Aİ Yaponiya və Cənubi Koreya ilə müdafiə sahəsində saziş imzalaya bilər
Avropa İttifaqı Yaponiya və Koreya Respublikası ilə müdafiə və təhlükəsizlik sahəsində saziş imzalaya bilər.
"Report" xəbər verir ki, bu barədə "Nikkei" qəzeti məlumat yayıb.
Sözügedən əməkdaşlıq istəyi Rusiya və KXDR tərəfindən bu yaxınlarda Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinin imzalanması fonunda yaranıb.
"Avropa şirkətləri ilə əməkdaşlıq sayəsində Yaponiya müdafiə texnologiyalarını təkmilləşdirə, istehsal xərclərini azalda və avadanlıqlarının satış kanallarını genişləndirə bilər", - nəşr qeyd edir.
Məlumata görə, tərəflər kosmos, kibertəhlükəsizlik, dezinformasiya ilə mübarizə və dəniz təhlükəsizliyinin gücləndirilməsi kimi sahələrdə əməkdaşlıq imkanlarını da nəzərdən keçirəcəklər. Yaponiya ilə tərəfdaşlığın nüvə tərksilahı və yayılmaması sahəsində əməkdaşlığı əhatə edəcəyi gözlənilir.
Tərəflərin müvafiq sazişi 2024-cü ilin sonuna kimi imzalayacağı gözlənilir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 684 Tarix: 23 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ-də avtomobil izdihama çırpılıb, 15 nəfər xəsarət alıb
ABŞ-nin Luiziana ştatında Laos Yeni ilinin qeyd edildiyi festivalın keçirildiyi ərazinin yaxınlığında avtomobil izdihama çırpılıb, 15 nəfər xəsarət alıb. "Report"un məlumatına görə, bu barədə "Reuters" yerli hakimiyyət orqanlarına istinadən xəbər verib. Mənbələrin məlumatına görə
5 aprelTramp DTN əməkdaşlarının əməkhaqqı borclarının ödənilməsini tapşırıb
ABŞ Prezidenti Donald Tramp Daxili Təhlükəsizlik Nazirliyinin (DTN) əməkdaşlarına qurumun maliyyələşdirilməsinin dayandırılması səbəbindən əldə etmədikləri bütün vəsaitlərin ödənilməsi barədə göstəriş verib. "Report" xəbər verir ki, bu barədə Ağ Evin sənədlərində deyilir. Amerika lideri nazirliyi
5 aprel100 il yaşamağın sirri: Rasionda cəmi bir dəyişiklik kifayətdir
Qida rasionunda yalnız bir dəyişiklik etməklə 100 yaşına qədər yaşamaq mümkündür. xəbər verir ki, həkim Dieqo Suares "La Razon" nəşrinə müsahibəsində uzunömürlülüyün sadə formulunu açıqlayıb. Uzunömürlülüyə nail olmaq üçün Dieqo Suares emal olunmuş ət məhsullarını, şəkərli içkiləri, quru səhə
5 aprelZelenski: Yaxın Şərqdə uzanan müharibə Ukraynaya dəstəyi zəiflədə bilər
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və İsrailin İrana qarşı uzanan müharibəsinin Vaşinqton tərəfindən Kiyevə dəstəyin zəifləməsinə səbəb ola biləcəyindən narahatlığını ifadə edib. "Report" xəbər verir ki, Zelenski bu barədə "The Associated Press" agentliyinə açıqlamasında bildirib
5 aprelCənubi Koreya Hörmüz boğazındakı vəziyyətdən narahatdır
Cənubi Koreyanın maliyyə naziri Ku Yun Çhol Hörmüz boğazı yaxınlığında enerji təhlükəsizliyini və Koreya gəmilərinin təhlükəsizliyini gücləndirmək üçün Körfəz ölkələrindən olan səfirlərlə görüşüb. "Report"un "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, nazirlik bu barəd
5 aprelTramp: "ABŞ-nin İranla müharibəsi NATO üçün sınaq idi"
"ABŞ-nin İrana qarşı hərbi əməliyyatı NATO üçün sınaq xarakteri daşıyıb". TASS-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp ABC telekanalına müsahibəsində deyib. "Bunu sınaq kimi etdim. Mənə bu lazım deyil, düzdür? NATO kağızdan pələngdir, onların gəmiləri yoxdur
5 aprel