"Planet qatili" Yer kürəsinə yaxınlaşır
Alimlərin "planet qatili" adlandırdıqları böyük asteroid "2011 UL21" Yerə doğru hərəkət edir.
Astronomların fikrincə, iyunun 27-də o, bizə 6,6 milyon kilometr məsafəyə qədər yaxınlaşacaq.
Qeyd olunub ki, bu asteroid son 125 ildə Yerə yaxınlaşan ən böyük asteroidlərdən biri hesab olunur. Asteroidin eni 1,7 - 3,9 kilometrdir. Bu, əvvəllər kəşf edilmiş Yerə yaxın asteroidlərin 99%-dən böyükdür. Bununla belə, "2011 UL21"in 66 milyon il əvvəl dinozavrları məhv etdiyi güman edilən asteroiddən təxminən beş dəfə kiçik olduğu hesab olunur. Nəzəri hesablamalara görə, Yerin 93 000 kilometr/saat sürətlə hərəkət edən belə bir asteroidlə toqquşması kontinental miqyasda fəsadlar törədə, eləcə də atmosferə iqlimi dəyişmək üçün kifayət qədər həcmdə süxur buraxa bilər. Teleskoplar vasitəsilə "2011 UL21"i ən yaxşı iyunun 28-dən 29-na keçən gecə müşahidə etmək mümkün olacaq. Asteroidin parlaqlığı Proksima Sentavra ilə müqayisə edilə biləcək dərəcədə olacaq.
"2011 UL21"in Yerə növbəti yaxınlaşması 2089-cu ildə proqnozlaşdırılır və bundan sonra asteroid cəmi 2,7 milyon kilometr məsafədə uçacaq./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1183 Tarix: 26 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İtaliyanın ikinci ən böyük hava limanına Berluskoninin adı verildi
İtaliyanın Milan şəhərinin əsas hava limanı olan Malpensaya İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin adı verilib. xəbər verir ki, bu barədə "Rainews24" məlumat yayıb. Bundan sonra hava limanının tam adı "Milan-Malpensa Silvio Berluskoni Hava Limanı" olacaq. Lakin qərar Mila
27 sentyabrTailandda daşqınlar səbəbindən 84 mindən çox insan zərər çəkib
Tailandın paytaxtı Banqkokda başlayan fasiləsiz yağışlar səbəbindən şəhərin bir neçə rayonunu su basıb. "Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. Məlumata görə, ölkə boyunca daşqınlar nəticəsində 21 əyalətdə, xüsusən də mərkəzi rayonlarda 84 mindən çox insa
26 sentyabrYakutiyada kömür mədənində partlayış olub: Ölənlər və yaralananlar var
Yakutiyada Elqa kömür yatağı ərazisində yerləşən ehtiyat nasos stansiyasında baş verən partlayış nəticəsində insan ölümü qeydə alınıb. xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Saxa Respublikasının (Yakutiya) prokurorluğunun mətbuat xidməti özünün "Telegram" kanalında məlumat yayıb
26 sentyabrBundesrat Almaniyada yanacaq vergisinin azaldılmasını təsdiqləyib
Bundestaqdan (parlament) sonra Bundesrat (Almaniya federal torpaqlar palatası) hakim koalisiyanın yanacağın qiymətlərinin artması fonunda avtomobil yanacaqlarına vergi yükünün azaldılması ilə bağlı qanun layihəsini təsdiqləyib. Bu barədə "Report" DPA-ya istinadən xəbər verir. Məlumata görə
27 sentyabrAİ-də enerji BÖHRANI: Qaz və elektrik enerjisinə qənaət gündəmə qayıtdı
"Avropa İttifaqında (Aİ) ABŞ və İsrailin İrana qarşı müharibəsinin neft-qaz bazarlarına təsirləri fonunda enerji qiymətləri artıb. Bununla əlaqədar Brüssel Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakının azaldılması ilə bağlı tədbirləri nəzərdən keçirməyə çağırır". TASS-a istinadən xəbə
27 sentyabr