"Əmioğlu və əmiqızının nikahı göydə kəsilib?" – Belə yaranıb
Azərbaycanda qohum evliliyi qanunla qadağan edilir. Min illərdir qan yaddaşımızda özünə yer eləmiş "Əmi oğlu ilə əmi qızının nikahı göydə mələklər tərəfindən kəsilib" deyimi daha tarixə qovuşacaq. Bəs bu ifadə necə və niyə yaranıb?
Lent.az " Belə yaranıb" rubrikasında bu ifadənin tarixçəsi barədə məlumat verir.
İslam şəriətində əsas götürülən məsəl öz gücünü ilk insanların yaranması, Adəm və Həvvanın övladlarının nəsillərinin necə artıb çoxalması barədə miflərdən götürür.
Yer üzündə Adəm və Həvvadan başqa insan yox idi. Bəs onların nəsilləri necə çoxaldı?
Əfsanələrdən birində deyilir ki, Allah Adəmin oğullarının evlənməsi üçün göydən iki qız göndərdi. (Bu versiya bacı-qardaşların bir-biri ilə evlənərək çoxalma barədə çirkin ehtimalları yox edir) Onlardan doğulan uşaqlar bir-birləri ilə evlənərək çoxalmağa başladı. Beləcə insan nəsli əmi oğlu və əmi qızlarının nikahı nəticəsində artıb çoxaldı. Yer üzündə başqa insanlar olmadığına görə, göydən göndərilən qadın, onların övladlarının nikahı da halal elan olundu, göydə kəsilmiş sayıldı. Təbii ki, ən qədim dövrlərdə nikah anlayışı yox idi, bu əfsanədən irəli gələrək sonrakı yüzilliklərdə belə deyim yarandı. Qohum evlilikləri nəslin sərvətinin paylaşılmaması, dağılmaması üçün də yaxşı vasitə hesab edildi.
Qeyd edək ki, Qazaxıstanda 7 nəsil qohumluğu olan insanların evliliyi lap çoxdan qadağan edilib. Buna görə hər gənc öz nəslinin şəcərəsini əzbər bilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1105 Tarix: 13 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Bakcell"də hədiyyə mövsümü başladı
"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl
24 sentyabrAzərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK
Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye
27 sentyabrMƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA
Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların
27 sentyabrVətən müharibəsinin başlamasından altı il ötür
Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. xəbər verir ki, altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumu
27 sentyabrAzərbaycanda Anım Günü qeyd olunur
Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan
27 sentyabr