Bakının mərkəzindəki eskalatorların bəxti nə vaxt AÇILACAQ?

Bakının mərkəzindəki eskalatorların bəxti nə vaxt AÇILACAQ?Piyadaların təhlükəsizliyi üçün bir çox küçə və prospektlərdə yeraltı keçidlər tikilib. Amma paytaxtın bəzi ərazilərinin yeraltı keçidlərində eskalatorlar işləmir.

Söhbət Mərkəzi Bankın qarşısı, Heydər Əliyev Sarayı və Qış parkı ərazilərində yerləşən eskalatorlardan gedir.

Artıq 1 ilə yaxındır ki, qeyd etdiyimiz ərazilərdəki yeraltı keçidlərdəki eskalatorlar normal işləmir. Bəzi keçidlərdə eskalatorlardan biri, bəzilərində isə üzüyuxarı və üzüaşağı işləməli olan hər iki eskalator işlək vəziyyətdə deyil. Bundan isə ən çox fiziki məhdudiyyəti olan şəxslər, hamilə qadınlar və yaşlı insanlar əziyyət çəkirlər.

Yeraltı keçidlərdə eskalatorların yararsız vəziyyətə düşməsi də diqqətdən qaçmır.

Maraqlısı odur ki, dəfələrlə aidiyyəti qurumlar problemlə bağlı məlumatlandırılsalar da, adekvat tədbir görülməyib.

Bəs, bu problem nə zaman həll olunacaq?

Mövzuyla bağlı Bizim.Media-ya danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, eskalatorlar daimi işlək vəziyyətdə olan mexanizmlər olduğundan onların sıradan çıxması normal haldır:

"Hazırda "28 may" ərazisində işləməyən eskalatorlar üçün xaricdən təchizat sifariş vermişik. Təchizat təhvil verildikdən sonra eskalatorların hərəkəti bərpa olunacaq. Nə zaman bərpa olunması ilə bağlı isə heç bir məlumat yoxdur".

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov isə problemə belə münasibət bildirib:

"Qış parkının aşağısındakı yeraltı dayanacaq təhvil alınan zaman orada bir sıra çatışmazlıqlar mövcud olub. Belə ki, təhvil zamanı lift və eskalatorlarda nöqsanların olduğu və işləmədiyi müəyyən edilib. Avtodayanacaqdakı lift və eskalatorlarının əsaslı təmiri nəzərdə tutulub".

İşləməyən eskalatorların nə zaman təmir olunacağı ilə bağlı konkret məlumat yoxdur. Görünən isə odur ki, 1 ildir işləməyən eskalatorların bəxti hələ yaxın günlərdə də açılmayacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 663   Tarix: 29 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"JEK"lər ləğv edilir - Əvəzində nə olacaq?

Bakı şəhərində uzun illərdir fəaliyyət göstərən və idarəetmə mexanizmi tez-tez tənqid hədəfinə çevrilən Mənzil Kommunal Təsərrüfatı Birlikləri (MKTB) üçün artıq yolun sonu görsənir. Paytaxtın mənzil təsərrüfatı sistemində inqilabi dəyişiklik kimi qiymətləndirilən bu addım, ölkənin 2022-2026-cı illə

4 aprel
.

Bu pullar sabahdan kartınızdan SİLİNƏCƏK

Oktyabr-aprel ayları aralığında NFC funksiyası olan bank kartları ilə həyata keçirilmiş və ödəniş əməliyyatları zamanı silinməmiş vəsaitlərin 06.04.2026-cı il tarixindən etibarən mərhələli şəkildə silinməsinə başlanılacaq və ictimai nəqliyyatdan istifadə zamanı müvəqqəti məhdudiyyətlər aradan qaldırılacaqdır

5 aprel
.

Sığorta haqları artdı, taksi qiymətləri də qalxacaq?

Azərbaycanda avtomobillərin icbari sığortası sistemi yaxın günlərdə yenilənmiş qaydalarla fəaliyyət göstərəcək. Dövlət tərəfindən qəbul olunmuş qərara görə, bundan sonra risk faktorları əsas götürülərək sığorta haqları daha dəqiq və obyektiv şəkildə hesablanacaq. Xüsusilə taksi sahəsində fəaliyyət göstərə

4 aprel
.

Nizami Kino Mərkəzinin divarlarına belə ziyan vurdular - Anbaan video

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkmək adı ilə cızma-qara edərək tarixi binanın görünüşünə xələl gətirən şəxslərin törətdiyi vandalizm aktının anbaan görüntüləri əldə olunub. -a istinadən həmin görüntüləri təqdim edir:

3 aprel
.

Aprelin 6-sı ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - RƏSMİ

Sabahın havası bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin tibbi-meteoroloji proqnozunda bildirilib. Məlumata əsasən, aprelin 6-da Abşeron yarımadasında yağışlı və küləkli hava şəraiti gözlənilir ki, bu da əksər meteohəssa

5 aprel
.

Elnarə Abdullayeva polisə müraciət etdi

"Bu gün "102"yə zəng etmişəm, sonra da polis bölməsinə gedib ərizə yazmışam". Bunu -a açıqlamasında Əməkdar artist Elnarə Abdullayeva deyib. O qeyd edib ki, sosial şəbəkədə tanımadığı bir xanım onun haqqında əsassız və həqiqətə uyğun olmayan fikirlər yazıb. "Kim olduğunu, n

3 aprel
.

Məhərrəm ayının başlayacağı tarix AÇIQLANDI

Bu il Azərbaycanda Məhərrəm ayı iyunun 16-da başlayacaq. Bu ayın ən önəmli günü hesab edilən Aşura günü isə iyunun 25-nə təsadüf edəcək. Məhərrəm ayı hicri-qəməri təqvimin ilk ayıdır və İmam Hüseynin (ə) və onunla birlikdə Kərbəlada şəhid olanların anım ayı kimi qeyd olunur. Qeyd edək ki, Məhərrəm ay

5 aprel
.

Sağlamlığımıza niyə laqeyd yanaşırıq? - AÇIQLAMA

Gündəlik həyatın sürəti, stress və müxtəlif psixoloji faktorlar bəzən insanları ən dəyərli şey - sağlamlıq qarşısında belə laqeyd edir. Çoxları riskləri bilsə də, yenə də özünə zərər verən davranışlardan imtina etmir. Bəs görəsən nədir bunun səbəbi? . Psixoloq G.Qədirli bu barədə -a açıqlama verib:

3 aprel
.

Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ

Azərbaycanda ehsan ənənələrinə fərqli və faydalı bir baxış bucağı gətirilib. -a istinadla xəbər verir ki, Samux rayonunda yerli sakinlərdən biri atasının vəfatından sonra yubiley ehsanı vermək əvəzinə, yaşadığı kəndin bərbad vəziyyətdə olan yollarını təmir etdirmək qərarına gəlib. Sakin öz şəxsi vəsait

5 aprel