WSJ: Baydenin mayeləşdirilmiş təbii qazın ixracı ilə bağlı qərarı Ukrayna üçün çətinliklər yaradır
ABŞ Prezidenti Cozef Baydenin mayeləşdirilmiş təbii qazın (LNG) ixracına dair yeni müqavilələrin təsdiqi prosedurunu dayandırmaq qərarı Ukrayna üçün çətinliklər yaradır.
"Report" xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) məlumat yayıb.
Bundan əvvəl Ukraynanın DTEK enerji holdinqi məlumat vermişdi ki, Vaşinqton və Kiyev Amerikadan mayeləşdirilmiş təbii qazın Ukrayna və Şərqi Avropaya tədarükünə dair saziş imzalayıblar.
"Bununla belə, Kiyev üçün pis xəbərlər də var. Belə ki, Baydenin qəbul etdiyi LNG ilə bağlı qərar uğurlu yolun qarşısını kəsir", - məqalədə deyilir.
Belə ki, Amerika prezidenti "yaşıl gündəmə" görə yeni LNG ixrac layihələri üçün icazələrin verilməsini dayandırıb.
Jurnalistlər xatırladıblar ki, 2022-ci il fevralın 24-dən sonra Avropa enerji təchizatını diversifikasiya edib, lakin bir çox ölkələr hələ də Ukraynadan keçən boru kəməri ilə gələn Rusiya qazından asılıdır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 579 Tarix: 23 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pezeşkian: Yaxın Şərqin "polis"ə ehtiyacı yoxdur
İran ABŞ və İsraillə qarşıdurmada "öz mövqeyində qalmağa" davam edir. "Report" "Al Jazeera"yə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib. Onun sözlərinə görə, sanksiyalar vasitəsilə İran xalqına təsir göstərəcəyini düşünənlər "yanılıblar"
26 sentyabrİranda dəhşətli avtobus qəzası: Xeyli ölən və yaralanan var
İranda Tehran şəhərinin cənub-qərbində sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər ölüb, 24 nəfər xəsarət alıb. Bu barədə İran mətbuatına istinadən məlumat verir. Tehrana doğru hərəkət edən avtobus Saveh-Hamedan avtomobil yolunda aşıb. Hazırda hadisənin səbəbləri araşdırılır
26 sentyabrDaha bir dünya lideri Makronun dəvətini rədd etdi
İtaliyanın Baş naziri Corcia Meloni sentyabrın 28-də Fransanın Mets şəhərində keçiriləcək və Roma Papası XIV Levin apostol səfərinin son günündə çıxış edəcəyi görüşə qatılmayacaq. xəbər verir ki, bu barədə TASS İtaliya hökumət başçısının mətbuat xidmətinin açıqlamasına əsasən məlumat yayıb. Məlumat
26 sentyabrŞiddətli daşqınlar səbəbindən Banqkok şəhərində fəlakət zonası elan edilib
Banqkok hakimiyyəti Tayland paytaxtının bütün 50 rayonunda üç gün davam edən leysan yağışların genişmiqyaslı daşqınlara səbəb olmasından sonra fövqəladə vəziyyət elan etdi. xəbər verir ki, günortadan sonradan şəhərdə təxminən 300 mm yağıntı qeydə alınıb. Fəlakət rejimi yerli hakimiyyət orqanlarına daşqınları
26 sentyabr