Yeni alınan hərbi təyyarəmiz: bir ədədinin qiyməti…
Xəbər verdiyimiz kimi, bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə İtaliya Respublikasının "Leonardo" şirkətinin istehsalı olan "C-27J Spartan" tipli hərbi nəqliyyat təyyarəsi təqdim olunub.
Publika.az xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyev Globalinfo.az-a açıqlamasında "C-27J Spartan" tipli təyyarədən hərbi nəqliyyat, paraşütçülərin və yüklərin havadan atılması, eləcə də tibbi tapşırıqların yerinə yetirilməsi əməliyyatlarında istifadə olunacağını bildirib.
"Bununla birlikdə "C-27J Spartan" təyyarələrinin alınmasının əsas səbəbi Azərbaycan Ordusunun logistik imkanlarının artırılmasıdır. İtaliya-ABŞ birgə istehsalı olan təyyarələr hərbi nəqliyyat sinfinə aiddir.
Bu təyyarələrdən 2022-ci ildə 87 ədəd sifariş edilib. Bunlardan iki ədədini də məhz Azərbaycan sifariş etmişdi. Ümumilikdə təyyarənin arsenalımıza daxil edilməsi modernləşdirmə proqramının bir hissəsidir".
Ekspert deyib ki, "C-27J Spartan" təyyarələrini bir ədədinin qiyməti 53,3 milyon dollardır:
"NATO üzvü olan ölkələr, eləcə də Mərakeş, Peru, Türkmənistan və CAD bu təyyarələrdən istifadə edir. Təyyarənin uzunluğu 22.7, qanad uzunluğu isə 28.7 mm-dir. Ümumi hündürlüyü 9.65 metrdir. Təyyarə 11.5 ton yükü hərbi texnika ilə birlikdə daşıya bilir".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1842 Tarix: 27 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"
"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir
17 sentyabrRegionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabrİlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabrAzərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca
20 sentyabr