Birinci ailəsindən boşanmayıb, mən onun ikinci arvadıyam - Şəbnəmdən ŞOK AÇIQLAMA

Birinci ailəsindən boşanmayıb, mən onun ikinci arvadıyam - Şəbnəmdən ŞOK AÇIQLAMAMüğənni Şəbnəm Tovuzlu (Əsədova) lent.az-a müsahibə verib.

- Son günlərdə adınız mətbuatın gündəmindən düşmür...
- Mən belə gündəmi istəmirəm. Bu cür söz-söhbətlər şou-biznesdə oxumağı bacarmayanlara lazımdır. Mənim isə bu qalmaqala ehtiyacım yoxdur. Gözəl sənətim və səsim var. Bu, mənə bəs edər.

- Bu qədər müzakirə olunmağınızın əsl səbəbi nədir?
- Mən bu işdə jurnalistləri də günahkar bilmirəm. Şəxsi həyatımın bu qədər müzakirə olunması, əsassız məlumatların dərc olunması bir sifariş idi.
- Bu sifariş şou aləmində olan bir insan tərəfindən idi?
- Bütün bunlar kənardan sifariş olunmuşdu.
- Bəs həmin insanla necə mübarizə apardınız?
- Susdum, fikir vermədim və mediada barəmdə yazılan neqativ yazıları da açıb oxumadım. Həm də yoldaşım mənə məsləhət gördü ki,söz-söhbətlərə fikir verməyim. Onun fikri mənim üçün çox əsasdır.

- Bəlkə, həyat yoldaşınız barədə ətraflı məlumat verəsiniz. Çünki onun da barəsində çox müzakirələr getdi...

- O, şou-biznes adamı deyil. Adının açıqlanmasını, tanınmasını istəmir. Çünki şou-biznesdən uzaq bir adamdır. Sənət dostlarımdan çoxu həyat yoldaşımı tanıyır.
- Onunla tanışlığınız necə olub?
- Moskvada tanış olmuşuq. Yaxşı ki, tanış olmuşuq.
- Söylədiniz ki, həyat yoldaşınız sizə qadağalar qoyub. Nələri qadağa edib sizə?
- Bir çox şeyə qadağa qoyub. Xüsusi ilə də şəkillərimizin mediada yayılmasına. Ümumiyyətlə, bizim şou-biznesdə bir çox şeyləri yaxşı qarşılamırlar. Məsələn, müğənni evini, maşınını və ya həyat yoldaşını göstərir, müzakirə edirlər. Ona görə də yaxşısı budur ki, heç nə göstərməyəsən. Mənim ailəm şou aləminə maraqlı olmamalıdır. Ailəm özümə məxsusdur.
- Hazırda həbsdə olan general Akif Çovdarov tərəfindən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinə aparıldığınız və təhdid edildiyiniz deyildi. Həyat yoldaşınızın adı da bu mövzuda çox çəkildi. Bu, nə qədər doğrudur?
- Bunlar hamısı şayiələrdir. Həmin söz-söhbətlər aşıq Telli, əməkdar artist Mətanət İsgəndərli barədə də danışıldı. Nə oldu?! Boş şeylərdir. Sadəcə birinin ağzından bir söz eşidib yazırlar. Heç həyat yoldaşımın da bu məsələyə heç bir aidiyyəti yoxdur. Yoldaşım özünə görə mədəni, imkanlı adamdır.
- Həyat yoldaşınız birinci ailəsindən rəsmən boşanıb, sizinlə ailə qurub?
- Yox, onun məni tanımadan öncə də ailəsi var idi, indi də var. Yəni mən onun ikinci ailəsiyəm. Birinciailəsindən boşanmayıb. İki uşağı da var. Mən bunu normal qarşılayıram. Sadəcə, molla nikahında ailəliyik. Bu evlilikdən uşağımız olacaq. Bunu onun ailəsi də bilir. Münasibətlərimiz yaxşıdır. Qaynatam, qaynanam, qayınlarım, baldızım da bizə gəlib-gedirlər. Hətta onun övladları ilə də münasibətim yaxşıdır. Ümumiyyətlə, kişi odur ki, hər iki ailəsinə gözəl baxa bilir. Təki bütün kişilər mənim yoldaşım kimi dürüst və mehriban olsun. Bizə toxunanlar isə gec-tez öz cəzalarını alarlar.

- Bu söz-söhbətlərə həyat yoldaşınızın münasibəti necədir?
- O, mənə deyir ki, ya bu söz-söhbətlərə dözüb sənətdə olmalısan, ya da evdə otur, sənin üçün başqa bir biznes açım. Deyir ki, sənin xətrinə dəymirəm, sənətdən çəkilmirsənsə, söz-söhbətlərə dözməlisən.
- Mətbuatda dərc olunan bəzi neqativ yazıların şou-biznesdə tanınmış bir şəxs tərəfindən sifariş olunduğu deyilir... Bəlkə, həmin şəxsin adını açıqlayasınız?
- Qoy o həmin adam öz həyatını yaşasın. Mənim heç bir müğənni ilə işim yoxdur. Onların mənimlə işi olub, nə edirlər ki?! Özləri də bilmədən məni reklam edirlər. Bu qara reklam olsa da, insanların mənə olan sevgisini azalda bilmir.
- Şou-biznesdə bir çox müğənnilər doğuş anında çəkilmiş videolarını sosial şəbəkədə paylaşırlar. Siz də belə addım atardınızmı?
- Yox, qətiyyən. Yoldaşım hacı adamdır. Elə şeyləri sevmir.- Demək olar ki, bir çox müğənnilər ana olduqdan sonra sənətdən uzaq düşürlər. Sizdə necə olacaq?

- Niyə görə? Həyat yoldaşım hər zaman mənə dəstəkdir. Mənə deyir ki, arxandayam, nə zaman müğənnilikdən getmək istəsən, onda da seçiminə hörmətlə yanaşacam.

- Həyat yoldaşınız geyimlərinizə qarışırmı?
- Mənim açıq-saçıq geyimlərimi görmüsünüz? Üç-dörd ilə yaxındır ki, bu adamla evliyəm, ona necə xoşdursa, elə də geyinirəm. Hər zaman onun mənə bir kəlmə sözü olur. Hacıyam, hacılığıma hörmət elə.
- Şəbnəm Tovuzlu adının son dövrlər tanınmasının əsl səbəbi nədir?
- Son dövrlər gözəl mahnılar oxudum, yəni mən qalmaqallarla yaddaşlarda qalmamışam. Efirdə mədəniyyətimlə seçilmişəm. Bütün bunlar müğənninin sevilməsi üçün əsas şərtdir.
- Əvvəlki illərə nəzərə alsaq, indiki dövrdə dəvət aldığınız toylarınızın sayı çoxalıb....
- Bəli, amma indi çox toydan imtina edirəm. Çünki indi mənə dayaq olan həyat yoldaşım var.
Artıq əvvəlki kimi ucqar rayonlarda olan toylara getmirəm. Əvvəllər ehtiyacım olduğuna görə rayon toylarına gedirdim. İndi yalnız Bakıda olan toylarda yarım saatlıq iştirak edirəm.
- Müğənnilikdən başqa, biznes qurmaq fikriniz varmı?
- Bəli, artıq bu barədə xeyli vaxt idi ki, düşünürdüm. Yaxın müddətdə gözəllik salonu açacam. Bu da mənim müğənnilikdən sonra ikinci biznesim olacaq. Həmin məkanın möhtəşəm açılış mərasimini də edəcəm.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 3955   Tarix: 23 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Hər gün yalvarırdım..." - atasını itirən Aygün hər kəsi KÖVRƏLTDİ

Xəbər verdiyimiz kimi ötən gün müğənni Aygün Mahmudovanın atası koronavirusdan dünyasını dəyişib. -a istinadən xəbər verir ki, ağır itki yaşayan Aygün sosial media hesabında atası ilə fotolarını paylaşaraq izləyicilərini kövrəldib:. "Canım sənə qurban, ay ata, hara getdin?!Mən hər şeyimi Allah

8 sentyabr 2021
.

Yaqub Zurufçunun SON DURUMU - Həyat yoldaşı DANIŞDI

"Yaqub Zurufçunun vəziyyəti stabil ağırdır". xəbər verir ki, bu sözləri Əməkdar artistinin həyat yoldaşı Aynur Zurufçu deyib. O, Yaqub Zurufçunun səhhətində hələ ki, bir dəyişikliyin olmadığını bildirib:. "Daim həkim nəzarətindədir, səhhəti stabil ağır olaraq qalsa da, həkimlər tərəfində

12 sentyabr 2021
.

Türkiyəli məşhur aktrisa vəfat etdi

Türkiyəli məşhur aktrisa İncilay Şahin vəfat edib. Bu barədə "Oyunçular Birliyi"nin "Twitter" hesabında məlumat verilib. 60 yaşlı sənətçi "Çiçek taksi", "Hayat Bilgisi", "Yasak elma" kimi reytinqli seriallarda rol alıb

7 sentyabr 2021
.

Bu Əməkdar artisti TANIDINIZ? - 37 il əvvəl...

Əməkdar artist Sevda Ələkbərzadə sosial şəbəkədə uşaqlıq fotosunu paylaşıb. -ın məlumatına görə, müğənni paylaşımına "Birinci sinifə gedəcəkdim deyə anam uzun saçlarımı bu formada kəsdirdi. 1994-cü il", - şərhini qeyd edib. İfaçının 37 il öncə çəkilmiş şəkli maraqla qarşılanıb

2 sentyabr 2021
.

Könül Xasıyeva bundan sonra bu işlə məşğul olacaq

Xalq artisti Könül Xasıyeva bundan sonra pedaqoq kimi fəaliyyət göstərəcək. xəbər verir ki, xanəndə olmaq istəyənlər Xasıyevanın onlayn dərslərinə qoşulacaq:. "Oktyabrın 1-dən onlayn muğam dərslərinə başlayıram. Yaş fərqi olmadan, tələbəm olmaq istəyənlərə dərs açıqdır. Dərslərin həftədə neçə dəfə

10 sentyabr 2021
.

"Laçınım" mahnısıyla bağlı qalmaqal: Sənət çevrəsini təlatümə gətirəcək faktlar ilk dəfə

"Laçınım" mahnısı yaranan gündən onun ətrafında gəzən qalmaqal bitmək bilmir. Mərhum sənətkar Məhəbbət Kazımov dünyasını dəyişəndən sonra mahnının müəllifləri kimi bəstəkarlarının sayı çoxalmaqdadır. Uzun illər Məhəbbət Kazımovla səhnə bölüşən müğənni Könül Kərimova da "Laçınım"ı

7 sentyabr 2021
.

Əməkdar artist AzTV-də aparıcılıq edir

Əməkdar artist Elnur Kərimov aparıcılığa başlayıb. xəbər verir ki, aktyor AzTV-də çalışır. O, Xədicə Sənanqızı lə birlikdə "Gün başladı" proqramına aparıcılıq edir. Veriliş həftəiçi beş gün səhər saatlarından yayımlanır. Qeyd edək ki, XəSənanqəzə ötən mövsüm proqramı tək aparırdı

4 sentyabr 2021
.

Xərçəngdən əziyyət çəkən Nisə Qasımova ilə bağlı YENİ XƏBƏR - FOTO

Xalq artisti Nisə Qasımova yenidən səhnəyə qayıdır. xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkədə məlumat verib. N.Qasımova yeni fotosunu yayımlayaraq bunları yazıb:. "Mənim əzizlərim, dəyərli izləyicilərim, əminəm ki, yaxın zamanlarda efirlərdə görüşəcəyik". Xatırladaq ki, Xalq artist

13 sentyabr 2021
.

Onlar artıq bu kanalda olacaq

"Space" telekanalı bu mövsüm bir çox yeniliklər etməyi planlaşdırır. Axşam.az-a istinadən xəbər verir ki, bir çox yeni simalarla anlaşan kanal əvvəlki əməkdaşları ilə sağollaşıb. ATV-nin simaları olan İlkin Həsəni, Nicat Rəhimov və İlkin Misgərli bundan sonra "Space"də çalışacaq

7 sentyabr 2021