Üzünüzdəki mimikanız: Həyatınızdakı uğur bu ifadələrdən asılıdır
Həyatda uğur müəyyən dərəcədə sizin üz ifadələrinizdən asılıdır. Alimlər insan üzünün ifadəli mimikasının təkamül yolu ilə əldə edildiyini irəli sürürlər.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni elmi araşdırma, üz ifadəsi olan insanların daha çox fayda əldə etdiyini göstərir.
Nottingem Trent Universitetinin (Böyük Britaniya) alimləri sübut ediblər ki, daha ifadəli sifətə malik olan insanlar başqaları tərəfindən daha çox bəyənilir, daha xoş və ekstrovert hesab edilir və daha da yaxşı danışıq aparırlar.
1300-dən çox şəxsin iştirak etdiyi iki araşdırmada tədqiqatçılar bəzi insanların digərlərindən nəzərəçarpacaq dərəcədə daha ifadəli üz quruluşuna malik olduğunu müəyyən ediblər. Üstəlik, bu, müxtəlif növ sosial tərəfdaşlarla ünsiyyət qurarkən fərqli vəziyyətlərdə davam edən sabit fərdi xüsusiyyətdir.
Tədqiqatçılar deyirlər ki, üz ifadəliliyi insanın şəxsiyyəti ilə əlaqələndirilir, daha məqbul, ekstrovert və nevrotik insanlar daha canlı üzlər nümayiş etdirirlər. Lakin sifətin ifadəliliyi fərdin təsirini aşan konkret sosial faydalara da çevrilir.
Alimlər "danışıq tapşırığı" ilə təcrübə aparıblar və aşkar ediblər ki, daha ifadəli insanlar mükafatdan daha çox pay alacaqlar, ancaq onlarla söhbət etmək də xoş olarsa. Tədqiqatçılar təklif edirlər ki, xoş insanlarda dinamik üz ifadələri münasibət qurmaq və münaqişələri həll etmək üçün bir vasitə ola bilər.
Ümumilikdə, nəticələr göstərir ki, ifadəli üz simpatiya, əməkdaşlıq və daha yaxşı qarşılıqlı əlaqələri təşviq edən "sosial yapışqan" kimi fəaliyyət göstərir. Kənar müşahidəçilər və həmsöhbətlər ardıcıl olaraq daha ifadəli insanları çox sevimli kimi qiymətləndirirlər. Bundan əlavə, eksperiment göstərib ki, ifadəli üz daha çox "oxunan" kimi qəbul edilir, yəni başqalarının həmsöhbətin niyyətlərini və psixi vəziyyətini başa düşməsini asanlaşdırır.
"Bizim tapıntılar göstərir ki, üz ifadəliliyi müsbət sosial nəticələrlə əlaqələndirilir. Bu, daha ifadəli insanların sosial tərəfdaşları cəlb etməkdə və əlaqələr qurmaqda uğurlu olduğunu işarə edir. Münaqişənin həlli üçün də vacib ola bilər", - tədqiqatçılar bildirib.
Bu tapıntılar həm də "poker üzünün" (yəni, üz ifadəsini mümkün qədər neytral saxlamaq) ən faydalı üz ifadəsi olması fikrini şübhə altına alır. Alimlər deyirlər ki, əksər insanlar üçün üzdə daxili vəziyyət və niyyət nümayiş etdirmək daha isti reaksiyalara, sosial mükafatlara səbəb ola bilər. Tədqiqatçıların fikrincə, ifadəli üz sosial birliyi və əməkdaşlığı yaxşılaşdıran təkamül uyğunlaşmasıdır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1236 Tarix: 20 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Powerbank"dakı gizli düymə nə üçündür?
Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri
15 noyabrHər gün soyuq duş qəbul etsəniz, nə baş verər?
Mütəmadi olaraq soyuq duş qəbul etmək insanların xəstəlik səbəbindən işə getmədikləri günlərin sayının azalması və özlərini daha yaxşı hiss etmələri ilə əlaqəli ola bilər. xarivi KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Bazel Universitetinin psixoloqu Lena Qlazer soyuq duşun insan orqanizminə təsirin
8 noyabrSürücülər payızda avtomobilə niyə sabun parçası qoyurlar? - İnanılmaz SƏBƏB
Adi bir sabun parçası payız aylarında sürücülərin köməyinə çata bilər. Yağışların artması, havanın rütubətlənməsi və temperaturun tez-tez dəyişməsi avtomobil sahibləri üçün əlavə çətinliklər yaradır. Belə hallarda sadə məişət vasitələri də faydalı ola bilər. Məhz buna görə bəzi təcrübəli sürücülər avtomobili
15 noyabrSahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?
İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona
8 noyabrQədim Misirdə pişiklərə münasibətin görünməyən tərəfi üzə çıxıb
Qədim Misirdə müqəddəs hesab edilən pişiklərin əslində ağır şəraitdə yaşadığı məlum olub. xəbər verir ki, alimlər Vyana Təbiət Tarixi Muzeyində saxlanılan qədim Misir pişiklərinə aid 131 kəlləni araşdırıblar. Tədqiqatın nəticələri "Journal of Archaeological Science" elmi jurnalında dərc olunub
14 noyabrRomanovların əfsanəvi sapfiri rekord qiymətə satıldı
Bir vaxtlar Rusiya İmperiyasının kral zinət əşyaları kolleksiyasına daxil olan nəhəng sapfirin yerləşdiyi nadir bilərzik İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda gözləntiləri iki dəfədən çox üstələyərək 4,9 milyon dollara alıcı tapıb. "Qafqazinfo" xəbər verir ki, "Sotheby's"
14 noyabrUşaqlar niyə kitab oxumaqdan uzaqlaşır? - Psixoloq səbəbləri açıqladı
Müasir dövrdə uşaqlar saatlarla telefon və planşet qarşısında vaxt keçirsələr də, kitab oxumağa gəldikdə tez darıxırlar. Mütəxəssislər bunun əsas səbəblərindən biri kimi rəqəmsal oyunların və qısa videoların daha sürətli əyləncə təqdim etməsini göstərirlər. xəbər verir ki, bu barədə Türkiyənin TRT Habe
18 noyabrUnitaza buz kubları atmağa başladılar - səbəb
Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə
7 noyabrZirzəmidə iki il saxlanılan pendir dünyanın ən yaxşısı seçildi
Fransanın şərqindəki Yura dağlarında yerləşən zirzəmidə düz iki il saxlanılan "Komte" pendiri İspaniyanın Kordova şəhərində keçirilən "World Cheese Awards" müsabiqəsində dünyanın ən yaxşı pendiri adına layiq görülüb. "Qafqazinfo" xəbər verir ki, nüfuzlu müsabiqənin münsiflə
13 noyabr