Polşa Belarusla sərhədi bağlaya bilər
Polşa Belarusla sərhədi tamamilə bağlamaq imkanını nəzərdən keçirir.
Bu barədə Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski bildirib.
Hazırda ölkələr arasında bir sərnişin və iki yük sərhəd keçid məntəqəsi fəaliyyət göstərir.
"Belarusun hərəkətləri ilə əlaqədar olaraq, biz bütün sərhəd keçidlərinin bağlanmasını nəzərdən keçiririk, bunun Polşa iqtisadiyyatı üçün nəzərəçarpacaq dərəcədə təsirlərinin olub-olmayacağı sualını öyrənirik", - nazir deyib.
Qeyd edək ki, may ayında Polşanın Baş naziri Donald Tusk sərhəd xəttindən təqribən 200 metr enində bufer zonasının yaradılmasını elan edib. Daha sonra, iyunun 2-də, ümumilikdə bufer zonasının 27 bölgəni əhatə edəcəyi dəqiqləşdirilib. Xatırladaq ki, Belarusun Polşa, Latviya və Litva ilə sərhədində vəziyyət 2021-ci ildə Yaxın Şərqdən olan qaçqınların Avropa İttifaqına daxil olmaq üçün sərhəd məntəqələrinə axışması ilə daha da pisləşib.(oxu.az)
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 691 Tarix: 23 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Braziliyadan RADİKAL QƏRAR: Onlayn mərc oyunları tam qadağan edildi
Braziliya Prezidenti Luis İnasio Lula da Silva ölkə ərazisində onlayn mərc oyunlarına tam qadağa qoyub. xəbər verir ki, bu barədə məlumatı "G1" informasiya portalı yayıb. Tətbiq edilən məhdudiyyət virtual kazinolara və onlayn qumar oyunlarına şamil olunur. Qərar dərhal qüvvəyə minsə də, hökumə
26 sentyabrTrampın İranın Hörmüz planını rədd etməsinin səbəbi açıqlanıb
ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazından gəmiçiliyin bərpası ilə bağlı təklif etdiyi planı, xüsusilə İran tərəfinə etimadın olmaması səbəbindən rədd edib. "Report"un məlumatına görə, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts "Fox News" telekanalının efirində bildirib
27 sentyabrŞiddətli daşqınlar səbəbindən Banqkok şəhərində fəlakət zonası elan edilib
Banqkok hakimiyyəti Tayland paytaxtının bütün 50 rayonunda üç gün davam edən leysan yağışların genişmiqyaslı daşqınlara səbəb olmasından sonra fövqəladə vəziyyət elan etdi. xəbər verir ki, günortadan sonradan şəhərdə təxminən 300 mm yağıntı qeydə alınıb. Fəlakət rejimi yerli hakimiyyət orqanlarına daşqınları
26 sentyabrMoskva İrəvanın müraciətini yetərli saymadı: Məhdudiyyətlər qüvvədə qaldı
Rusiya Ermənistandan balıq və süd məhsullarının idxalına qoyulan məhdudiyyətləri aradan qaldırmayıb. xəbər verir ki, bu barədə Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti ("Rosselxoznadzor") məlumat yayıb. Qurumdan bildirilib ki, Ermənistan tərəfi əvvəllər istehsal müəssisələrind
27 sentyabrBundesrat Almaniyada yanacaq vergisinin azaldılmasını təsdiqləyib
Bundestaqdan (parlament) sonra Bundesrat (Almaniya federal torpaqlar palatası) hakim koalisiyanın yanacağın qiymətlərinin artması fonunda avtomobil yanacaqlarına vergi yükünün azaldılması ilə bağlı qanun layihəsini təsdiqləyib. Bu barədə "Report" DPA-ya istinadən xəbər verir. Məlumata görə
27 sentyabrNigerdən Fransa və Ukraynaya ağır İTTİHAM: "Ciddi sübutlarımız var"
Niger Fransa və Ukraynanı Saheldə terrorçuluğa dəstək verməkdə ittiham edib. TASS-a istinadən xəbər verir ki, Nigerin Baş naziri Əli Lamin Zeyn bununla bağlı ciddi sübutların olduğunu bildirib. "Hazırda Saheldə baş verənlər silahlı üsyan deyil, dini müharibə deyil. Bölgəmizdə terrorçuluq təbii sərvətlərimizi
27 sentyabrSi Cinpin: Çin və ABŞ ortaq maraqlar əsasında hərəkət edəcək
Çin rəhbəri Si Cinpin Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə danışıqlar zamanı hər iki ölkənin bir-birinə doğru addım atacağına və ümumi maraqlar əsasında hərəkət edəcəyinə ümid etdiyini bildirib. "Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. "Əməkdaşlıq ikitərəfl
27 sentyabr