Dağıstanda terror: Ölənlərin sayı artdı - Kilsədə 40 nəfər girov saxlanılır - YENİLƏNİB
Dağıstanın (Rusiya Federasiyası) Dərbənd və Mahaçqala şəhərlərində baş verən terror aktları nəticəsində ölənlərin sayı 6-ya, xəsarət alanların sayı isə 23 nəfərə çatıb. Ölənlərin polis əməkdaşları olduqları bildirilir.
Mahaçqalada pravoslav kilsəsində 40 nəfər girov kimi saxlanılır.
Bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.
Bundan başqa Dağıstanın Dərbənd şəhərində bütün kütləvi tədbirlər ləğv edilib.
Dağıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb ki, atəş açan iki silahlı məhv edilib. Hadisə ilə bağlı cinayət işi açılıb.
Mənbə: "112" "Telegram" kanalı
20:24
Dağıstanın (Rusiya Federasiyası) Dərbənd şəhərində naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutub, üç polis əməkdaşı həlak olub, altı nəfər isə yaralanıb.
Bu barədə Dağıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Təxminən saat 18:00-da (Bakı vaxtı ilə 19:00 - red.) Dərbənddə naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutublar. İlkin məlumata görə, bir polis əməkdaşı həlak olub, biri isə yaralanıb. Şübhəlilərin qaçdığı avtomobil müəyyən edilib. Ölən və yaralanan polis əməkdaşları ilə bağlı məlumatlar dəqiqləşdirilir", - məlumatda vurğulanıb.
Sinaqoqda yanğın baş verib. Yanğının söndürülməsi üçün işlər görülür.
Mahaçqala və Dərbənddə giriş-çıxış məntəqələri mühasirəyə alınıb.(oxu.az)
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1564 Tarix: 23 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şiddətli daşqınlar səbəbindən Banqkok şəhərində fəlakət zonası elan edilib
Banqkok hakimiyyəti Tayland paytaxtının bütün 50 rayonunda üç gün davam edən leysan yağışların genişmiqyaslı daşqınlara səbəb olmasından sonra fövqəladə vəziyyət elan etdi. xəbər verir ki, günortadan sonradan şəhərdə təxminən 300 mm yağıntı qeydə alınıb. Fəlakət rejimi yerli hakimiyyət orqanlarına daşqınları
26 sentyabrYaponiya və ABŞ-dan Çinlə bağlı yeni mesaj
Yaponiyanın Baş naziri Sanae Takaiçi ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. TASS-a istinadən xəbər verir ki, tərəflər Trampın Çin Sədri Si Cinpinlə danışıqlarını müzakirə ediblər və Çinə qarşı siyasət də daxil olmaqla, gələcək əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər. Takaiçini
27 sentyabrYakutiyada kömür mədənində partlayış olub: Ölənlər və yaralananlar var
Yakutiyada Elqa kömür yatağı ərazisində yerləşən ehtiyat nasos stansiyasında baş verən partlayış nəticəsində insan ölümü qeydə alınıb. xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Saxa Respublikasının (Yakutiya) prokurorluğunun mətbuat xidməti özünün "Telegram" kanalında məlumat yayıb
26 sentyabrƏzizi: Tehranın şərtləri icra olunana qədər Hörmüz boğazı açılmayacaq
Tehranın şərtləri icra olunana qədər Hörmüz boğazı yenidən açılmayacaq. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi bildirib. "Vaşinqton danışıqlar barədə yanlış anlayışa malikdir və yalnı
27 sentyabrTramp: İran nüvə silahına sahib ola bilməz
İran nüvə silahına sahib ola bilməz. "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb. "İranın nüvə silahı ola bilməz", - ABŞ Prezidenti qeyd edib
26 sentyabrABŞ Prezidenti "saxta KİV-lər"i Ağ Evə buraxmamağa çağırıb
ABŞ Prezidenti Donald Tramp "saxta KİV-lər"in Ağ Evə buraxılmamalı olduğunu bildirib. "Report" xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb. "Ağ Evdə saxta xəbərlərə yer olmamalıdır. Bu, çox uzun müddət davam edir və ölkəmizə bah
26 sentyabr