Natiq Qasımovun anası: "Arzularıma çatmışam"
"32 ildir gözümüz yolda, qulağımız səsdə idi ki, oğlumdan bir xəbər olsun".
Lent.az xəbər verir ki, bu sözləri APA-nın yerli bürosuna Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun anası Dursun Qasımova deyib.
Dursun Qasımova Prezident İlham Əliyevin oğluna "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi ilə bağlı Sərəncam imzalamasına görə dərin minnətdarlığını bildirib:
"Həmin an özümdə olmadım. Bir neçə dəqiqə danışmaq istəmədim. Ağlıma belə gəlməzdi ki, mənim oğluma Milli Qəhraman adı verilsin. Elə bir vəziyyətdə oldum ki, bir anlıq elə bil yuxuda idim. Sevincimi çatdıra bilmirəm. O sevinci gərək yaşayasan. Özüm özlüyümdə Prezidentimizə təşəkkür eləmişəm, var olsun demişəm. Allah ona uzun ömür, can sağlığı versin, Allah var eləsin, Azərbaycan xalqının, dövlətimizin üstündən əksik eləməsin. Çox razı qaldım. Həmişə bizi, yəni şəhid ailələrini üstün tutub. Dünən oğluma Milli Qəhrəman adının verilməsinə görə səhərə qədər yatmamışıq. Çox həyəcan keçirdik. Bu günə çox şükürlər olsun. Artıq bu gün gözlədiyim arzularıma çatmışam".
Dursun Qasımova bildirib ki, neçə illərdi bu adın verilməsini gözləyirmiş: "Hər dəfə ağlayanda fikirləşirdim ki, oğlumun əməyi itməsin. Ona Milli qəhrəman adı verilsin, sona rahat ölüm. Mən bu illər ərzində nə qədər xəstələndimsə də elə bil Allah məni bu günə görə həyatda saxlayıb. Neçə illərdi mənim gözüm yoldaydı".
Natiq Qasımovun anası xəbəri qonşudan öyrəndiyini bildirib: "Bir anlıq həyəcan keçirdim, amma evdə heç kəsə bildirmədim. Bu xəbəri illərdi gözləyirdim. Ona Milli Qəhrəman adının verilməsini eşidəndə elə bil mənə dünyaları verdilər. Bu sevincimizin hədi-hüdudu yoxdur. İndi mən bilmirəm ki, Prezident İlham Əliyevə necə təşəkkür edim. Bu gün mənim oğlumun və bütün şəhidlərin qisası alınıb".
Qeyd edək ki ötən gün Prezident İlham Əliyev Natiq Qasımova "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi haqqında Sərəncam imzalayıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1837 Tarix: 26 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
TƏBİB-in icraçı direktoruna müşavir təyin olunub
TƏBİB-in icraçı direktoruna müşavir təyin olunub. "Report"un məlumatına görə, bu vəzifəyə Zeynal Bayramlı təyinat alıb. Qeyd edək ki, o bundan öncə 2024-2026-cı illərdə özəl tibb müəssisələrindən birində tibbi məsələlər üzrə direktor olub
5 aprelSığorta haqları artdı, taksi qiymətləri də qalxacaq?
Azərbaycanda avtomobillərin icbari sığortası sistemi yaxın günlərdə yenilənmiş qaydalarla fəaliyyət göstərəcək. Dövlət tərəfindən qəbul olunmuş qərara görə, bundan sonra risk faktorları əsas götürülərək sığorta haqları daha dəqiq və obyektiv şəkildə hesablanacaq. Xüsusilə taksi sahəsində fəaliyyət göstərə
4 aprelAzərbaycanda güclü yağışlar gözlənilir - Nazirlikdən əhaliyə müraciət
Bu gündən başlayaraq yaxın günlər ərzində ölkə ərazisində havanın yağıntılı keçəcəyi, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, bəzi dağ çaylarında qısamüddətli sel və daşqın hadisələrinin baş verəcəyi, intensiv və arabir güclənən yağışların Bakıətrafı subasmaya meyilli ərazilərə təsir göstərəcəyi
4 aprelBaş nazir selin fəsadları ilə bağlı TAPŞIRIQLAR VERDİ
Aprelin 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə bir sıra mərkəzi, şəhər və rayon hakimiyyət orqanlarının rəhbər şəxslərinin iştirakı əsasında müşavirə keçirilib. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, müşavirədə martın 26-28-də respublikanı
4 aprelMayda 14 GÜN İŞ OLMAYACAQ - 2 bayramı bir gündə qeyd edəcəyik
Martda olduğu kimi, mayda da Azərbaycanda qeyri-iş günlərinin sayı çoxdur. 2026-cı ilin iş vaxtı norması və istehsalat təqviminə əsasən 9 May - Faşizm üzərində Qələbə Günü, 27, 28 may tarixləri Qurban bayramı, 28 May Müstəqillik Günüdür. Belə ki, 9 May - Faşizm üzərində Qələbə Günü şənbə gününə təsadü
5 aprelZiya Məmmədov illər sonra toyda göründü - Foto
Ötən gün Gülüstan sarayında sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovun nəvəsi Elyarın toy məclisi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, toyda sabiq nazir də iştirak edərək təbriklərini çatdırıb. İşdən çıxarıldıqdan sonra Ucar rayonunda məskunlaşan Z.Məmmədo
4 aprelBakıda 317 minlik DƏLƏDUZLUQ: Xalq artistinin kürəkəni TUTULDU - FOTO
Bakıda qızıl satışı adı ilə 317 minlik dələduzluq edənlə bağlı yeni fakt məlum olub. -a istinadən xəbər verir ki, saxlanılan iki nəfərdən biri - Rüfət Qasımzadə mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkənidir. 13:38. Bakıda qızıl-zinət əşyalarının satışı adı ilə 317 min manatlıq dələduzluq edən ik
4 aprel