Təbiəti qorumaq üçün 17 il danışmadı - Con Fransisin qeyri-adi həyatı

Təbiəti qorumaq üçün 17 il danışmadı - Con Fransisin qeyri-adi həyatıEkoloji fəal Con Frensis neft çirklənmələrinə qarşı yürüşü və 17 illik danışmaq qadağası ilə müasir ekoloji hərəkatın ən ikonik simalarından birinə çevrilib.

Lent.az xarici mediaya istinadən Con Fransisin qeyri-adi üsyanı barədə maraqlı hekayəni təqdim edir.

Con Frensis 1971-ci ildə Kaliforniyada baş verən böyük neft sızıntısı nəticəsində neftdən istifadəyə etiraz etmək üçün piyada getməyə və avtomobil sürməkdən çəkinməyə qərar verib. Bu müddət ərzində o, ünsiyyət tərzini dəyişməyə və 17 il danışmamağa da qərar verib. Bu dövrdə Frensis təkcə ekoloji deyil, həm də sosial və mədəni məsələlərə həssaslıqla yanaşıb, öncə dərk etdi, sonra anlatmağa başlayıb.

Con Fransisin danışmamaq qərarı insanlarla ünsiyyətini tamamilə dəyişib. Bu müddətdə o, dinləmə və müşahidə etmə gücünü kəşf edib. Frensis göstərib ki, insanlar sözlər olmadan dərin və mənalı əlaqələr yarada bilərlər. Bu sükut dövrü ona insanlara və ətraf mühitə daha yaxşı dinləyici olmaq imkanı verib.

Daha sonra Con Frensis Amerika qitəsini iki dəfə piyada keçərək, bu prosesdə insanların ətraf mühit haqqında məlumatlılığını artırmağa çalışıb. Səfər zamanı o, bir çox icmalarla ünsiyyətdə olub, ekoloji problemlər haqqında məlumat verib və bu problemlərin həlli üçün nələr edilə biləcəyini müzakirə edib. Ətraf mühitin mühafizəsi mesajını yaymaqla yanaşı, gəzintilər həm də şəxsi kəşf və daxili inkişaf üçün bir vasitə olub.

Con Fransisin fəallığı yalnız yürüşlərlə məhdudlaşdırmayıb; universitet təhsilindən sonra doktorantura təhsili alan Frensis 1990-cı il aprelin 22-də susqunluğunu pozub.

O, 6205 gündə susduğunu, insanların onları əhatə edən təbiət qədər vacib olduğunu öyrəndiyini bildirib. O, sükutu pozduqdan sonra yoxsulluq və insan hüquqlarının pozulmasına, eləcə də ətraf mühitə qarşı fəaliyyətini davam etdirib.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1107   Tarix: 29 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Powerbank"dakı gizli düymə nə üçündür?

Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri

15 noyabr
.

Hər gün soyuq duş qəbul etsəniz, nə baş verər?

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanların xəstəlik səbəbindən işə getmədikləri günlərin sayının azalması və özlərini daha yaxşı hiss etmələri ilə əlaqəli ola bilər. xarivi KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Bazel Universitetinin psixoloqu Lena Qlazer soyuq duşun insan orqanizminə təsirin

8 noyabr
.

Sürücülər payızda avtomobilə niyə sabun parçası qoyurlar? - İnanılmaz SƏBƏB

Adi bir sabun parçası payız aylarında sürücülərin köməyinə çata bilər. Yağışların artması, havanın rütubətlənməsi və temperaturun tez-tez dəyişməsi avtomobil sahibləri üçün əlavə çətinliklər yaradır. Belə hallarda sadə məişət vasitələri də faydalı ola bilər. Məhz buna görə bəzi təcrübəli sürücülər avtomobili

15 noyabr
.

Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?

İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona

8 noyabr
.

Qədim Misirdə pişiklərə münasibətin görünməyən tərəfi üzə çıxıb

Qədim Misirdə müqəddəs hesab edilən pişiklərin əslində ağır şəraitdə yaşadığı məlum olub. xəbər verir ki, alimlər Vyana Təbiət Tarixi Muzeyində saxlanılan qədim Misir pişiklərinə aid 131 kəlləni araşdırıblar. Tədqiqatın nəticələri "Journal of Archaeological Science" elmi jurnalında dərc olunub

14 noyabr
.

Romanovların əfsanəvi sapfiri rekord qiymətə satıldı

Bir vaxtlar Rusiya İmperiyasının kral zinət əşyaları kolleksiyasına daxil olan nəhəng sapfirin yerləşdiyi nadir bilərzik İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda gözləntiləri iki dəfədən çox üstələyərək 4,9 milyon dollara alıcı tapıb. "Qafqazinfo" xəbər verir ki, "Sotheby's"

14 noyabr
.

Uşaqlar niyə kitab oxumaqdan uzaqlaşır? - Psixoloq səbəbləri açıqladı

Müasir dövrdə uşaqlar saatlarla telefon və planşet qarşısında vaxt keçirsələr də, kitab oxumağa gəldikdə tez darıxırlar. Mütəxəssislər bunun əsas səbəblərindən biri kimi rəqəmsal oyunların və qısa videoların daha sürətli əyləncə təqdim etməsini göstərirlər. xəbər verir ki, bu barədə Türkiyənin TRT Habe

18 noyabr
.

Unitaza buz kubları atmağa başladılar - səbəb

Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə

7 noyabr
.

Zirzəmidə iki il saxlanılan pendir dünyanın ən yaxşısı seçildi

Fransanın şərqindəki Yura dağlarında yerləşən zirzəmidə düz iki il saxlanılan "Komte" pendiri İspaniyanın Kordova şəhərində keçirilən "World Cheese Awards" müsabiqəsində dünyanın ən yaxşı pendiri adına layiq görülüb. "Qafqazinfo" xəbər verir ki, nüfuzlu müsabiqənin münsiflə

13 noyabr