Baydeninin oğlu 25 ilədək həbs və 750 min dollar cərimə oluna bilər
ABŞ prezidenti Co Baydenin oğlu Hanter Baydenin silah alışı və saxlanması ilə əlaqədar bütün ittihamlar üzrə günahkar olduğu təsbit edilib.
Ona 25 ilədək həbs cəzası və 750 min dollar cərimə təyin oluna bilər.
Buna baxmayaraq, ekspertlər cəzanın yüngül olacağını düşünürlər. Prezident Bayden qanunlara hörmət etdiyini və oğlunu əfv etməyəcəyini bəyan edib.
Hanter Baydenə qarşı ikinci iş üzrə baxış sentyabr ayında keçiriləcək.
Federal münsiflər heyəti Hanter Baydeni 2018-ci ildə Delaver ştatındakı bir silah mağazasından "Colt Cobra 38SPL" tapançasını alarkən öz narkotik istifadəsi haqqında federal yoxlama formalarında yalan məlumat verdiyi üçün günahkar hesab edib. İlk iki ittiham onun federal formalar üzərində narkotik istifadəsi haqqında yalan danışması ilə bağlı olub. Üçüncü ittiham isə qanunsuz maddələr istifadə edərkən silah sahibi olması ilə əlaqədardır.
CNN qeyd edir ki, bu hökm hazırkı prezidentin ailə üzvünün vəzifədə olduğu müddətdə cinayət törətməkdə günahkar hesab edildiyi ilk haldır.
Hələlik yekun qərarın çıxarılma tarixi təyin edilməyib, lakin bunun 120 gün ərzində verilməsi gözlənilir. Çox güman ki, 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərindən bir ay əvvəl hökm elan ediləcək.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 860 Tarix: 12 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pezeşkian Trampla görüşün faydalı olacağına inanmır
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, Vaşinqton Hörmüz boğazı ilə bağlı Tehranın təklifini qəbul etmədiyi təqdirdə, amerikalı həmkarı Donald Trampla görüşü əhəmiyyətsizdir. "Report" xəbər verir ki, bunu İran rəhbəri "Al Jazerra" telekanalına müsahibəsində deyib. "ABŞ yazdıqlarımız
27 sentyabrBundesrat Almaniyada yanacaq vergisinin azaldılmasını təsdiqləyib
Bundestaqdan (parlament) sonra Bundesrat (Almaniya federal torpaqlar palatası) hakim koalisiyanın yanacağın qiymətlərinin artması fonunda avtomobil yanacaqlarına vergi yükünün azaldılması ilə bağlı qanun layihəsini təsdiqləyib. Bu barədə "Report" DPA-ya istinadən xəbər verir. Məlumata görə
27 sentyabrBraziliyadan RADİKAL QƏRAR: Onlayn mərc oyunları tam qadağan edildi
Braziliya Prezidenti Luis İnasio Lula da Silva ölkə ərazisində onlayn mərc oyunlarına tam qadağa qoyub. xəbər verir ki, bu barədə məlumatı "G1" informasiya portalı yayıb. Tətbiq edilən məhdudiyyət virtual kazinolara və onlayn qumar oyunlarına şamil olunur. Qərar dərhal qüvvəyə minsə də, hökumə
26 sentyabrTramp: İran nüvə silahına sahib ola bilməz
İran nüvə silahına sahib ola bilməz. "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb. "İranın nüvə silahı ola bilməz", - ABŞ Prezidenti qeyd edib
26 sentyabrXorvatiya - Sloveniya sərhədini keçməyə çalışan beş miqrant ölüb
Xorvatiya ilə Sloveniya arasında sərhəddə yerləşən Kupa çayını keçməyə çalışan beş miqrant boğularaq ölüb. "Report"un "Associated Press"ə istinadən məlumatına görə, bu barədə cümə günü Xorvatiya polisi xəbər verib. Məlumata görə, hadisə yerinə ilk gələn zabit beş nəfəri sudan xila
27 sentyabr