Natiq Qasımov SAĞDIR? - AÇIQLAMA

Natiq Qasımov SAĞDIR? - AÇIQLAMAXəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Natiq Qasımova "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi ilə bağlı Sərəncam imzalayıb.

Vaxtilə Natiq Qasımov ilə bağlı hadisələr ictimaiyyətə aydındır. Onunla bağlı xarici jurnalistlər tərəfindən film də çəkilərək yayımlanıb. Fimdə bilavasitə Ermənistan tərəfindən döyüşlərdə iştirak etmiş keçmiş hərbçilər də danışıb. Keçmiş erməni hərbçilər onun necə əsr götürüldüyünü, hansı işgəncələrə məruz qaldığını etiraf etsə də, bəzi məqamlar qaranlıq olaraq qalmaqda davam edir. Artıq Xocalıda və işğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən qətlə yetirilən azərbaycanlıların qalıqları tapılır və şəxsiyyətləri müəyyən olunub. Amma Natiq Qasımovdan hələ də xəbər yoxdur. Zaman-zaman əsr götürülən azərbaycanlılar arasında sağ qalanların xəbərlərini eşidirik. Bəs Natiq Qasımovun sağ qalma ehtimalı var?

Mövzunu Sonxeber.az-a şərh edən hərbi ekspert Səxavət Məmməd deyib ki, Azərbaycanda çox vaxt bu məsələlər ilə bağlı əfsanələr dolaşır.

"Hətta müharibə vaxtı müəyyən informasiyalar çıxdı. Hansısa istiqamətdə bir nəfər hərbçini zəncirə vurublar. Sonradan məlum olub ki, bunların hamısı yalandır. Bu vaxta qədər Natiq Qasımovu ermənilərin sağ saxladığını düşünmürəm. Bundan əlavə o vaxtı çoxsaylı əsrlər olub. Ona görə də insanlar düşünə bilər ki, hər kəs sağ qalıb. Məsələ ondadır ki, hazırda meyiti tapılanlar və şəxsiyyəti məlum olanların konkret olaraq yeri bilinir. Onlar haqqında zamanında informasiyalar yığılıb. Natiq Qasımov və digərlərinin sağ qalması ehtimalı azdır. Ermənilər Azərbaycan tərəfinə heç mina xəritələrini vermir. Buna görə də, qətlə yetirdikləri insanların yerini belə deməzlər".

Ekspertin sözlərinə görə, Natiq Qasımovun meyitinin tapılma ehtimalı mümkün olmaya bilər:

" Fərrux istiqamətindən əməliyyat keçirən zaman məlum oldu ki, hər tərəfdə insan qalıqları var. Darmadağın olmuş sümüklərin kimə məxsus olduğunu elm belə müəyyən etməkdə çətinlik çəkəcək. Ona görə də biz bilmirik ki, Natiq Qasımov meyiti tapılacaq yoxsa yox. Əgər Natiq Qasımovun meyiti ermənilər tərəfindən yandırılıbsa, onun tapılması mümkün olmayacaq. Azərbaycanda bir çoxları düşünür ki, onlar Natiq Qasımovu sağ saxlaya bilərlər. Amma bu real görünmür. Çoxsaylı insanlar var ki, ciddi şəkildə döyüşüblər və ermənilərin başını ağrıdıb. Ermənilər onların heç birini sağ saxlamayıblar. Tarixə baxsaq 30 ildən çox vaxt keçib. Bu illər ərzində kiminsə sağ qalması reallığı əks etdirmir. Ola bilər ki, həmin şəxslər hardasa qala bilər yaxud bir nəfər tərəfindən saxlanılır. Saxlayanlarda onların azərbaycanlı olduğunu bilməyəcək. Dəfələrlə olub ki, əsr düşənləri evlərində çoban kimi saxlayıblar. Bu cür əfsanələr hələ çox olacaq. Amma reallıq onu deyir ki, Natiq Qasımovun sağ qalma ehtimalı yoxdur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3953   Tarix: 26 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK

Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəy

27 sentyabr
.

Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye

27 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr