"Bədheybət və gözəl" filmi haqqında çox maraqlı FAKTLAR

"Bədheybət və gözəl" filmi haqqında çox maraqlı FAKTLARLent.az "Kinofakt" rubrikasında dünyaşöhrətli bir ssenari əsasında çəkilən "Bədheybət və gözəl" nağıl filmi haqqında məlumat verir.

Film atasının borclarına görə qalada yaşayan və ömürlük sehirlənərək bədheybət hala düşmüş bir varlıqla yaşamalı olan gözəl Bellanın həyatından bəhs edir. Bella əvvəllər bədheybətə nifrət etsə də, sonra ona aşiq olur. Bellanın əsl sevgisi cadunu pozur və bədheybət yaraşıqlı gəncə çevrilir.

Hadisə XVI əsrdə Fransada baş vermiş real hadislərə əsaslanır. Bədheybət rolunun prototipi Fransa kral sarayında yaşayan Petrus Qansaluses idi.

Onun 1507-ci ildə anadan olduğu ehtimal edilir. Hipertrixoz xəstəliyindən əziyyət çəkən Petrusun bütün bədəni tüklərlə örtülü idi. Böyüdükcə tüklər daha da sıxlaşır və sərtləşirdi. Buna görə bir çoxları onu insan yox, heyvan, bədheybət hesab edirdi.

Uşaqlığı necə keçib bilinmir, bir o məlumdur ki. valideynləri bu çirkin uşağı qul kimi satıblar və sahibləri onun heyvan kimi qəfəsdə, zəncirdə saxlayıblar. Uşaq İspaniya kral sarayı tərəfindn satın alınaraq, Fransa sarayına ekzotik hədiyyə kimi göndərilib. Kral II Henri oğlanın çox ağıllı olduğunu görüncə onunla dostlaşır, təhsil, tərbiyə, saray ərkanına yiyələnməsi üçün müəllimlər ayırır.

Kral öldükdən sonra Yekaterina Mediçinin əlinə düşən Petrus kraliçanın oyuncağına çevrilir. Kraliça bu tüklü məxluqdan nəsil alıb artırmaq üçün onu gözəl tacir qızı ilə evləndirir. Tacir qızı ilə Petrusun övladları kral ailəsi tərəfindən zorla əllərindən alınıb müxtəlif krallıqlara hədiyyə kimi göndərilirmiş. Avropada "Eybəcərlər sirki"nin yaradılması da bu hadisə ilə başlamış olub.

Sonralar bu hadisə dünya ədəbiyyatında da özünə yer alıb, bir qədər fərqli formalarda haqqında filmlər çəkilib.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1025   Tarix: 26 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Çox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır

Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:

20 sentyabr
.

Mumiyalanmış insan qalıqları internetdə satılır: Həyəcan təbili

Bioarxeoloqlar sosial şəbəkələrdə, onlayn marketpleyslərdə və hərraclarda mumiyalanmış insan qalıqlarının satışının artması ilə bağlı sağlamlıq üçün real təhlükə barədə xəbərdarlıq ediblər. Alimlər bu qənaətə mumiyaların fraqmentlərinin satışı ilə bağlı 128 elan və paylaşımı araşdırdıqdan sonra gəliblər

17 sentyabr
.

Qorxulu yuxuların səbəbi - Açıqlandı

İnsanlarda yuxu pozuntusuna səbəb olan amillər və gecə kabuslarının əsas yaranma səbəbləri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim Karema Maqomedova danışıb. Onun sözlərinə görə, gecə kabusları müxtəlif nevroloji pozuntular, o cümlədən yuxu zamanı tənəffüs pozuntuları səbəbində

18 sentyabr
.

Beyninin yarısı insan toxumasından ibarət siçanlar yetişdirildi

ABŞ-da alimlər insan beyin hüceyrələrini siçanların beyninə köçürərək insan toxumasının üstünlük təşkil etdiyi yeni model yaradıblar. xəbər verir ki, Stanford Universitetinin tədqiqatçıları insan beyninin inkişafını və nevroloji xəstəliklərin mexanizmlərini araşdırmaq məqsədilə genetik modifikasiya edilmi

19 sentyabr
.

Süni intellekt modelləri mürəkkəb maliyyə hesablamalarında səhvlərə yol verirlər - Araşdırma

"Saturn" texnologiya şirkəti ən geniş yayılmış süni intellekt modellərinin ("ChatGPT", "Claude", "Copilot", "Grok", "Gemini" və digərləri) maliyyə tapşırıqlarının öhdəsindən necə gəldiyini təhlil edib. xəbər verir ki, tədqiqatın nəticələrin

21 sentyabr
.

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri

20 sentyabr
.

Özcan Dənizdən "Kalp yarası" ilə bağlı maraqlı AÇIQLAMA: "Sezen Aksu məni inandırdı"

Türkiyəli müğənni və aktyor Özcan Deniz ötən axşam Girnədə yerləşən otellərdən birində səhnəyə çıxıb. yerli mediaya istinadla xəbər verir ki, sənətçi konsert zamanı 35 illik karyerasından danışıb. Özcan Deniz bu illər ərzində çoxsaylı film, serial və mahnılara imza atdığını deyib:. "35 il dolu keçdi

21 sentyabr
.

Telefonun bu funksiyaları həyatınızı xilas edə bilər: aktiv edin

Müasir smartfonlar yalnız zəng etmək və mesaj göndərmək üçün nəzərdə tutulmayıb. Təhlükəli vəziyyətdə bu cihazlar təcili xidmətlərlə əlaqə saxlaya, istifadəçinin yerini ötürə, yaxınlarını məlumatlandıra və mümkün təhlükə barədə xəbərdarlıq edə bilər. xarici mediaya istinadla xəbər verir ki, "Popula

22 sentyabr
.

Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?

Smartfon istifadəçiləri bəzən ekranın yuxarı hissəsində kiçik yaşıl və ya narıncı nöqtənin göründüyünü müşahidə edirlər. Bir neçə saniyədən sonra yoxa çıxan bu işarə əslində telefonun məxfilik və təhlükəsizlik funksiyalarından biridir. Rəngli indikator tətbiqlərdən birinin telefonun kamerasına və y

19 sentyabr