"Ərdoğanın Şuşaya növbəti səfəri Azərbaycan-Türkiyə arasındakı münasibətləri daha da yüksək səviyyəyə çatdıracaq" - DEPUTAT
"Rəcəb Tayyib Ərdoğanın Şuşaya növbəti səfəri dostluq və qardaşlığımızın növbəti təntənəsidir".
Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.
Deputat qeyd edib ki, iyulda Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi sammiti keçiriləcək:
"Həmin samitdə Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. Bilirsiniz ki, Rəcəb Tayyib Ərdoğan Şuşaya səfər edən ilk xarici ölkə rəhbəridir. Bu gün Türkiyə dünyada haqqı və ədaləti müdafiə edən güclü dövlətdir. 44 günlük Vətən müharibəsi zamanı və sonrakı dövrdə Türkiyə hər zaman Azərbaycanı dəstəkləyib. Rəcəb Tayyib Ərdoğan ilk səfəri zamanı Şuşada olan mədəniyyət mərkəzlərinin, tarixi abidələrin yerlə-yeksan olmasını öz gözləri ilə gördü və bütün dünyaya bəyan etdi. "Zəfər paradı"nda da iki qardaş ölkə başçılarının möhtəşəm qələbəni birlikdə qeyd etməsi Türkiyə-Azərbaycan dostluğunu sarsılmaz və əbədi olduğunu sübut etdi. Ərdoğanın növbəti Şuşa səfəri siyasi və mənəvi əhəmiyyəti var".
Deputat vurğulayıb ki, bütün dövrlərdə Azərbaycan-Türkiyə münasibətləri yüksək səviyyədə olub:
"Bu gün Türkiyə şirkətləri işğaldan azad edilmiş ərazilərdəki bərpa işlərində yaxından iştirak edirlər. Türkiyə hər zaman Azərbaycanın yanındadır. Həmçinin Azərbaycan qardaş ölkə kimi Türkiyənin yanındadır. Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfərinin böyük əhəmiyyət kəsb. Düşünürəm ki, Rəcəb Tayyib Ərdoğanın Şuşaya növbəti səfəri Azərbaycan və Türkiyə arasındakı münasibətləri daha yüksək səviyyəyə çatdırılmasına xidmət edəcək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 970 Tarix: 11 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda dənizdə batan tələbələrin FOTOSU
19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd
25 sentyabr2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde
25 sentyabrTarixi hadisələr və milli yaddaş
2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl
26 sentyabrVətən müharibəsinin başlamasından altı il ötür
Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. xəbər verir ki, altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumu
27 sentyabrAzərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil
27 sentyabrAzərbaycanda vulkan püskürdü - FOTO/VİDEO
Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind
26 sentyabr