gəlib: "Gecə saatlarında təbii doğuşla dünyaya gəldi oğlum. Uşaq andan olanda bizə heç nə demədilər, dedilər ki, yaxşıdır. Evə gəldik, səhər mənə zəng etdilər ki, uşağın ciyəri açılmayıb, küvəzə qoymuşuq. Getdim xəstəxanaya, 2 min manat bir dəfə, 1000 manat bir dəfə pul verdim. Üstəlik, 1100 manata mənə dərman aldırıblar övladıma verməyə. Tapılmayan dərmandır, mənə dedilər birini al gətir, axtarıb tapıb gətirdim, dedilər biri də lazımdır. Elə bil xəstənin, xəstə yaxınlarının qəsdinə durublar ".

C.Abdullayevin sözlərinə görə, "International Medical Center"də övladının müalicəsi üçün həddən artıq çox pul tələb edildiyi üçün Pediatriya İnstitutuna köçürmək istəyib. Lakin bu zaman ona mane olmağa çalışıblar: "Uşağa saysız-hesabsız diaqnozlar qoydular. İmkan vermirdilər köçürmə etməyə. Təkidimdən sonra buna nail olduq. Yeri gəlmişkən, Pediatriya İnstitutunun həkim heyətinə sonsuz təşəkkürlərimi bildirirəm ki, övladıma çox yaxşı baxıblar bu neçə müddətdə. Orda hər kəs razıdır. Amma "International Medical Center"dən ora saysız-hesabsız xəstə uşaq gətirilir. Valideynlərlə söhbət əsnasında dedilər ki, uşağı təzə anadan olanda çimizdirirlər kranın altında. Körpələrin çoxusu bundan sonra pnevmoniya olur. Hətta belə fikirlər səsləndirənlər oldu ki, xəstə uşaqlara müalicə aparılmır orda, aparata qoyur dərman vurur yatızdırırlar ki, mümkün qədər çox yaşasın, valideyndən depozit alınsın, pul alınsın. Mənim oğlum da pnevmoniya olub, özü də sonradan tutub. Çünki uşaq ana bətnində olanda biz bütün müayinələrdən keçirilib, tam sağlam uşaq olub. Hazırda əlimdə həkim rəyləri, lazım olan müayinələrin nəticələri də var bunu sübut etmək üçün.

Mən obyektivlik naminə bir məsələni də qeyd etmək istəyirəm ki, ikinci övladım 2018-ci ildə həmin xəstəxanada dünyaya gəlib, o zaman vəziyyət bu deyildi orda. Körpələrə, doğum edən qadınlar diqqət, qayğı vardı. İndi görünür "gözləri açılıb", dünyaya daha geniş baxırlar. Amma düzgün baxmırlar".
Qeyd edək ki, C.Abdullayev şəhid gizir Aydın Abdullayevin qardaşıdır.

Məsələ ilə bağlı "International Medical Center"dən mövqe almaq istədik. Klinikanın hüquqşünası əvvəlcə bizi "məsələyə qarışmaqda" ittiham etdi. Sonra isə rəsmi mövqeni təqdim edəcəyini bildirsə də, qanunla tələb olunan müddət ərzində mövqe redaksiyamıza təqdim olunmadı.

Xatırladaq ki, bir neçə gün əvvəl həmin klinika ilə bağlı redaksiyamıza daha bir şikayət daxil olmuşdu. Belə ki, Gəncə şəhər sakini Səmədova Zeynəb klinikada həkim Aytən Əliyeva tərəfindən dizlərinə kök-hüceyrə prosudur edildiyini, bundan sonra isə vəziyyətinin daha da ağırlaşdığını bildirmişdi.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 924   Tarix: 10 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021