"Çılpaq oturduğumu iddia etdi": Məşhur model azərbaycanlı sevgilisindən ayrılma səbəbini AÇIQLADI
Rusiyalı məşhur teleaparıcı, model, bloqer və iş xanımı Viktoriya Bonya özündən 13 yaş kiçik olan azərbaycanlı iş adamı Ruslan Həsənovla ayrılığının səbəblərini açıqlayıb.
Məşhur model, Ruslanın onu əsassız qısqandığı və nəzarət etməyə çalışdığını etiraf edib.
O, "Zlıye yazıki" verilişində iş adamı ilə aralarında nə baş verdiyi barədə ilk dəfə danışıb.
Teleulduz daha gənc görünmək üçün plastik əməliyyat etdirdiyini qeyd edib.
"Onun yaşına uyğun olmaq üçün plastik əməliyyat etdirdim. Qarımış görünməmək üçün (mənə belə deyirdilər) uyğunlaşmaq istədim", - deyə Viktoriya bildirib.
Aparıcı bununla belə Ruslanın onu dostuna qısqandığını, daim nəzarət altında olduğunu və bu səbəbdən münasibətlərinin bitdiyini deyib.
"Los-Ancelesdə idim və dostum Filip Pleynə (məşhur dizayner) zəng etdim, biz uzun illərdir tanışıq. Sosial şəbəkədə Filiplə söhbətimizin əks olunduğu və üzümün görünmədiyi skrinlər paylaşdım. Ruslan mənə zəng edib bunu silməyimi tələb etdi və "orada xələtdə çılpaq oturmusan" dedi. Xələtimin ətəkləri bağlı idi. Ona dedim ki, bu mənim dostumdur. Bu hadisədən sonra onunla münasibətimə son qoydum", - deyə model bildirib.
Qeyd edək ki, Viktoriya bir müddət Ruslanla münasibətlərini gizli saxlayıb. Sonradan məlum olub ki, iş adamı evlidir. Bonya Ruslanın artıq həyat yoldaşı ilə yaşamadığını, boşanmağa çalışdığını, lakin həyat yoldaşının buna mane olduğunu bildirib.
Sevgililər münasibətlərini açıqladıqdan sonra tədbirlərə birlikdə qatılmağa başlayıblar. Lakin tezliklə Bonya, Ruslanla ayrıldıqlarını və səbəblərdən birinin yaş fərqi olduğunu qeyd edib.(oxu.az)
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nebahat Çehre 6 ildən sonra bunu edəcək
Türkiyəli aktrisa Nebahat Çehre yeni layihədə çəkiləcək. Axşam.az xəbər verir ki, aktrisa "Düyünümüz var" serialında rol alacaq. Nebahat Çehre "Feryal" obrazı ilə izləyicilərinin qarşısına çıxacaq. Qeyd edək ki, aktrisa son olaraq 6 il əvvəl "Menajerimi ara"da rol alıb
5 iyulAlmaxanım əkizlərinə AD GÜNÜ EDİR - FOTOLAR
Müğənni Almaxanım Əhmədovanın əkizləri Kamalla Camalın bu gün 1 yaşı tamam olur. O bununla bağlı sosial mediada paylaşım edib. xəbər verir ki, bu münasibətlə ifaçı övladlarına ad günü məclisi təşkil edib. Qeyd edək ki, Almaxanım Murad adlı bəylə ailəlidir
5 iyul"Səni belə ölüm-dirim savaşı verən halda görəcəyimə inanmazdım"
Rəqqasə Fatimə Fətəliyeva anası ilə bağlı duyğusal paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi anası Səkinə xanıma ünvanladığı sözlərlə onun bir müddət əvvəl ağır xəstəlik keçirdiyini və sağaldığı yazıb. Fatimə həmin günləri həyatının ən çətin sınağı adlandırıb. "Səni bu qədər halsız, ölüm-diri
27 iyunİbrahim Tatlısəsin son halı
Məşhur türkiyəli müğənni İbrahim Tatlısəsin müalicə aldığı Ankara Bilkent Şəhər Xəstəxanasından yeni fotosu paylaşılıb. xəbər verir ki, əməliyyatdan sonra fiziki reabilitasiya müalicəsinə başlayan sənətçi xəstəxananın həyətində görüntülənib. Paylaşılan fotoda İbrahim Tatlısəsin olduqca şən və yüksə
3 iyulYarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?
Türk kinosunun unudulmaz simaları Türkan Şoray və Kadir İnanır haqqında illər əvvəl ortaya atılan iddialar yenidən gündəmə gəlib. xəbər verir ki, uzun illər Yeşilçamın ən çox yaraşdırılan cütlüklərindən biri hesab edilən ikilinin evlilik məsələsində fikir ayrılığı yaşadığı və bu səbəbdən yollarını ayırdığ
28 iyunPsixoloji müalicə alan Dilan Polat evə qayıtdı
Psixoloji dəstək almaq məqsədilə xəstəxanaya yerləşdirilən türkiyəli fenomen Dilan Polat evə buraxılıb. Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı Engin Polat sosial şəbəkə hesabında məlumat verib. O, paylaşdığı fotonun üzərinə "Ümid edirəm ki, evimizin hüzuru sənə şəf
6 iyulHadise və CeyLo bir arada
Türk müğənni Hadise ilə dünya şöhrətli müğənni Cennifer Lopez Paris Moda Həftəsi çərçivəsində keçirilən tədbirdə bir araya gəlib. OLAY yazır ki, ikilinin səmimi söhbətləri diqqət çəkərkən, onların iddialı geyim tərzləri moda dünyasında böyük maraq yaradıb
9 iyulMaykl Ceksonun ölümü ilə bağlı yeni iddia gündəmə gəldi
Müğənni Maykl Ceksonun ölümünə səbəb olan preparatın dozasını özünün artırmış ola biləcəyi iddia olunur. xəbər verir ki, bu barədə "Radar Online" nəşri öz araşdırmasına istinadən məlumat yayıb. Nəşrin iddiasına görə, xroniki ağrılar, maliyyə problemləri ilə bağlı narahatlıq və qarşıdakı konser
5 iyulKadir İnanır niyə 3 gün sonra dəfn olunur?
Ötən gün dunyasını dəyişən Türkiyənin sevilən aktyoru Kadir İnanır sabah İstanbulda torpağa tapşırılacaq. xəbər verir ki, bu barədə mərhum sənətkarın qardaşı oğlu Levent İnanır açıqlama verib. O, əmisinin gec dəfn olunmasını dəbdəbəli vida mərasiminin təskili ilə əlaqələndirib. "Kadir İnanırın milyonlarl
27 iyun