"Gender bərabərliyi sözü səhvdir, bəzi məsələlərdə kişilər, bəzilərində qadınlar üstündür" - Sosioloq
Ötən günlər Akif İslamzadə: "Qadın elm öyrədə bilməz, çünki Allah ona verməyib" ifadəsi gündəm oldu. Əgər qadınla kişi bərabərdirsə, onda niyə elmdə qadınların sayı kişilərdən qat-qat azdır. Qadınların elm sahəsindən kişilərdən sayca daha az olmasının səbəbi nədir. Uzun illər bütün dünyada qadına seçmək hüquqi belə tanınmayıb. Amma həmin dövrdə dünyanı idarə edən, kəşflər edən tanınmış kişilər olub. Niyə alimlərin əksəriyyəti kişidir?
Məsələ ilə baöğlı sosioloq Əhməd Qəşəmoğlu Sonxeber.az-a açıqlama verib.
Sosioloq bildirib ki, gender bərabərliyinin özü səhv sözdür. Bəzi məsələlər var ki, orada kişilər üstündür, bəzi məsələlər var ki, orada qadınlar üstündür:
"Əslinə qalsa indiki zamanda insanlarda qadın və kişi imkanları barədə təsəvvürün aydın şəkildə deyil. Qadın və kişinin hüquqi bərabərliyi başqa şeydi, imkan bərabərliyi başqa şeydir. Heç kim deyə bilməz ki, kişi qadından üstürdür və ya qadın kişidən üstündür. Gender bərabərliyinin özü səhv sözdür. Gender münasibətləri demək lazımdır. Qadın və kişi bir-birini ahəngdar olaraq tamamlayır. Burada bəzi məsələlər var ki, orada kişilər üstündür, bəzi məsələlər var ki, orada qadınlar üstündür.
Adəm və Həvvadan belə götürsək deyə bilərik ki, Adəmi Allah torpaqdan yaratdı, onun ətrafə olan sevgisindən isə Həvvanı yaratdı. Ən qədim dini münasibətlər irəli gələn inanclar belə kişi daha çox dünyavi amilləri , fiziki sosial problemləri həll etməkdən üstün imkanalra malikdir. Qadın isə mənəvi qəlb aləminə aid olan məsələlərdə daha çox üstündür. Onlar bir -birini tamamlayır. Ona görə elə məsələlər var ki, təbii ki, yer qayğıları ilə bağlı məsələlərdə kişilər üstündür. Amma qəlb aləmi ilə bağlı məsələlərdə qadınlar üstündür. Onlar bir-birini tamamlayaraq həyatı gözəlləşdirirlər".
[b]Əhməd Qəşəmoğlu mediamızda, cəmiyyətimizdə ictimai qınaqla bağlı xeyli problemlər olduğunu bildiirb:
[/b]
"Ona görə bu məsələlərlə ilə bağlı kimin nə dediyi ilə yola çıxmaq doru deyil. Akif İslamzadə ağıllı ziyalılarımızdan biridir. Akif İslamzadə öz fikri əsasında bu sözləri deyib. Bu fikri bu qədər böyütmək lazım deyil. Bizim mediamızda, cəmiyyətimizdə ictimai qınaqla bağlı xeyli problemlər var. Problem yaratmaq, buna can atmaq mənim kimi sosioloq üçün xeyli sual doğurur. Bu sahələr ilə lazimi qədər məşğul olmuruq. Sosial, mənəvi məsələrin elmin inkişafına inkişafına əhəmiyyət vermirik. Ömrüm boyu buna çalışdım, amma təəssüf ki, bu məsələyə müsbət addım görmədim"
Gülcahan Məmmədova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya yaşı ilə bağlı yeni QAYDA
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
Toyuq əvvəl yaranıb, yoxsa yumurta? - Elm cavab verdi
Bu şəxslərin maaşı və pensiyası ARTILIR