Qadın işləmədiyinə görə 20 il maaş ödəyən şirkəti MƏHKƏMƏYƏ VERDİ
Fransada maraqlı hadisə baş verib. Fransız qadın Laurens Van Vassenhov işəgötürəni ("Orange") iş yerində təqib və ayrıseçkiliyə görə məhkəməyə verib. Nə qədər qəribə də olsa, qadın şirkəti ona heç bir tapşırıq vermədən 20 il maaş verməkdə ittiham edib.
Şirkətin nümayəndələri iddia edirlər ki, işçilərə görə ən yaxşı iş şəraiti yaratmaq üçün əllərindən gələni ediblər. Ona tam maaş verilib və bir neçə sosial müavinət ayrılıb.
Laurens 1993-cü ildə "France Telecom"da dövlət qulluqçusu kimi işə götürülüb, lakin sonradan şirkət "Orange" tərəfindən təhvil alınıb. Qadının ilk işəgötürəninə onun doğuşdan hemiplegiya (üz və ətrafların qismən iflici) və epilepsiya xəstəliyindən əziyyət çəkdiyi barədə məlumat verilib. Məhz buna görə də ona kadrlar şöbəsinin katibi vəzifəsi təklif edilib.
O, bu vəzifədə 2002-ci ilə qədər işləyib, daha sonra başqa bölgəyə köçürülməsini xahiş edib. Tələb təmin olunsa da, yeni iş yeri qadının ehtiyaclarına uyğunlaşdırılmayıb. Buna baxmayaraq, şirkət problemi həll etməyib. Qadının iddiasına görə, şirkət ona heç bir tapşırıq vermədən növbəti 20 il ərzində tam maaş verməyə üstünlük verib. Laurens şirkətin onu işindən kənarlaşdırmağa çalışdığını iddia edərək, vəziyyətlə bağlı Ali Antidiskriminasiya orqanına şikayət edib.
"Onlar hesab edirlər ki, əlilliyi olan bir insana işləmək üçün lazımi şərait yaratmaqdansa, sadəcə maaş vermək daha yaxşıdır. Tanınması, sosial əlaqələri vacib deyil", - Laurensin vəkili bildirib.
O, müvəkkilinin səhhəti ilə bağlı iş yerində təqib və ayrı-seçkiliyə məruz qaldığı üçün şirkət və dörd menecerdən şikayət etdiyini əlavə edib. (Moderator.az)
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1222 Tarix: 18 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yaponiya və ABŞ-dan Çinlə bağlı yeni mesaj
Yaponiyanın Baş naziri Sanae Takaiçi ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. TASS-a istinadən xəbər verir ki, tərəflər Trampın Çin Sədri Si Cinpinlə danışıqlarını müzakirə ediblər və Çinə qarşı siyasət də daxil olmaqla, gələcək əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər. Takaiçini
27 sentyabrDaha bir dünya lideri Makronun dəvətini rədd etdi
İtaliyanın Baş naziri Corcia Meloni sentyabrın 28-də Fransanın Mets şəhərində keçiriləcək və Roma Papası XIV Levin apostol səfərinin son günündə çıxış edəcəyi görüşə qatılmayacaq. xəbər verir ki, bu barədə TASS İtaliya hökumət başçısının mətbuat xidmətinin açıqlamasına əsasən məlumat yayıb. Məlumat
26 sentyabrABŞ Yaxın Şərqdə qırıcı təyyarələrinin rotasiyasına davam etdirir
ABŞ Hərbi Hava Qüvvələri Yaxın Şərqdə yerləşən hava bölmələrinin rotasiyasını davam etdirir, regiondakı Amerika döyüş təyyarələrinin ümumi sayı isə dəyişməz qalır. "Report"un xəbərinə görə, bunu "Itamilradar" portalının və "Military Air Tracking Alliance"ın (MATA) məlumatlar
27 sentyabrBraziliyadan RADİKAL QƏRAR: Onlayn mərc oyunları tam qadağan edildi
Braziliya Prezidenti Luis İnasio Lula da Silva ölkə ərazisində onlayn mərc oyunlarına tam qadağa qoyub. xəbər verir ki, bu barədə məlumatı "G1" informasiya portalı yayıb. Tətbiq edilən məhdudiyyət virtual kazinolara və onlayn qumar oyunlarına şamil olunur. Qərar dərhal qüvvəyə minsə də, hökumə
26 sentyabrABŞ kəşfiyyatı: Səudiyyə Ərəbistanı nüvə silahı əldə edə bilər
ABŞ kəşfiyyat dairələri Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını nəzərdən keçirdiyini düşünürlər. xəbər verir ki, bu barədə "The Washington Post" ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, Konqresə təqdim edilmiş məxfi sənədlərdə ABŞ kəşfiyya
27 sentyabrİran ABŞ-yə Hörmüz boğazı ilə bağlı PLAN TƏQDİM ETDİ
İran ABŞ-yə Hörmüz boğazında normal gəmiçiliyin bərpasını nəzərdə tutan yeddigünlük plan təqdim edib. xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçının təqdim etdiyi plana əsasən, ABŞ təklif olunan şərtləri qəbul etdiyi anda
27 sentyabrNATO təlimində şok insident: Hərbçilərə atəş açıldı
NATO-nun Latviyadakı Adazi hərbi poliqonunda baş tutan təlimlərin gedişatında İtaliya ordusunun dörd hərbi qulluqçusu yaralanıb. -ın məlumatına görə, bu barədə İtaliya Müdafiə Nazirliyinin rəsmi açıqlamasında bildirilir. Bədbəxt hadisə atəş hazırlığı məşqləri zamanı qeydə alınıb. Nazirliyin dəqiqləşdirməsin
26 sentyabrƏzizi: Tehranın şərtləri icra olunana qədər Hörmüz boğazı açılmayacaq
Tehranın şərtləri icra olunana qədər Hörmüz boğazı yenidən açılmayacaq. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi bildirib. "Vaşinqton danışıqlar barədə yanlış anlayışa malikdir və yalnı
27 sentyabrABŞ Prezidenti "saxta KİV-lər"i Ağ Evə buraxmamağa çağırıb
ABŞ Prezidenti Donald Tramp "saxta KİV-lər"in Ağ Evə buraxılmamalı olduğunu bildirib. "Report" xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb. "Ağ Evdə saxta xəbərlərə yer olmamalıdır. Bu, çox uzun müddət davam edir və ölkəmizə bah
26 sentyabr