Xalq artistinin 6 mərtəbəli villası əlindən çıxır - sənədləri yoxmuş...

Xalq artistinin 6 mərtəbəli villası əlindən çıxır - sənədləri yoxmuş...Bir müddətdir ki, Rusiya mediasında Xalq artisti Alla Puqaçovunun qəsri satmaq istədiyi, amma alıcı tapa bilmədiyi haqda yazırlar. Bəllidir ki, Alla Puqaçova və şuomen əri Maksim Qalkin(xarici agent siyahısına düşüb) Ukrayna müharibəsinin əleyhinə olduqları üçün ölkədən gediblər. Puqaçova ara-sıra hansısa sənəd işləri üçün Rusiyaya gəlsə də, Qalkin üçün bu yol bağlıdır. O səbəbdən Moskva əyalətindəki qəsrin satışı ilə Puqaçova özü məşğuldur. Amma belə görünür ki, hakimiyyət istəsə, xalq artisi bu qəsri nəinki sata, ümumiyyətlə itirə bilər.

Musavat.com xəbər verir ki, bu barədə "AiF" nəşri yazır. Bildirilir ki, Odintsovo rayonun Qryaz kəndində tikilmiş qəsr dəmir cəngavərlərin heykəlləri ilə bəzədilmiş altı mərtəbəlidir. Qəsrin lifti, kitabxanası və hətta rəsədxanası olduğunu deyirlər. Ən üst mərtəbədə şüşə döşəmə var. Kinoteatr, işçilər üçün yer və sairə var. Sarayının sahəsi 2min 300 kvadratmetrdir.

Puqaçovanın qəsri kəndin demək olar ki, hər guşəsindən görünür. Hələ ilk vaxtlarda qəsrin bir milyard rubla başa gəldiyi deyilirdi. Moskva vilayətinin Odintsovo rayonun Qryaz kəndi məşhur ulduz cütlüyün orada məskunlaşdığı 2011-ci ilə qədər praktiki olaraq tanınmırdı. Onlardan sonra bu kənddə ev almaq yüksək qiymət səbəbindən ev və torpaq almaq bir arzu oldu. İndi də 2017-ci ildə tikilmiş kottec 107 milyon rubla satılır.

"Parlament" qəzetinin yazdığına görə, Puqaçovanın qəsri kadastr xəritələrində yoxdur. Bu informasiya isə onsuzda alıcısı az olan qəsrin "hökmü" hesab olunur. Hətta Puqaçovanın qalası üçün ipoteka verəcək bank da yoxdur. İkincisi, satınalmadan əvvəl bank işçiləri bütün hüquqi sənədləri və dizayn sənədlərini təhlil etməli, riskləri və torpaqdan icazə verilən istifadə növlərini qiymətləndirməyə çalışmalıdırlar. Bu səbəbdən ipoteka veriləcəyi belə şübhəlidir.

Yeri gəlmişkən, Puqaçovanın qəsrini kadastr üzrə torpağın indiki qiyməti cəmi 11 milyon rubldur. Yəni təkcə torpağın qiyməti bu qədərdir. "AiF" əmlak uzmanlarına istinasdən yazır ki, indiki vəziyyətdə bu qəsri necəsə almaq olar. Amma belə bir ehtimal var ki, qəsri aldıqdan sonra onu... sökməlisən. Çünki evi "Rosreestr"də qeydiyyatdan keçirə bilməsən, qanuna görə onu satmaq və ya icarəyə vermək də mümkün olmayacaq, hətta ona mülkiyyət hüququ da olmayacaq.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1401   Tarix: 30 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tacir Şahmalıoğlu əməliyyat olundu

Müğənni Tacir Şahmalıoğlu əməliyyat olunub. Bu barədə Qaynarinfo-ya sənətçinin həyat yoldaşı məlumat verib. Onun sözlərinə görə, müğənni öd kisəsindən əməliyyat olunub: "Öd kisəsini götürüblər. Hazırda özünü yaxşı hiss edir". Qeyd edək ki, bir müddət əvvəl Tacir Şahmalıoğlunun səhhətində problemlə

21 sentyabr
.

Hakan Sabancı Bakıda

Məşhur türkiyəli iş adamı Hakan Sabancı Azərbaycana səfər edib. Axşam.az xəbər verir ki, o, "Formula 1" Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. Hakan yarışda lentə aldığı görüntüləri izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Hakan daha əvvəl aktrisalar Hande Erçel, Rabia Soytürkl

25 sentyabr
.

9 illik evlilikləri bitir

Türkiyəli müğənni Niran Ünsal həyat yoldaşı, keçmiş jurnalist İbrahim Gugunla boşanır. Axşam.az xəbər verir ki, cütlük 9 illik evliliklərini rəsmi şəkildə bitirmək üçün məhkəməyə müraciət edib. İfaçı bu barədə paylaşım edərək İbrahimlə yollarını qarşılıqlı anlaşma və dost şəklində ayırdıqlarını açıqlayıb

13 sentyabr
.

Zeynəb Xanlarova əməliyyat olundu

Azərbaycanın Xalq artisti, görkəmli müğənni Zeynəb Xanlarova əməliyyat olunub. -a istinadən xəbər verir ki, 89 yaşlı sənətçi Türkiyədə implant əməliyyatı keçirib. Prosedur uğurlu alınıb. Z.Xanlarovanın qısa zamanda sağaldığı bildirilib

23 sentyabr
.

Rusiyada uşaqlara Burak adını verirlər

Türk seriallarının xaricdəki təsirinə daha bir yenisi əlavə olunub. Moskva Sosial İnkişaf Nazirliyinin açıqladığı 2026-cı il məlumatlarında, yeni doğulan uşaqlara verilən adlar arasında türk seriallarından tanınan Burak və Neslihan da yer alıb. Nazirlik bu adların sevilən aktyor və aktrisalara duyula

19 sentyabr
.

"Artıq başqa Sevdayam, anayam"

Müğənni Sevda Yahyayeva oktyabrın 17-də Azərbaycan Dövlət Filarmoniyasında planlaşdırılan konsertinə hazırlaşır. Axşam.az xəbər verir ki, sənətçi konsertlə bağlı videoaçıqlamasında gecənin yalnız musiqidən ibarət olmayacağını bildirib. "Bu konsert təkcə mahnıların ifasından ibarət bir gecə olmayacaq

11 sentyabr
.

Röyanın illər əvvəl atası ilə təsirli dialoqu KÖVRƏLTDİ - VİDEO

Xalq artisti Röya Ayxanın illər əvvəl lentə alınan arxiv görüntüsü sosial şəbəkələrdə yenidən gündəmə gəlib. xəbər verir ki, videoda müğənninin "Maşın şou"nun efirində atasının doğum gününü təbrik etdiyi görünür. Röya Ayxanın atasına ünvanladığı duyğusal sözlər izləyicilərin diqqətini çəkib

19 sentyabr
.

Rüfət bu yolla arıqlayır

Müğənni Rüfət Axundov arıqlaması ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, sənətçi üç həftədir pəhriz saxladığını bildirib. İfaçı bu haqda "Qonaqcanlı" proqramında danışıb. O, 3 həftəyə 4,5 kiloqram çəki atdığını deyib. "Hazırda 84 kiloqram olmuşam. Hədəfim 80-78 kiloqrama qədər düşməkdir

19 sentyabr
.

Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO

Tanınmış müğənni Tacir Şahmaloğlu xəstəxanaya yerləşdirilib. Bununla bağlı sosial şəbəkələrdə görüntü yayılıb. Görüntülərdə sənətçi özünü yaxşı hiss etdiyini bildirib. ( )

20 sentyabr