Bir əsr öncəki müqavilənin təkmil forması: Şuşa Bəyannaməsi türk dünyasını daha da gücləndirəcək

Bir əsr öncəki müqavilənin təkmil forması: Şuşa Bəyannaməsi türk dünyasını daha da gücləndirəcəkQlobal sistemin transformasiya prosesində olduğu, regional, eləcə də dünya miqyasında böhranların bir-birinin ardınca gəldiyi bir vaxtda Azərbaycan 44 gün davam edən İkinci Qarabağ müharibəsində mühüm qələbə qazandı. Müharibənin ilk günlərindən ölkəmizə dəstək verən qardaş Türkiyə ilə münasibətlər bu qələbədən sonra növbəti mərhələyə qədəm qoydu.

15 may 2021-ci ildə Azərbaycan və Türkiyə liderlərinin imzaladıqları Şuşa Bəyannaməsi iki ölkə arasında hərbi, iqtisadi, mədəni, siyasi, demək olar ki, bütün sahələrdə əməkdaşlığı daha da gücləndirməyi hədəfləyir. Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərini hüquqi çərçivəyə salmaqla yanaşı, regional sülh və sabitlik üçün də əhəmiyyətli bir addımdır desək, yanılmarıq.

Bu bəyannamə ilə iki ölkə arasındakı strateji əlaqələr daha da möhkəmləndi və bölgədəki güc balansında mühüm rol oynamağa başladı. Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyə arasındakı münasibətlər, tarixi və mədəni bağlar daha da dərinləşdi. Şuşa şəhərinin seçilməsi Azərbaycanın mədəniyyət paytaxtı və Qarabağın incisi olaraq bu sənədin əhəmiyyətini daha da artırdı. Bəyannamə, hər iki ölkənin regional və beynəlxalq səviyyədə birgə hərəkət etmə əzmini göstərir və Azərbaycan-Türkiyə münasibətlərinin gələcəkdə də güclənəcəyinə dair əminliyi ifadə edir.

Şuşa Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuata birgə bəyanatlarla çıxışlarında bəzi hissələri diqqətinizə çatdırırıq.

Prezident İlham Əliyevin bəyanatı: "İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdi: "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir". XX əsrin sonlarında Heydər Əliyev demişdi: "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir". Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk".

Prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatı: "Türkiyə olaraq biz də coğrafi qonşuluq əlaqələrimizi daha dərin əməkdaşlıqlara yönəltmək istəyirik. Ermənistanın ona xoş niyyətlə uzadılan həmrəylik əlini tutmasını, ortaq gələcəyi birlikdə formalaşdırmaq fürsətindən yaxşı istifadə etməsini arzu edirik. Altılı platforma dedik. Bu altılı platformada, bildiyiniz kimi, Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İran var. Bu altılı platforma ilə birlikdə artıq istəyirik ki, bölgə rahatlıqla, sülh içində yaşanan bir bölgə olsun. Bu addımı atmaq üçün biz qardaşımla birlikdə hər cür fədakarlığa hazırıq. Cənab Putin eyni qaydada bu cür fədakarlığa hazırdır. Bu istiqamətdə atılacaq addımlarla bölgə bir sülh bölgəsinə çevriləcək".

Təbii ki, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq Ermənistanın regional siyasətinə də təsir edir. İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi reallığı indi qəbul etməli olan Ermənistanın baş naziri Nikol Paşinyan və onun administrasiyası vəziyyətin keçmişə qayıtmayacağının çox yaxşı fərqindədirlər. Bu məsələ Paşinyanın son çıxışlarında da özünü göstərir.

Mediaya açıqlama verən Heydər Əliyev Araşdırma Mərkəzinin direktoru professor Burhan Sayılır bildirib ki, Şuşa Bəyannaməsi hər iki dövlətin əməkdaşlığa önəm verdiyini göstəricisidir. O əlavə edib ki, hər iki ölkə uzun müddət ayrı qalsa da, bu uzaqlaşma heç vaxt ürəklərdə olmayıb:

"Azərbaycan və Türkiyə türkləri uzun illər bir yerdə yaşasalar da, bəzi tarixi hadisələr onların müxtəlif dövrlərdə bir-birindən uzaq qalmasına səbəb olub. Bu uzaqlaşma heç vaxt ürəklərdə olmadı, yalnız coğrafiya baxımından oldu. Birinci Dünya müharibəsində Osmanlı imperiyası çox çətin vəziyyətdə olsa da, 1918-ci il sentyabrın 15-də yaradılmış Qafqaz İslam Ordusu Bakının müstəqilliyi üçün əlindən gələni əsirgəmədi. Türkiyə-Azərbaycan əlaqələri Cümhuriyyət dövründə də önəmli məsələ idi. Heydər Əliyev dövründə bu münasibətlər, xüsusən də "iki dövlət, bir millət" anlayışı ilə getdikcə daha da möhkəmləndi".

Təhlükəsizlik üzrə türkiyəli ekspert Mete Yarar Şuşa Bəyannaməsinin əhəmiyyəti barədə açıqlamasında Azərbaycan və Türkiyə arasındakı əlaqələrin möhkəmlənməsində həlledici rol oynadığını qeyd edib. Onun fikrincə, bu bəyannamə iki ölkənin ortaq maraqlarını və regional sabitlik üçün birgə səylərini ifadə edir:

"Şuşa Bəyannaməsi hərbi sahədə əməkdaşlığı daha da dərinləşdirdi və Azərbaycanla Türkiyə arasında müdafiə sənayesi və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsini təmin etdi. Bu bəyannamə, hər iki ölkənin müdafiə potensialını artırmaq üçün mühüm bir addımdır. Bu sənəd həm də Cənubi Qafqazda və daha geniş bölgədə sabitliyin və sülhün təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Şuşa Bəyannaməsi həm də regional aktorlar üçün önəmli bir mesajdır".

"Azərbaycanla Türkiyə arasında münasibətlərin bu qədər inkişaf etməsi təkcə iki dövlət arasındakı tarixi-mənəvi bağlarla əlaqəli deyil, eyni zamanda, iki ölkə rəhbəri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasındakı şəxsi dostluq əlaqələri ilə də bağlıdır".

Bunu siyasi şərhçi Tural İsmayılov açıqlamasında bildirib. O vurğulayıb ki, Azərbaycanla Türkiyə arasında uzun illərdir pillə-pillə inkişaf edən dostluq, qardaşlıq və strateji müttəfiqlik bu gün ən üst səviyyədədir:

"İşğaldan azad olunan Şuşa şəhərinə rəsmi səviyyədə səfər edən ilk xarici dövlət rəhbərinin Rəcəb Tayyib Ərdoğan olmasının həm Azərbaycan, həm də Türkiyə üçün böyük mənəvi əhəmiyyəti var. Çünki Qarabağın, eləcə də Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın işğaldan azad olunmasını Türkiyə cəmiyyəti də böyük həyəcanla gözləyirdi. Bu baxımdan deyə bilərəm ki, Şuşa Azərbaycana olduğu qədər, Türkiyə üçün də böyük mənəvi əhəmiyyəti olan şəhərdir. Şuşa türk dünyası üçün böyük mədəni mirasa sahibdir və gələcəkdə Şuşada türk dünyasını əlaqələndirən siyasi-iqtisadi tədbirlərlə yanaşı, mədəni tədbirlərin də keçiriləcəyinin anonsu verilib. Bu baxımdan, Türkiyənin Şuşa şəhərində Baş konsulluq açmaq qərarı böyük əhəmiyyət kəsb edir. Şuşada imzalanan Bəyannamə 20-ci əsrin əvvəllərində imzalanmış Qars müqaviləsinin yeni və daha inkişaf etmiş, təkmil formasıdır. Bundan sonra Naxçıvan Muxtar Respublikasında olduğu kimi, Qarabağın təhlükəsizliyi də birbaşa Türkiyənin təminatı altındadır. Xüsusən hərbi sahədə birgə əməkdaşlıq, eyni zamanda, tərəflərdən hansısa birinin ərazisinə hərbi təcavüz olarsa, digər tərəfin yardımının rəsmiləşdirilməsi, düşünürəm ki, Azərbaycanla Türkiyə arasında artıq uzun illərdir pillə-pillə inkişaf edən dostluq, qardaşlıq və strateji müttəfiqliyin ən üst səviyyəsidir".

Sonda isə deyə bilərik ki, türk dünyası üçün Şuşa Bəyannaməsi məzmunu və bu sahədəki təcrübələri baxımından mühüm motivasiya və ilham mənbəyidir. Bu baxımdan, Türkiyə-Azərbaycan münasibətlərində Şuşa Bəyannaməsinə uyğun irəliləyiş gələcək dövrdə Türk Dövlətləri Təşkilatı çərçivəsində və üzv ölkələr arasında əməkdaşlıq üçün presedent yaratmaq potensialına malikdir.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 957   Tarix: 15 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr