Serbiyada terror təhlükəsinin "qırmızı" səviyyəsi elan edildi
İyunun 29-u İsrailin Serbiyanın paytaxtı Belqraddakı səfirliyi qarşısında terror aktı törədiləndən sonra bu ölkədə terror təhlükəsinin "qırmızı" səviyyəsi tətbiq edilib.
Bu barədə Serbiyanın daxili işlər naziri İvitsa Daçiç bəyanat yayıb.
O, Serbiya vətəndaşlarına müraciət edərək qeyd edib ki, insanlar təkcə səfirliklərin qarşısında və dövlət idarələrində deyil, həm də insanların çox olduğu ticarət mərkəzlərində və digər yerlərdə çoxlu sayda polislərin olmasından narahat olmamalıdırlar.
Xatırladaq ki, iyunun 29-da İsrailin Serbiyanın paytaxtı Belqraddakı səfirliyi qarşısında terror aktı törədilib. 1999-cu il təvəllüdlü Miloş Juyoviç adlı gənc səfirlikdə xidmətdə olan serb jandarmını arbaletlə güllələyib. O, cavab atəşi ilə zərərsizləşdirilib.
Serbiyanın daxili işlər naziri İvitsa Daçiçin sözlərinə görə, M.Juyoviç radikal islam hərəkatına mənsub olub və sonradan adını Salahuddin olaraq dəyişdirib.(oxu.az)
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 841 Tarix: 30 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Daha bir dünya lideri Makronun dəvətini rədd etdi
İtaliyanın Baş naziri Corcia Meloni sentyabrın 28-də Fransanın Mets şəhərində keçiriləcək və Roma Papası XIV Levin apostol səfərinin son günündə çıxış edəcəyi görüşə qatılmayacaq. xəbər verir ki, bu barədə TASS İtaliya hökumət başçısının mətbuat xidmətinin açıqlamasına əsasən məlumat yayıb. Məlumat
26 sentyabrİran ABŞ-yə Hörmüz boğazı ilə bağlı PLAN TƏQDİM ETDİ
İran ABŞ-yə Hörmüz boğazında normal gəmiçiliyin bərpasını nəzərdə tutan yeddigünlük plan təqdim edib. xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçının təqdim etdiyi plana əsasən, ABŞ təklif olunan şərtləri qəbul etdiyi anda
27 sentyabrBundesrat Almaniyada yanacaq vergisinin azaldılmasını təsdiqləyib
Bundestaqdan (parlament) sonra Bundesrat (Almaniya federal torpaqlar palatası) hakim koalisiyanın yanacağın qiymətlərinin artması fonunda avtomobil yanacaqlarına vergi yükünün azaldılması ilə bağlı qanun layihəsini təsdiqləyib. Bu barədə "Report" DPA-ya istinadən xəbər verir. Məlumata görə
27 sentyabrTrampdan Rusiya və Çinə dialoq TƏKLİFİ
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Çin Xalq Respublikasının rəhbəri Si Cinpinin Vaşinqtona rəsmi səfəri çərçivəsində Rusiya, ÇXR və ABŞ arasında silahlanmaya nəzarət məqsədilə üçtərəfli müzakirələrin aparılması təşəbbüsü ilə çıxış edib. -ın məlumatına görə, bu təfərrüat Ağ Ev tərəfində
26 sentyabr