Paraşütü açılmayan rusiyalı idmançı yerə çırpıldı: Videokamera həyatının son dəqiqələrini lentə aldı
Rusiyanın Leninqrad vilayətinin Kirovski rayonunun Putilovo kəndində, "Severnıy veter" eniş sahəsinin ərazisində paraşütçü məşq zamanı həlak olub.
Paraşütçülər qrupunun AN-28 təyyarəsindən tullanması zamanı 38 yaşlı idmançı, hesabında azı 400 paraşütlə tullanma olmasına baxmayaraq, düşdüyü çətin vəziyyətdən çıxa bilməyib. İdmançının əsas paraşütünün kəndirləri havada bir-birinə dolaşıb və o, kəndirləri aça bilməyib. Ehtiyat paraşütü isə yerdən cəmi 10 metr aralıda açılıb və nəticədə o, yerə çırpılaraq həyatını itirib.
Leninqrad Nəqliyyat İstintaq İdarəsi tərəfindən təhlükəsizlik tələblərinə cavab verməyən və ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olan xidmətlərin göstərilməsi ilə bağlı cinayət işi açılıb. İstintaq davam edir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1250 Tarix: 11 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yakutiyada kömür mədənində partlayış olub: Ölənlər və yaralananlar var
Yakutiyada Elqa kömür yatağı ərazisində yerləşən ehtiyat nasos stansiyasında baş verən partlayış nəticəsində insan ölümü qeydə alınıb. xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Saxa Respublikasının (Yakutiya) prokurorluğunun mətbuat xidməti özünün "Telegram" kanalında məlumat yayıb
26 sentyabrAyı TƏHLÜKƏSİ: Rusiyanın ən uzun pilləkəninə giriş qadağan edildi
Rusiyanın Krasnoyarsk şəhərində Torqaşin pilləkəni ayıların hücum təhlükəsi səbəbindən ziyarətçilər üçün bağlanıb. xəbər verir ki, bu barədə şəhər meriyası "Telegram" kanalında məlumat yayıb. Rusiyanın ən uzun pilləkəni olan bu tikilinin uzunluğu 1 200 metrdir. O, "Stolbı" qoruğ
27 sentyabrBundesrat Almaniyada yanacaq vergisinin azaldılmasını təsdiqləyib
Bundestaqdan (parlament) sonra Bundesrat (Almaniya federal torpaqlar palatası) hakim koalisiyanın yanacağın qiymətlərinin artması fonunda avtomobil yanacaqlarına vergi yükünün azaldılması ilə bağlı qanun layihəsini təsdiqləyib. Bu barədə "Report" DPA-ya istinadən xəbər verir. Məlumata görə
27 sentyabrİtaliyanın ikinci ən böyük hava limanına Berluskoninin adı verildi
İtaliyanın Milan şəhərinin əsas hava limanı olan Malpensaya İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin adı verilib. xəbər verir ki, bu barədə "Rainews24" məlumat yayıb. Bundan sonra hava limanının tam adı "Milan-Malpensa Silvio Berluskoni Hava Limanı" olacaq. Lakin qərar Mila
27 sentyabrAdanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb
Türkiyənin Adana vilayətində sərnişin avtobusu yeraltı keçidin divarına çırpılıb. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər xəsarət alıb. Əraziyə polis, təcili tibbi yardım və yanğınsöndürənlər cəlb olunub. Qəzada xəsarət alan 11 nəfərə hadisə yerind
27 sentyabr