"Makron istefa verə bilər" - KİV
"Fransa Prezidenti Emmanuel Makron parlament seçkilərində sağçılar qələbə qazanarsa, dövlət başçısı postundan istefa verməsi ehtimalını yaxın ətrafı ilə müzakirə edir".
"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən "Europe 1" radiostansiyası yayıb.
"Prezidentin istefası tabu deyil. Bəli, bu gün bütün ssenariləri nəzərdən keçirmək lazımdır. O öz beşillik səlahiyyət müddətinin sonunu qurban verməyə hazırdır", - deyə mənbə bildirib.
Bununla belə, bildirilir ki, istefaya yollanmaq Fransa liderinin üstünlük verdiyi variant deyil: "Prezidentin seçə biləcəyi digər strategiya sağçı "Milli Birlik" partiyasının parlament seçkilərində qələbə qazanması halında həmin partiya ilə rəhbərlikdə birlikdə mövcud olmaqdır".
Xatırladaq ki, E.Makron iyunun 9-da Milli Assambleyanın (parlamentin aşağı palatası) buraxılması və ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə qərar qəbul edib. Seçkilərin birinci turu iyunun 30-da, ikinci tur isə iyulun 7-də baş tutacaq. Fransada sonuncu dəfə parlamentin aşağı palatası 1997-ci ildə Prezident Jak Şirak tərəfindən buraxılmışdı.
Qeyd edək ki, E.Makron 2017-ci ilin mayından Fransa Prezidentidir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1040 Tarix: 11 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yaponiya və ABŞ-dan Çinlə bağlı yeni mesaj
Yaponiyanın Baş naziri Sanae Takaiçi ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. TASS-a istinadən xəbər verir ki, tərəflər Trampın Çin Sədri Si Cinpinlə danışıqlarını müzakirə ediblər və Çinə qarşı siyasət də daxil olmaqla, gələcək əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər. Takaiçini
27 sentyabrTrampın İranın Hörmüz planını rədd etməsinin səbəbi açıqlanıb
ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazından gəmiçiliyin bərpası ilə bağlı təklif etdiyi planı, xüsusilə İran tərəfinə etimadın olmaması səbəbindən rədd edib. "Report"un məlumatına görə, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts "Fox News" telekanalının efirində bildirib
27 sentyabr5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb
Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda özəl klinikada diş müalicəsi alan 5 yaşlı Hatice Serra Kıl müalicədən sonra vəziyyəti pisləşərək xəstəxanada ölüb. xəbər verir ki, məlumata görə, kiçik qız müalicədən sonra ailəsi ilə birlikdə evə qayıdıb. Bir müddət sonra onun vəziyyəti pisləşib və valideynlər
27 sentyabrPezeşkian: Yaxın Şərqin "polis"ə ehtiyacı yoxdur
İran ABŞ və İsraillə qarşıdurmada "öz mövqeyində qalmağa" davam edir. "Report" "Al Jazeera"yə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib. Onun sözlərinə görə, sanksiyalar vasitəsilə İran xalqına təsir göstərəcəyini düşünənlər "yanılıblar"
26 sentyabrPezeşkian Trampla görüşün faydalı olacağına inanmır
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, Vaşinqton Hörmüz boğazı ilə bağlı Tehranın təklifini qəbul etmədiyi təqdirdə, amerikalı həmkarı Donald Trampla görüşü əhəmiyyətsizdir. "Report" xəbər verir ki, bunu İran rəhbəri "Al Jazerra" telekanalına müsahibəsində deyib. "ABŞ yazdıqlarımız
27 sentyabrAİ-də enerji BÖHRANI: Qaz və elektrik enerjisinə qənaət gündəmə qayıtdı
"Avropa İttifaqında (Aİ) ABŞ və İsrailin İrana qarşı müharibəsinin neft-qaz bazarlarına təsirləri fonunda enerji qiymətləri artıb. Bununla əlaqədar Brüssel Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakının azaldılması ilə bağlı tədbirləri nəzərdən keçirməyə çağırır". TASS-a istinadən xəbə
27 sentyabrYakutiyada kömür mədənində partlayış olub: Ölənlər və yaralananlar var
Yakutiyada Elqa kömür yatağı ərazisində yerləşən ehtiyat nasos stansiyasında baş verən partlayış nəticəsində insan ölümü qeydə alınıb. xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Saxa Respublikasının (Yakutiya) prokurorluğunun mətbuat xidməti özünün "Telegram" kanalında məlumat yayıb
26 sentyabr