Azərbaycana elə bir cadugər gətiriblər ki...

Azərbaycana elə bir cadugər gətiriblər ki...Bəli, Fernando Santuş sıradan məşqçi deyil.

O, Portuqaliya yığmasını Avropa çempionu edib. Bu ölkənin tarixində bunu bacaran yeganə məşqçidir.

Bəs Santuş bunu necə bacardı və biz, Azərbaycana gələn bu "ağsaqqal"ı niyə hədəf almışıq?

2016-cı ildə Portuqaliya millisində Santuşun sərəncamında xəzinə vardı: ləl-cavahiratla dolu xəzinə - Brunu Alveş, Pepe, Rikardu Karvalyo, Joao Moutinyo, Nani, Rikardu Kuarejma...

Və brilyant – Kriştiano Ronaldo. Santuşun yalnız bir vəzifəsi qalırdı - bu ləl-cavahiratı cilalamaq. Başqa nə işi ola bilərdi ki? Santuş Ronaldoya, Kuarejmaya, Pepeyə futbolu necə oynamaq lazım olduğunu öyrədəcəkdi?

Və bu adam Azərbaycan yığmasının oyununa baxdıqdan sonra AFFA-dan gələn təklifi qəbul edib. Hər halda, AFFA rəsmisi Sərxan Hacıyev belə deyib mətbuata. Nə görüb Santuş Azərbaycan yığmasının heyətində? Zaqreb "Dinamo"sunda heyətə düşə bilməyən Mahir Emrelini? O Mahir ki, "Legiya"ya gedəndən sonra belə demişdi:

"Azərbaycanda uşaq futbolunda öyrənməli olduqlarımı indi mənə burada öyrədirlər". Yəni adam etiraf etmişdi ki, ona Azərbaycanda futbolu necə oynamaq lazım olduğunu öyrətməyiblər, 24 yaşında Polşada öyrədirlər.

Daha kimi görüb Santuş Azərbaycan yığmasında? Türkiyənin ikinci dəstəsində autsayder komandaların da heyətinə düşə bilməyən futbolçuları? Və nə görüb onlarda? Bəlkə brilyantdırlar, xəbərimiz olmayıb?

Yox, şüşədirlər, adi şüşə. Ola bilməz ki, Santuş kimi zərgər şüşə ilə brilyantı ayırd edə bilməsin. Elə gözəl ayırd edir... Amma indi o, şüşəni brilyant kimi görməyə məhkumdur. Daha sifariş almır axı brilyant sahiblərindən.

Yaşının da elə vaxtıdır ki, pul qazanmalıdır.

Azərbaycan ictimaiyyəti buna görə qəzəblidir. Düz 16 il dəyişiklik gözlədi bu ictimaiyyət. Gözlədi ki, yeni AFFA rəhbərliyi dərhal Azərbaycanın bölgələrinə səfər edəcək. Orada infrastruktur quracaq. Brilyant tapmaq üçün.
Brilyantlar oradadır – bölgələrdə, kasıb-kusub evlərində.

Brilyantlar oradadır – oynamağa meydan, geyməyə buts, forma tapa bilməyən məsum baxışlı uşaqların arasındadır.

Amma AFFA rəhbərliyi üzünü o tərəfə – brilyantların olduğu yerə çevirmədi. Brilyantı tapmaq asan deyil. Zəhmət çəkməlisən, tər tökməlisən, üst-başın toz olmalıdır, palçığa batmalısan.

Santuşu gətirdilər. Santuş Azərbaycan yığmasının oyununa baxıb. Nə görüb orada? Brilyant görmədiyi dəqiqdir. Şüşə görə bilər. Şüşədən brilyant hazırlayacaq? Bu iddiadadırsa, deməli, mütəxəssis deyil artıq. Bəs kimdir? Ancaq sadugər ola bilər. Şüşədən brilyant hazırlayacaq cadugər.

Deməli, AFFA Azərbaycana cadugər gətirib. Elə bir cadugər ki…

P.S. 2008-ci ildə Rövnəq Abdullayev AFFA prezidenti seçiləndən sonra Berti Foqtsu yığmaya baş məşqçi təyin etdilər. Almaniyanı Avropa çempionu edən mütəxəssisi. Amma Almaniya ilə Azərbaycan yığması arasındakı zaman kəsiyində Şotlandiyanı, Nigeriyanı zəlil gününə salmışdı Foqts. Buna baxmayaraq Azərbaycana gətirdilər onu.

2024-cü ildə Rövşən Nəcəf AFFA prezidenti seçilir. Portuqaliyanı Avropa çempionu edən Santuş milliyə gətirilir. Portuqaliya ilə Azərbaycan yığması arasındakı zaman kəsiyində Polşa yığmasını və "Beşiktaş" klubunu dağıtmışdı Santuş. Belə də təsadüf olar? 16 il fərqlə bir adamın yazdığı eyni ssenari. Kimdir ssenarist? (Axar.az)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1568   Tarix: 18 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye

27 sentyabr
.

Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI

Bakıda "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq. xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra - sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaları

26 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən Pəri Cəfərova bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşın saytımıza müraciətini olduğ

25 sentyabr
.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr