"Telegram"ın yaratdığı oyun real pul qazandırır? - AÇIQLAMA

"Telegram"ın yaratdığı oyun real pul qazandırır? - AÇIQLAMA"Telegram" tərəfindən buraxılan "Hamster Kombat" oyunu ilə bağlı bir sıra suallar ortaya çıxıb. Bir sıra şəxslər oyunun dələduzluq məqsədilə yaradıldığını düşünür.

"Ölkə.Az" xəbər verir ki, İKT üzrə ekspert Fərid Pərdəşünasın sözlərinə görə, oyun skam - yəni dələduzluq deyil və ya şəbəkə marketinqi kimi qatılımçıların pulları əsasında büdcə formalaşdırmır:

"Oyun "Airdrop" məntiqinə əsaslanır. Bunu kriptovalyuta ilə məşğul olanlar yaxşı bilir. Yəni, çox sayda istifadəçi cəlb edilir. Oyunda virtual pullar yaranır, daha sonra həmin virtual pul birjaya çıxıb real dəyər qazananda iştirakçıların bir qismi arasında paylanır.

Əgər "Airdrop" və kriptovalyuta anlayışlarından xəbəriniz yoxdursa, bu oyuna girməyi məsləhət görməzdim. Nə elədiyinizi heç özünüz də bilməyəcəksiniz.

Oyun "Telegram"ın TON zəncirinə bağlıdır və məntiq ekrana toxunmaqla valyuta yaradıb daha sonra həmin virtual valyutalardan yeni qazanclar əldə etməkdir. Hazırda istifadəçidən hər hansı məbləğdə investisiya tələb edilmir. Oyunun nə qədər "Airdrop" verəcəyi və sizə nə qədər düşəcəyi də məlum deyil. İstifadəçi sayı 100 milyonu keçdiyindən gəlirin az olacağı təxmin edilir.

Burada yığdığınız virtual pullarla milyoner olmayacaqsanız. Amma bundan əvvəlki belə oyunlarda 100-800 dollar arası "Airdrop" yığan şəxslər olub".

Ekspert "Airdrop" yığmaq istədiyiniz halda tək bu oyunla yox, bir çox kriptovalyuta layihəsini izləyib, davamlı yığmağı məsləhət görüb: "Bu halda qazanc əldə etmək daha məntiqli olur.

Bu məntiqi tam anlamadam, digər dələduzluq layihələrinə aldana bilərsiniz. Pula həvəslənib, oyundan və bu tipli "Airdrop"lardan anlayışı olmadan yatırım etməyi məsləhət görümürəm. Çünki, çox sayda skamlar da var".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1166   Tarix: 11 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yaponiya və ABŞ-dan Çinlə bağlı yeni mesaj

Yaponiyanın Baş naziri Sanae Takaiçi ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. TASS-a istinadən xəbər verir ki, tərəflər Trampın Çin Sədri Si Cinpinlə danışıqlarını müzakirə ediblər və Çinə qarşı siyasət də daxil olmaqla, gələcək əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər. Takaiçini

27 sentyabr
.

Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər

Hörmüz boğazı məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər. "Report" "Tasnim"ə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian "Al Jazerra" telekanalına müsahibəsində deyib. "Hörmüz boğazı ilə bağlı olaraq, yolu ilk bağlayan biz olmadıq. Yol

26 sentyabr
.

Trampın İranın Hörmüz planını rədd etməsinin səbəbi açıqlanıb

ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazından gəmiçiliyin bərpası ilə bağlı təklif etdiyi planı, xüsusilə İran tərəfinə etimadın olmaması səbəbindən rədd edib. "Report"un məlumatına görə, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts "Fox News" telekanalının efirində bildirib

27 sentyabr
.

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda özəl klinikada diş müalicəsi alan 5 yaşlı Hatice Serra Kıl müalicədən sonra vəziyyəti pisləşərək xəstəxanada ölüb. xəbər verir ki, məlumata görə, kiçik qız müalicədən sonra ailəsi ilə birlikdə evə qayıdıb. Bir müddət sonra onun vəziyyəti pisləşib və valideynlər

27 sentyabr
.

Pezeşkian: Yaxın Şərqin "polis"ə ehtiyacı yoxdur

İran ABŞ və İsraillə qarşıdurmada "öz mövqeyində qalmağa" davam edir. "Report" "Al Jazeera"yə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib. Onun sözlərinə görə, sanksiyalar vasitəsilə İran xalqına təsir göstərəcəyini düşünənlər "yanılıblar"

26 sentyabr
.

Pezeşkian Çinin peyk görüntülərindən istifadə olunması iddialarına münasibət bildirib

İran Prezidenti Məsud Pezeşkian İordaniyadakı ABŞ bazasına zərbələrdə Çinin peyk görüntülərindən istifadə olunmasına dair iddialara münasibət bildirib. "Report" xəbər verir ki, Pezeşkian bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb. O, jurnalistin müvafiq sualına cava

27 sentyabr
.

Pezeşkian Trampla görüşün faydalı olacağına inanmır

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, Vaşinqton Hörmüz boğazı ilə bağlı Tehranın təklifini qəbul etmədiyi təqdirdə, amerikalı həmkarı Donald Trampla görüşü əhəmiyyətsizdir. "Report" xəbər verir ki, bunu İran rəhbəri "Al Jazerra" telekanalına müsahibəsində deyib. "ABŞ yazdıqlarımız

27 sentyabr
.

Aİ-də enerji BÖHRANI: Qaz və elektrik enerjisinə qənaət gündəmə qayıtdı

"Avropa İttifaqında (Aİ) ABŞ və İsrailin İrana qarşı müharibəsinin neft-qaz bazarlarına təsirləri fonunda enerji qiymətləri artıb. Bununla əlaqədar Brüssel Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakının azaldılması ilə bağlı tədbirləri nəzərdən keçirməyə çağırır". TASS-a istinadən xəbə

27 sentyabr
.

Yakutiyada kömür mədənində partlayış olub: Ölənlər və yaralananlar var

Yakutiyada Elqa kömür yatağı ərazisində yerləşən ehtiyat nasos stansiyasında baş verən partlayış nəticəsində insan ölümü qeydə alınıb. xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Saxa Respublikasının (Yakutiya) prokurorluğunun mətbuat xidməti özünün "Telegram" kanalında məlumat yayıb

26 sentyabr