İranda tanınmış din xadimi prezidentliyə namizədlərin qeydə alınmasında ayrı-seçkilyi tənqid edib
Qadınların və İslam dininin başqa təriqətlərindən olan İran vətəndaşlarının prezidentliyə namizədliklərinin qeydə alınmaması ölkə konstitusiyasının 115-ci maddəsinin pozulmasıdır.
"Report" "Radiofərda"ya istinadən xəbər verir ki, bunu İranın Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərinin imamcüməsi, tanınmış din xadimi Mövləvi Əbdül Həmid bildirib.
Onun sözlərinə görə, bu qadağa İslam şəriətinə və beynəlxalq qaydalara uyğun gəlmir: "45 ildir başqa təriqətdən olan İran vətəndaşları bu siyasi kampaniyada namizədliklərini göstərə bilmir".
İran Konstitusiyasının 115-ci maddəsinə əsasən, "Prezident aşağıdakı meyarlara cavab verən dini və siyasi liderlər arasından seçilir: İranəsilli, iranlı, idarəçi və bacarıqlı, yaxşı reputasiyalı, etibarlı və dindar, imanlı və İran İslam Respublikasının əsasları və ölkənin rəsmi dininə inanan".
Konstitusiyanın 112-ci maddəsində göstərilib: "İranda rəsmi din İslam və On iki imamlı, Cəfəri (şiə) təriqətidir".
Xatırladaq ki, İranda prezidentliyə namizədliyə 80 iddiaçı qeydə alınmışdı. Onlardan 12-si qadın idi. İyunun 9-da altı nəfərin namizədliyi elan edilib. Prezident seçkisi iyunun 28-də keçiriləcək.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 851 Tarix: 16 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYaponiya və ABŞ-dan Çinlə bağlı yeni mesaj
Yaponiyanın Baş naziri Sanae Takaiçi ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. TASS-a istinadən xəbər verir ki, tərəflər Trampın Çin Sədri Si Cinpinlə danışıqlarını müzakirə ediblər və Çinə qarşı siyasət də daxil olmaqla, gələcək əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər. Takaiçini
27 sentyabrAİ-dən Ukraynaya milyardlıq HƏRBİ DƏSTƏK
Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya Avropa Sülh Fondundan 6.6 milyard avro ayrılmasını razılaşdırıblar. xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas açıqlayıb. Onun sözlərinə görə, vəsaitin 900 milyon avrosu Ukraynaya hərbi yardım missiyasına
27 sentyabrƏzizi: Tehranın şərtləri icra olunana qədər Hörmüz boğazı açılmayacaq
Tehranın şərtləri icra olunana qədər Hörmüz boğazı yenidən açılmayacaq. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi bildirib. "Vaşinqton danışıqlar barədə yanlış anlayışa malikdir və yalnı
27 sentyabrAdanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb
Türkiyənin Adana vilayətində sərnişin avtobusu yeraltı keçidin divarına çırpılıb. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər xəsarət alıb. Əraziyə polis, təcili tibbi yardım və yanğınsöndürənlər cəlb olunub. Qəzada xəsarət alan 11 nəfərə hadisə yerind
27 sentyabrABŞ kəşfiyyatı: Səudiyyə Ərəbistanı nüvə silahı əldə edə bilər
ABŞ kəşfiyyat dairələri Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını nəzərdən keçirdiyini düşünürlər. xəbər verir ki, bu barədə "The Washington Post" ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, Konqresə təqdim edilmiş məxfi sənədlərdə ABŞ kəşfiyya
27 sentyabr