ABŞ-dakı Rusiya viza mərkəzinin hər iki filialı bağlanacaq
Amerika administrasiyası Rusiya viza mərkəzinin ABŞ-dakı hər iki filialını bağlayır, həmçinin rusiyalı diplomatları ölkədə vergi ödəməmək imkanından məhrum edir.
"Report" "TASS"a istinadən xəbər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov məlumat verib.
"Hər gün bizə qarşı hücumlar edilir və bu gün, cəmi bir saat əvvəl, amerikalılar bizə viza mərkəzinin bağlanması barədə bildiriş göndərdilər. İndi də Rusiya diplomatlarının və konsullarının çiyninə əlavə yük düşür. Və dərhal demək istəyirəm ki, biz işləməyə davam edəcəyik. Biz soydaşlarımızı tərk etməyəcəyik.
Biz onlara lazımi hüquqi və konsulluq dəstəyi göstərmək üçün əlimizdən gələni edəcəyik. Vergidən azad olma kartlarımızı da əlimizdən aldılar. Bu kartlar istənilən ölkədə diplomatlara imtiyazlar verir, onlara yaşamağa və yerli xəzinəyə vergi ödəməməyə imkan verir", - Antonov vurğulayıb.
Onun sözlərinə görə, Amerika tərəfi öz hərəkətlərini heç bir şəkildə izah etməyib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 747 Tarix: 23 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pezeşkian: Yaxın Şərqin "polis"ə ehtiyacı yoxdur
İran ABŞ və İsraillə qarşıdurmada "öz mövqeyində qalmağa" davam edir. "Report" "Al Jazeera"yə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib. Onun sözlərinə görə, sanksiyalar vasitəsilə İran xalqına təsir göstərəcəyini düşünənlər "yanılıblar"
26 sentyabrİranda dəhşətli avtobus qəzası: Xeyli ölən və yaralanan var
İranda Tehran şəhərinin cənub-qərbində sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər ölüb, 24 nəfər xəsarət alıb. Bu barədə İran mətbuatına istinadən məlumat verir. Tehrana doğru hərəkət edən avtobus Saveh-Hamedan avtomobil yolunda aşıb. Hazırda hadisənin səbəbləri araşdırılır
26 sentyabrDaha bir dünya lideri Makronun dəvətini rədd etdi
İtaliyanın Baş naziri Corcia Meloni sentyabrın 28-də Fransanın Mets şəhərində keçiriləcək və Roma Papası XIV Levin apostol səfərinin son günündə çıxış edəcəyi görüşə qatılmayacaq. xəbər verir ki, bu barədə TASS İtaliya hökumət başçısının mətbuat xidmətinin açıqlamasına əsasən məlumat yayıb. Məlumat
26 sentyabrŞiddətli daşqınlar səbəbindən Banqkok şəhərində fəlakət zonası elan edilib
Banqkok hakimiyyəti Tayland paytaxtının bütün 50 rayonunda üç gün davam edən leysan yağışların genişmiqyaslı daşqınlara səbəb olmasından sonra fövqəladə vəziyyət elan etdi. xəbər verir ki, günortadan sonradan şəhərdə təxminən 300 mm yağıntı qeydə alınıb. Fəlakət rejimi yerli hakimiyyət orqanlarına daşqınları
26 sentyabr