Yolda keçirdiyimiz vaxt iş saatına ƏLAVƏ EDİLƏCƏK? - AÇIQLAMA

Yolda keçirdiyimiz vaxt iş saatına ƏLAVƏ EDİLƏCƏK? - AÇIQLAMABü gün paytaxtın kənar ərazilərində yaşayan şəxslər yol problemindən əziyyət çəkir. Uzaq məntəqələrdə məskunlaşan vətəndaşlar iş yerinə çatmaq üçün saat yarım vaxtını yollarda və tıxacda keçirir. Əlbəttə ki, bu digər tərəfindən insanlar arasında aqressiyanın yaranması ilə nəticəənir. Avtobusların sürətinin azaldılması sərnişinlər və sürücülər arasında münaqişələr yaradır. Bu gün vətəndaş işə gec çatan zaman müdiri tərəfindən danlanır.

Belə olan təqdirdə yolda xərclədiyimiz vaxt bizim iş saatımıza əlavə edilə bilər? Mövzunu Sonxeber.az-a şərh edən sosioloq Mətanət Məmmədova deyib ki, tıxacın yaranması səbəbi kimi Bakıda məskunlaşmanı, avtomobil sayının çox olmasını göstərənlər, hətta avtomobil yollarından gileylənənlər var:

"Lakin bunların heç biri fikrimcə, doğru deyil. Çünki əhali sayı ilə müqayisədə avtomobil sayı normaldır. Bakıda olan yol infrastrukturu isə ərazisi ölkəmizin ərazisindən dəfələrlə böyük olan, iqtisadi inkişafı bizimlə müqayisədə çox yüksək olan qonşu Türkiyənin yollarından müasir və abaddır. Bunu aid sahənin ekspertləri də təsdiq edir. Bakıda tıxacı yaradan sürücülərdir. Onların yol hərəkəti qaydasına düzgün riayət etməməsi tıxacın yaranması ilə nəticələnir. 4 zolaqlı yollarda səkkiz sıra avtomobil düzüləndə burada tıxac nədir, qəzanın da baş verməsi hər an gözlənəndir. Bütün bunlar isə ictimai və taksi nəqliyyatından istifadə edən şəhər sakinləri, eləcə də Bakı ətrafı kəndlərdən şəhərə işləməyə gələn insanlar üçün gündəlik problem yaradır. Vətəndaş evdən nə qədər tez çıxsa da, tıxac səbəbindən iş yerinə vaxtında çata bilmir. Üstəlik əsəb və gərginlik keçirir, bu da sağlamlığına təhlükə yaradır".

Sosioloqun sözlərinə görə, yolda xərclənən saatın iş vaxtına əlavə edilməsinə gəlincə isə, bu, mümkün olan məsələ deyil:

"Yəni bu, problemin həlli ola bilməz. Ölkəmizdə Əmək Məcəlləsi ilə səkkiz saatlıq iş vaxtı müəyyən olunub. Yəni yollarda tıxacın olması bunun dəyişmə səbəbi ola bilməz.
Gərəkdir ki, tıxacın aradan qaldırılması uçun yollar fikirləşib tapılsın. Məsələn, yol kənarlarına düzülən avtomobillər yığışdırılsın, parkovka üçün yerlər müəyyən edilsin. Yeni binalar tikilərkən bu, xüsusilə nəzərə alınsın. Tıxac yaradan sürücülər üçün cərimələr tətbiq olunsun və sair".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1337   Tarix: 28 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Florian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"

Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa

26 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO

Əmircan yenilənir, abadlaşdırılır. Qəsəbədə aparılan abadlıq işləri davam etdirilir. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb. Görülən işlər sakinlərin də ürəyincədir. Onların sözlərinə görə, bu layihənin üstün cəhətlərində

27 sentyabr
.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr
.

Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - VİDEO

Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. bildirir ki, Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb

27 sentyabr
.

Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye

27 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr
.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr