Gənc oğlan azyaşlı sevgilisi ilə cinsi münasibətdə oldu: "Anası da orada idi"

Gənc oğlan azyaşlı sevgilisi ilə cinsi münasibətdə oldu: "Anası da orada idi"İmişli rayonunda 2000-ci il təvəllüdlü Mirzə sevgi münasibətində olduğu Vəsiləyə (adlar şərti verilib - red.) təcavüz edib.

Teleqraf.com-un məlumatına görə, Mirzə 2023-cü ilin iyul ayının əvvəllərində İmişli şəhəri, T.İsmayılov küçəsində yerləşən fərdi yaşayış evində 2009-cu il təvəllüdlü Vəsilə ilə onun razılığı əsasında təbii yolla cinsi əlaqədə olub.

Bu hadisədən iki gün sonra o, yenidən evdə Vəsilənin razılığı əsasında qeyri-təbii yolla cinsi əlaqədə olub və ona qarşı təkrar seksual xarakterli digər hərəkətlər edib.

Bundan sonra 2023-cü ilin iyul ayının sonlarınadək müxtəlif günlərdə Vəsilə ilə evdə görüşərək cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Mirzənin barəsində Cinayət Məcəlləsinin 152.4.1-ci (on altı yaşına çatmayan şəxslə təkrar cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mirzə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O qeyd edib ki, əvvəllər İmişli rayonunda kompüter klubu işlədib:

"Vəsiləni klubun qarşısına gəlib-gedərkən görmüşəm və orada tanış olmuşam. Sonradan Vəsilə ilə aramızda sevgi münasibəti yarandı və onunla yaxınlıq etməyə başladım. Vəsilənin evinə mütəmadi olaraq gedib-gəlmişəm. Vəsilə ilə ilk dəfə onun evində könüllü olaraq cinsi əlaqədə olmuşam".

Təqsirləndirilən şəxs bildirib ki, Vəsilə ilə zorla deyil, onun öz istəyi ilə cinsi əlaqədə olub:

"Vəsilənin evində cinsi əlaqədə olarkən onun anası da evdə olub. Vəsilə mənə yaşının 14 olduğunu deyib. Onunla qeyri-təbii yolla cinsi əlaqədə olmamışam. Vəsilənin hamilə olduğundan xəbərim olmayıb".

İş üzrə zərərçəkmiş Vəsilənin sözlərinə görə, Mirzə ilə tanış olduqdan sonra sevgi münasibətində olublar:

"Mirzə ilə olan münasibətimdən anam Sevdanın xəbəri olub. Anamın evdə olmadığı vaxtlarda Mirzə yaşadığım evə gəlib. Həmin vaxt evdə ikimiz olmuşuq. Mirzə mənə cinsi əlaqədə olmaq istədiyini bildirib. Mən isə ona istəmədiyimi dedim".

Zərərçəkmiş qeyd edib ki, ilk dəfə Mirzə ilə 2023-cü ilin iyul ayının əvvəllərində günorta vaxtlarında öz evində cinsi əlaqədə olub:

"Mirzəyə istəmədiyimi desəm də, mənimlə zorla cinsi əlaqədə oldu. Mirzə yalandan mənimlə evlənəcəyini bildirdi və məni aldatdı. Sonra Mirzədən hamilə qaldım. Bətnimdə olan uşağı altı aylıq olarkən tələf etdim".

Vəsilə bildirib ki, Mirzə onu döyüb və ona xəsarət yetirib:

"Mənə sonsuz olduğunu və uşağının olmayacağını deyib. Atam adam öldürdüyünə görə hazırda uzunmüddətli həbsdədir. Mirzədən başqa heç kimlə cinsi əlaqəsi olmamışam".

İş üzrə zərərçəkmiş Vəsilənin anası Sevda da ifadə verib.

O bildirib ki, Daxili İşlər Nazirliyinin "102" xidmətinə qızı Vəsilənin zorlanması və İmişli Rayon Mərkəzi xəstəxanasına aparması barədə məlumat verib:

"Evdə olmadığım vaxtlarda Mirzə yaşadığım evə gəlib. Qızım Vəsiləni yatağa salıb, onunla zorla cinsi əlaqədə olub. Vəsilənin Mirzə ilə cinsi əlaqədə olmaq istəməməsinə məhəl qoymayıb. Bunları mənə qızım danışıb. Daha sonra qızımdan eşitdim ki, Mirzə onunla yaşadığımız evdə müxtəlif vaxtlarda üç dəfə cinsi əlaqədə olub. Qızım həmin cinsi əlaqə nəticəsində Mirzədən hamilə qalıb".

Sevdanın sözlərinə görə, 2023-cü il oktyabrın 31-də qızı Vəsilənin halının pisləşdiyini görüb, onu həkimə gətirəndə 18-19 həftəlik hamilə olduğunu bilib:

"Qızım Vəsilə hansısa tanımadığı taksi sürücüsü vasitəsi ilə aptekdən ona hamiləliklə bağlı dərman alaraq gətirməsini istəyib. Qızım həmin dərmanları qəbul etdiyindən halı pisləşib".

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mirzə iki il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə yeddi il azadlıqdan məhrum edilib. Onun cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1390   Tarix: 26 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK

Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəy

27 sentyabr
.

Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye

27 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr