Paşinyandan "Zəngəzur" HƏMLƏSİ: Qazaxın 3 kəndi və Kərki necə qaytarılacaq? - ŞƏRH
Bildiyimiz kimi, Ermənistan baş naziri Nikol Paşinyan açıqlamaları ilə yenidən diqqət çəkib. Delimitasiyanın növbəti mərhələsinin Zəngəzurdan başlamasıilə bağlı Paşinyan bir sıra bəyanatlar səsləndirib. Paşinyanın Zəngəzur açıqlaması ilə Qazaxın 3 kəndi və Kərkinin qaytarılması məsələsi yenidən gündəmə gəlir.
Delimitasiya prosesi Zəngəzurdan başlayarasa, Qazaxın 3 kəndi və Kərki necə qaytarılacaq? Mövzunu Sonxeber.az-a şərh edən politoloq Turab Rzayev deyib ki, bununla Paşinyan sülh prosesinə yaxın olduğunu demək istəyir:
"Çünki, Zəngəzur ilə bağlı erməni ictimaiyyətində böyük narahatlıq var. Xüsusilə Zəngəzur əhalisi düşünür ki, Azərbaycan bu ərazilər ilə bağlı iddialar irəli sürə bilər. Zəngəzur dəhlizi çəkilərsə, Azərbaycan bu torpaqlar üzərində müəyyən hüquqlar əldə edə bilər. Paşinyanın açıqlaması həm də onlara yönəlib. Düşünürəm ki, bununla erməni ictimaiyyətini sakitləşdirməyə çalışır. Demək istəyir ki, delimitasiya və demarkasiya prosesi bütün ərazilər boyu aparılacaq. Növbəti mərhələdə isə bu Zəngəzur da ola bilər. Beləliklə orada yaşayan erməni əhalisi narahat olmaya bilər".
Politoloqun sözlərinə görə, indiyədək keçirilən seçkilərdə Paşinyanın məğlub olduğu əsas bölgə Zəngəzur idi:
"Zəngəzur dəhlizi məsələsinə görə ermənilər Paşinyanın rəqibi Köçəryana səs verdilər. Paşinyanın açıqlamalarında Azərbaycana qaytardığı 4 kənddən danışırdı. Amma Paşinyan Qazaxın 3 kəndi və Kərki məsələsinə toxunmur. Məsələnin üzərindən keçir. Paşinyan 3 anklav kəndi diqqətdən kənarda saxlayır. Paşinyanın bu kəndləri qaytarmağı düşünmür. Hansısa şəkildə Ermənistanın tərkibində saxlamağa çalışır. Ola bilsin ki, Gədəbəydəki Başkənd anklavı ilə bu əraziləri dəyişdirmək istəyir. Ona görə də bu məsələyə toxunmur. Azərbaycan tərəfi qalib ölkə kimi 3 kəndin və Kərkinin qaytarılmasını masa üzərində saxlayacaq".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?