Bakıda kişi intim münasibətdə olduğu qadını alt paltarı ilə boğdu - DETALLAR

Bakıda kişi intim münasibətdə olduğu qadını alt paltarı ilə boğdu - DETALLARBakının Suraxanı rayonunda 1986-cı il təvəllüdlü Bəhruz tanışlıq münasibətlərində olduğu 1977-ci il təvəllüdlü Nigarı (adlar şərti verilib - red.) qətlə yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə ötən il avqustun 24-də Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində baş verib.

Bəhruz qəsəbədə kirayədə yaşayan, maddi gəlir qarşılığında kişilərlə intim əlaqəyə girməklə əxlaqsız həyat tərzi keçirən tanışı Nigara borc verdiyi 50 manatı geri istəyib.

Qadınla cinsi əlaqədə olmaq üçün yüngül sərxoşluq vəziyyətində onun yaşadığı mənzilə gəlib, 1 gün əvvəl verdiyi 50 manat pulun 15 manatını cinsi əlaqə qarşılığında Nigarda qalmasını deyib, qalan 35 manatı isə geri qaytarmasını tələb edib.

Nigar onun ünvanına nalayiq ifadələr işlədərək pulu qaytarmaqdan nümayişkaranə surətdə boyun qaçırıb.

Bəhruz əvvəllər 2023-cü ilin yanvar və avqust aylarında borc kimi verdiyi 500 manat pulu da qaytarmadığına görə onu öldürmək qərarına gəlib.

Bu məqsədlə mənzilin qonaq otağında çılpaq vəziyyətdə olan Nigara əlləri və təpikləri ilə ardıcıl zərbələr endirib. Sonra isə qadın alt paltarını onun boynuna dolayıb, onu boğaraq öldürüb.

"Dəfələrlə cinsi əlaqədə olmuşam"

İstintaq orqanı tərəfindən Bəhruzun barəsində Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhruz özünü qismən təqsirli bilib. O, özünü Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə günahkar sayıb.

Bəhruzun sözlərinə görə, təxminən 5-6 il əvvəl o, Nigar ilə Türkan yolunun üstündə yerləşən barda tanış olub: "Nigar ilk dəfə pul müqabilində özü mənə yaxınlaşdı. O, əvvəllər başqa-başqa yerlərdə, hətta yataqxanada da qalırdı. Son 2-3 ay olardı ki, hadisə baş verən mənzildə kirayədə yaşayırdı.

Mən Nigarla dəfələrlə cinsi əlaqədə olmuşam. Nigarın bir qızı var, Türkiyədə ərdədir".

"15 manata görüşə çıxdığını bilirdim"

Bəhruz qeyd edib ki, növbəti dəfə, günorta saatlarında Nigara zəng edib, onunla görüşmək istədiyini deyib: "Nigar kənarda olduğunu, bir azdan evə gələcəyini dedi. Hövsan qəsəbəsində yerləşən kafedə 6-7 bakal pivə içdim. Sərxoş vəziyyətdə yaşadığım həyətə gəldim.

Məhəllədə ağacın altında oturmuşdum, Nigarın gəldiyini gördüm. O, mənə "gedək görüşməyə" dedi. Dedim, görürsən içkiliyəm, gedirəm yenə pivə içməyə. "Bu gün görüşə bilməyəcəyik?" deyə məndən soruşdu. Mən yenə pivə içmək istədiyimi söylədim.

Nigarın daim 15 manata görüşə çıxdığını bilirdim. Ona 50 manat pul uzadaraq, 35 manatı qaytarmasını istədim. Dedi ki, axşam gələrsən, 35 manatı qaytararam. Mən pivə içməyə getdim. Həmin gün Nigarın evinə gedə bilmədim".

"Hər dəfə yolda olduğunu dedi"

Bəhruzun ifadəsinə görə, növbəti gün saat 10 radələrində Hövsan qəsəbəsindəki kafeyə gedib və orada 3 bakal pivə içib:

"Sonra qonşum Əli ilə məscid tərəfdə kafedə 4 bakal pivə içdik. Sonra dəniz kənarına gedərək çimmək istədik. Lakin su natəmiz olduğundan fikrimizdən daşındıq.

Nigarın mobil telefonuna zəng edərək evdə olub-olmadığını soruşdum. Nigar evə gəldiyini, artıq yolda olduğunu dedi. Bu arada mən üç dəfə Nigara zəng etdim. Hər dəfə mənə yolda olduğunu dedi".

"Ata-anasını söydüm"
Bəhruz qeyd edib ki, nəhayət, Nigar saat 21 radələrində evə gəlib və həyətdə onunla qarşılaşıb:

"Birlikdə Nigarın qaldığı evə daxil olduq. O, sərinkeşi qoşdu, mən də divanda oturdum. İlk sözüm "35-i görüm" oldu. O isə məni nalayiq sözlə təhqir etdi, pulu olmadığını dedi. Mən Fərhadın kafesinin şüşəsini əlimlə təsadüfən sındırdığımı, şüşənin pulunu və pivədən 10 manat borcumun qaldığını, təcili çatdırmalı olduğumu dedim.

Nigar pulunun olmadığını bir daha təkrarladı. "Pulun yoxdur, heç olmasa 20 manat ver, aparım kafeyə çatdırım" dedim. O, məni nalayiq sözlərlə təhqir edərək söhbət edə-edə cinsi əlaqədə olmaq üçün tam soyundu. Lakin alt tumanı əynində qaldı.

Ondan 50 manatın hamısını geri istədim. Nigar mənim ata-anamın ünvanına nalayiq sözlər dedi. Mən də onun ata-anasını söydüm".

"Taqətdən düşdü"

Bəhruzun ifadəsinə görə, daha sonra Nigar alt tumanını da soyunub və ona "4 dəfə ol, hesab bitsin" deyib: "Alt paltarını çıxarıb divanın üstünə ataraq lüt vəziyyətdə oldu. Sonra sərinkeşin qarşısına, döşəməyə döşək atdı. Ona "mənim ata-anamı söyürsən?" dedim.

Nigarın divanın üstünə atdığı alt paltarını götürdüm və onun arxasına keçdim. İki əlimdə alt paltarı ilgək şəklində Nigarın arxadan boğazına atdım, sağ dizimi onun onurğa sütununa qoydum və özümə sarı sıxmaqla onu boğdum. Təxminən 3 dəqiqə davam etdim.

Nigar mənə əvvəl "boşla-boşla" deyib, divana əl-qol atsa da, mən boğmağa güc verəndən təxminən 2-3 dəqiqə sonra onun səsi kəsildi, taqətdən düşdü".

"Törətdiyim cinayət əməlini etiraf etdim"

Bəhruz qeyd edib ki, Nigarın tam öldüyünə əmin olandan sonra onun sinəsində oturub, "ay fahişə, məni zibilə saldın" deyib: "Onun sinəsinə bir yumruq da vurdum. Mübahisə edərkən ucadan danışmamışıq. Bizim səsimizi qonşular eşitməyib. Hətta mübahisə edəndə pəncərəni də bağlamışdıq ki, səs küçəyə getməsin.

Mən Nigarın öldüyünə tam əmin olandan sonra lüt vəziyyətdə özünün yerə saldığı döşəyin üzərinə kürəyi üstə uzatdım. Bu zaman Nigara zəng gəldi. Telefonu onun sinəsinin üstünə qoydum, zəng edənin kim olduğuna baxmadan və zəngə cavab vermədən, açarla qapını çöldən bağlayıb həyətə düşdüm. Bir qədər binanın qarşısında oturdum.

Oğlumun əl telefonuna zəng edib, adam öldürdüyümü dedim. Bundan sonra yaşadığım evə gəldim, telefonumu atama verdim. Törətdiyim cinayət hadisəsini ata-anama dedim. Əlimi-üzümü yuyandan sonra Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə getdim. Törətdiyim cinayət əməlini etiraf etdim.

Hadisədən əvvəl Nigarla cinsi əlaqədə olmamışam. Evdə Nigarla özümdən başqa heç kim olmayıb".

"Səbəb valideynlərim barəsində ağır təhqirlər etməsi olub"

Təqsirləndirilən şəxs bildirib ki, hadisədən bir neçə ay əvvəl Nigara borc olaraq 300 və 200 manat pul verib: "Geri qaytarmamasına baxmayaraq, pulumu tələb etməmişəm. Nigarın evinə getməyimdə məqsədim borc verdiyim 50 manatdan 35 manatını almaq olub. Qətli tamah məqsədilə törətməmişəm. Buna əsas da olmayıb. Nigarın maddi vəziyyəti yaxşı olsaydı, hadisədən bir gün əvvəl məndən borc pul istəməzdi.

Nigarı öldürməyimin əsas səbəbi onun valideynlərim barəsində ağır təhqirlər etməsi, nalayiq ifadələrlə küçə söyüşləri söyməsi olub. Nigarı öldürdükdən sonra onun telefonunu sinəsi üzərinə qoydum, pulqabına isə ümumiyyətlə toxunmadım".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Bəhruz 10 il 6 ay azadlıqdan məhrum edilib.

Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1416   Tarix: 11 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Tarixi hadisələr və milli yaddaş

2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl

26 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Vətən müharibəsinin başlamasından altı il ötür

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. xəbər verir ki, altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumu

27 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

Övladınız 11-17 yaşındadırsa, DİQQƏT: Dələduzlar məhz onları hədəf seçirlər

"11-17 yaş qrupunda olanlar dələduzlar üçün ən əlverişli və asan hədəf sayılır". xəbər verir ki, bunu "RİA Novosti"yə rusiyalı psixoloq, psixologiya elmləri namizədi Svetlana Kolobova deyib. Mütəxəssisin sözlərinə görə, yeniyetmələr daim müstəqilliyə can atır və problemləri özlər

27 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr