Elnur: "Aygün Bəylər məclisdən aldığı qonorarı tanımadığı musiqiçi uşağa vermişdi"
Müğənni Elnur Məmmədov mərhum Əməkdar artist Aygün Bəylər ilə bağlı xatirələrini bölüşüb.
Bizim.Media xəbər verir ki, "7 Tamam" verilişində qonaq olan sənətçi bildirib ki, iştirak etdiyi məclislərin birində Bəylər aldığı qonorarın hamısını bəxşiş kimi tanımadığı azyaşlı musiqiçi oğlana verib.
Elnur həmin hadisəni belə nəql edib:
"Bir gün ortaq dostumuzun ailəsində xoş gün idi. Aygünlə həmin məclisə getdik. Hamımıza qonorar verildi. Heç birimiz götürmürdük, amma məcburən o pulu bizə verdilər. Məclisdə kamança çalan bir uşaq var idi. Aygün çıxanda ona yaxınlaşdı və dedi ki, "Çox gözəl ifa etdin. Kamançan da çox qəşəngdir". Uşaq cavab verdi ki, "Dostumundur, öz kamançam hələ yoxdur". Aygün məclisdən götürdüyü qonorarın hamısını uşağa verdi. Xeyli də pul idi. Aygünün gözü heç vaxt pulda, var-dövlətdə olmayıb. Çox mərd insan idi. Azərbaycan musiqisinin arxivi getdi bu dünyadan. Allah ona rəhmət eləsin".
Qeyd edək ki, Aygün Bəylər bu ilin yanvarında uzun sürən xərçəng xəstəliyindən Ankarada vəfat edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadə ötən gün yeni duet təqdim ediblər. Mahnı yayımlandıqdan sonra sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilib və duet tənqid olunub. xəbər verir ki, tənqidlərə cavab olaraq Alim Qasımov News.24-ə açıqlamasında mahnının zövq və əhvali-ruhiyyədə
20 sentyabr77 yaşlı Alla Puqaçova həyatında ilk dəfə İstanbula gedib
Məşhur cütlük Maksim Qalkin və Alla Puqaçova Türkiyənin ən böyük şəhərinə işgüzar səfərə gediblər. xarici mediaya istinadən xəbər verir ki, primadonna səfərindən bir anını "Instagram" səhifəsində paylaşıb. Kadrlarda onların otel otağında İstanbula heyranlıqla baxdıqları görünür. Qalkin 77 yaşl
11 sentyabrRusiyada uşaqlara Burak adını verirlər
Türk seriallarının xaricdəki təsirinə daha bir yenisi əlavə olunub. Moskva Sosial İnkişaf Nazirliyinin açıqladığı 2026-cı il məlumatlarında, yeni doğulan uşaqlara verilən adlar arasında türk seriallarından tanınan Burak və Neslihan da yer alıb. Nazirlik bu adların sevilən aktyor və aktrisalara duyula
19 sentyabrCeyLoya bənzərliyi ilə gündəm oldu - Fotolar
ABŞ-nin Minnesota ştatında oğurluq ittihamı ilə saxlanılan 35 yaşlı Sirena Enn Kuastın polis tərəfindən çəkilmiş fotosu sosial mediada böyük marağa səbəb olub. Səbəb isə onun məşhur müğənni və aktrisa Cennifer Lopezi xatırlatmasıdır. "Qafqazinfo"nun xəbərinə görə, hadisə Montiçello şəhərind
18 sentyabrPünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Müğənni Pünhan Priyevin toyunda 4 mindən çox qonağın iştirak etdiyi barədə yayılan məlumatlara aydınlıq gətirilib. Bədii qiraətçi Pünhan İsmayıl Qaynarinfo-ya açıqlamasında sözügedən məclisin tamadası olduğunu bildirib. O, Pünhan Priyevin toyunda 2 minə yaxın qonağın iştirak etdiyini deyib:. "To
24 sentyabrMüğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Müğənni Könül Kərimovaya qarşı 245 min manatlıq dələduzluq etməkdə ittiham olunan "Hüquq-Ekspertiza Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) rəhbəri olmuş Mübariz Məmmədov və Elçin Bağırovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlə
16 sentyabr"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti
Xalq artisti Xalidə Quliyeva uşaqlıq illərindən və valideynlərini itirməsindən danışıb. xəbər verir ki, aktrisa bu barədə "Xəzər axşamı" verilişində söhbət açıb. O, 10 yaşında anasını, universitetə qəbul olduğu il isə atasının vəfat etdiyini bildirib:. "10 yaşımda anam dünyasını dəyişmişdi
25 sentyabrSərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu
Aparıcı Sərxan Kərəmoğlu Rusiyaya girişinə "stop" qoyulduğunu açıqlayıb. Qaynarinfo xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkədə paylaşım edib. O bildirib ki, son iki ay ərzində Rusiyaya gedə bilmir:. "Son 2 ay Rusiya Federasiyasına girişim imkansızdır. Artıq vəkillər məşğul olur
23 sentyabr