Azərbaycanlı zəvvarlar həcc ziyarətinə başlayıblar
Bu gün sübh namazından sonra azərbaycanlı zəvvarlar həcc ziyarətinin ehkamlarına əməl etməyə başlayıblar.
Oxu.Az xəbər verir ki, bu gün müsəlman təqviminin sonuncu ayı olan zil-hiccənin (həcc ayının) 8-ci günündə Məkkədəki zəvvarlar ehram (zəvvarların xüsusi geyimi) geyinərək Mina adlanan əraziyə yollanıblar. Onlar bu günü Minadakı çadır şəhərciyində keçirərək namaz qılıb, ibadət və zikr edəcəklər. Sabah isə zəvvarlar sübh namazından sonra Ərəfat çölünə - Rəhmət dağının ətrafına yollanacaqlar.
İslam təqvimində bu gün "təlbiyə" adlanır, çünki o zaman Minada su olmadığı üçün zəvvarlar özləri ilə su daşıyırdılar.
Qeyd edək ki, Azərbaycandan həcc ziyarətinə səfər iyunun 4-dən başlayıb. Ümumilikdə 1500 azərbaycanlı zəvvar təyyarələrlə iyunun 10-dək Məkkəyə çatdırılıb. Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlar təyyarə reysləri ilə iyulun 2-dək Vətənə qayıdacaqlar.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 529 Tarix: 14 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Bakcell"də hədiyyə mövsümü başladı
"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl
24 sentyabrAzərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK
Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye
27 sentyabrMƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA
Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların
27 sentyabrVətən müharibəsinin başlamasından altı il ötür
Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. xəbər verir ki, altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumu
27 sentyabrAzərbaycanda Anım Günü qeyd olunur
Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan
27 sentyabr