Fransada vəziyyət kritikdir: Etiraz aksiyaları bütün ölkəni cənginə alıb

Fransada vəziyyət kritikdir: Etiraz aksiyaları bütün ölkəni cənginə alıbAvropanın və bütövlükdə dünyanın diqqəti Fransada keçiriləcək seçkilərə yönəlib. İyunun 9-da Avropa Parlamentinə (AP) keçirilən seçkilərin nəticələri Prezident Emmanuel Makronu sensasiyalı qərar qəbul etməyə məcbur edib. Beşinci Respublika tarixində ilk dəfə olaraq dövlət başçısı parlamenti daxili motivlərə görə deyil, xarici seçki kampaniyasının təsiri ilə buraxıb.

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

"İntibah" üçün məyusedici nəticələr

Ölkə parlamentinin aşağı palatası olan 577 yerlik Milli Assambleyaya seçkilər üçün namizədlərin irəli sürülməsi başa çatıb. İyunun 17-də seçki kampaniyası rəsmən başlayıb və bu, Beşinci Respublika tarixinə ən qısa kampaniya kimi düşüb. Hələlik rəy sorğuları Prezident Makronun "İntibah" partiyası üçün məyusedici nəticələri proqnozlaşdırır. Anketlərdə Marin Le Penin lideri olduğu, Cordan Bardellanın rəhbərlik etdiyi ifrat sağçı "Milli Birlik" Partiyası və solçu "Yeni Xalq Cəbhəsi" koalisiyası liderlik edir. Seçkilər iki turda - iyunun 30-da və iyulun 7-də keçiriləcək. Parlament mandatlarının böyük hissəsi üçün mübarizə aparan üç əsas siyasi qüvvə var: ifrat sağçı Cordan Bardellanın rəhbərlik etdiyi "Milli Birlik" Partiyası (son sorğuya görə, 33% səs toplaya bilər), solçu "Yeni Xalq Cəbhəsi" (28%), mərkəzçi Makronun "İntibah"ı (18%).

Siyasi mübarizə şiddətlənir

Vəziyyət kritikdir. Emmanuel Makronun elan etdiyi seçkilər ərəfəsində sağçı qüvvələrin, xüsusilə "Milli Birliy"in uğurları fonunda siyasi mübarizə daha da şiddətlənir. Radikallara qarşı mübarizə aparmaq üçün Jan-Lyuk Melenşonun başçılıq etdiyi solçu qüvvələrdən ibarət koalisiya yaradılıb, bütün ölkədə etiraz aksiyası keçirilir. 250 mindən çox insan Fransanın müxtəlif şəhərlərində küçələrə axışaraq ifrat sağçılara qarşı çıxıblar. "France24"ün məlumatına görə, tək Parisdə keçirilən etiraz aksiyalarında 75 min insan iştirak edib. Onların arasında həm ifrat sağçı sol-liberal tənqidçilər, həm də "Milli Birlik" nümayəndələrinin və onun ideoloji lideri Marin Le Penin fikirlərini islamofob hesab edənlər olub.

Polis iğtişaşlara hazırlaşır

Ölkənin keçmiş rəhbəri Nikola Sarkozi Makronun erkən seçkilərlə bağlı qərarının ölkəni xaosa sürükləyə biləcəyini deyib. Fransa polisi parlament seçkilərindən sonra hadisələrin inkişafı üçün bütün mümkün ssenariləri nəzərdən keçirir və sağçıların qələbə qazanacağı təqdirdə baş verə biləcək iğtişaşlara hazırlaşır. Bu barədə "Le Journal du Dimanche" (JDD) qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, polis 7 iyul tarixini, seçkilərin ikinci turunun keçiriləcəyi günü xüsusilə təhlükəli hesab edir. Fransa polisinin həmkarlar ittifaqının nümayəndəsi Erik Henrinin nəşrə verdiyi məlumata görə, polis hazırda qalxan, qumbara, dəbilqə, su şırnaqları və qoruyucu vasitələr hazırlayır. Eyni zamanda, həmkarlar ittifaqının nümayəndəsi bildirib ki, polis əməkdaşlarının sayı məhduddur, ona görə də iğtişaşlar baş verərsə, asayişin qorunmasında "ordunun iştirakı məsələsi" yenidən gündəmə gətiriləcək.

Olland Makrondan qisas ala biləcək?

Seçki prosesinin ən maraqlı xəbəri keçmiş prezident Fransua Ollandın deputatlığa namizədliyinin irəli sürülməsi ilə bağlıdır. Görünür, vaxtilə Makrona uduzan Olland qisas almağın vaxtı çatdığı qənaətinə gəlib. Fransua Fransa siyasətində seçkilərdə qalib gəlmək üçün radikal müxalif qrupları birləşdirməyə qadir olan şəxs kimi tanınıb. Onun namizədliyini Fransanın solçu partiyalarının yaratdığı "Yeni Xalq Cəbhəsi" birliyi dəstəkləyib. Üstəlik, onun prezident postuna namizədliyini irəli sürmək niyyətində olduqlarını da bildiriblər.

Marin Le Penin varisi - Bardella

Bəlli olduğu kimi, Avropa Parlamentinə seçkilərin əsas qalibi ifrat sağçıların lideri, kino ulduzu siması olan 28 yaşlı gənclik kumiri Cordan Bardella olub. Onun sədri olduğu "Milli Birlik" Partiyası Makronun partiyasını sarsıdıcı məğlubiyyətə uğradıb, prezidenti parlamenti buraxmağa və növbədənkənar seçkilər elan etməyə məcbur edib. Artıq iyulda Bardellanın Fransanın baş naziri ola biləcəyi barədə söhbətlər dolaşır. "TikTok" ulduzu olan Bardellanın 1,6 milyon izləyicisi var. Mətbuat onu Le Penin "ideal kürəkəni" adlandırırdı. Bardella Marin Le Penin qardaşı qızı Nolven Olivye ilə romantik münasibətdə olub, lakin onlar Avropa Parlamentinə keçirilən seçkilərə az qalmış ayrılıblar. Tənqidçilər onun erudisiya çatışmazlığını, əsas məsələlərdə şəxsi fikrinin, qlobal iqtisadiyyat və siyasət sahəsində biliyinin olmamasını vurğulayırlar. Bardellanı "Le Penin düsturlarını əzbərdən təkrarlayan" biri kimi təsvir edirlər.

Beləliklə, Fransada siyasi gərginlik artır. Hər şey seçkilərdə sağların qələbə qazanacağını göstərir. Bu qələbə isə tək Fransada deyil, bütövlükdə Avropada gərginliyə səbəb ola bilər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 887   Tarix: 23 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Argentinada müəmmalı balina ölümləri: Narahatedici tendensiya aylardır davam edir - VİDEO

Argentinanın cənubunda yerləşən Çubut əyalətinin sahillərində yenidən onlarla ölü cənub hamar balinası balası aşkar edilib. xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Bildirilir ki, "Conicet" Milli Tədqiqat Şurasının Dəniz Məməliləri Laboratoriyasının tədqiqatçısı Mariano Koskarella car

27 sentyabr
.

Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb

İspaniyada ana və yetkin yaşda olan qızı təxminən iki il ailə başçısının meyiti ilə eyni evdə yaşayıblar. Dəhşətli hadisə Barselona yaxınlığındakı Kabrera-Danoya bələdiyyəsində aşkarlanıb. -a istinadən bildirir ki, Kan-Formiqa yaşayış massivinin sakinləri vəziyyətdən şübhələnərək polisə müraciət ediblər

27 sentyabr
.

Şiddətli daşqınlar səbəbindən Banqkok şəhərində fəlakət zonası elan edilib

Banqkok hakimiyyəti Tayland paytaxtının bütün 50 rayonunda üç gün davam edən leysan yağışların genişmiqyaslı daşqınlara səbəb olmasından sonra fövqəladə vəziyyət elan etdi. xəbər verir ki, günortadan sonradan şəhərdə təxminən 300 mm yağıntı qeydə alınıb. Fəlakət rejimi yerli hakimiyyət orqanlarına daşqınları

26 sentyabr
.

Yaponiya və ABŞ-dan Çinlə bağlı yeni mesaj

Yaponiyanın Baş naziri Sanae Takaiçi ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. TASS-a istinadən xəbər verir ki, tərəflər Trampın Çin Sədri Si Cinpinlə danışıqlarını müzakirə ediblər və Çinə qarşı siyasət də daxil olmaqla, gələcək əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər. Takaiçini

27 sentyabr
.

Yakutiyada kömür mədənində partlayış olub: Ölənlər və yaralananlar var

Yakutiyada Elqa kömür yatağı ərazisində yerləşən ehtiyat nasos stansiyasında baş verən partlayış nəticəsində insan ölümü qeydə alınıb. xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Saxa Respublikasının (Yakutiya) prokurorluğunun mətbuat xidməti özünün "Telegram" kanalında məlumat yayıb

26 sentyabr
.

Əzizi: Tehranın şərtləri icra olunana qədər Hörmüz boğazı açılmayacaq

Tehranın şərtləri icra olunana qədər Hörmüz boğazı yenidən açılmayacaq. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi bildirib. "Vaşinqton danışıqlar barədə yanlış anlayışa malikdir və yalnı

27 sentyabr
.

Pezeşkian Çinin peyk görüntülərindən istifadə olunması iddialarına münasibət bildirib

İran Prezidenti Məsud Pezeşkian İordaniyadakı ABŞ bazasına zərbələrdə Çinin peyk görüntülərindən istifadə olunmasına dair iddialara münasibət bildirib. "Report" xəbər verir ki, Pezeşkian bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb. O, jurnalistin müvafiq sualına cava

27 sentyabr
.

Tramp: İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz. "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb. "İranın nüvə silahı ola bilməz", - ABŞ Prezidenti qeyd edib

26 sentyabr
.

ABŞ Prezidenti "saxta KİV-lər"i Ağ Evə buraxmamağa çağırıb

ABŞ Prezidenti Donald Tramp "saxta KİV-lər"in Ağ Evə buraxılmamalı olduğunu bildirib. "Report" xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb. "Ağ Evdə saxta xəbərlərə yer olmamalıdır. Bu, çox uzun müddət davam edir və ölkəmizə bah

26 sentyabr