Cəlil Nəzərov azadlığını qorusa da, "Qamo"nu itirdi
Masallı Rayon Mərkəzi Xəstəxanasının korrupsiyada ittiham olunan sabiq baş həkimi Cəlil Nəzərov və köməkçisi Təranə Əliyevanın məhkəməsi yekunlaşıb. Bir neçə gün əvvəl elan edilmiş hökmə əsasən, hər iki müttəhimə şərti cəza verilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cəlil Nəzərovun Masallı rayonunun Miyankü kəndində yerləşən "Qamo" İstirahət Mərkəzi dövlət nəfinə müsadirə edilib.
Cənub zonasının məşhur istirahət mərkəzinin bazar dəyəri 1 milyon manatdan çoxdur. 68 yaşlı həkim "Qamo"nu oğlu Xaliq Nəzərovun adına rəsmiləşdirib. Mediada yayılan məlumatlarda yazılır ki, Masallının və ətraf rayonların vəzifəli şəxsləri vaxtaşırı istirahət mərkəzinin qonağı olurmuş.
Məlumat üçün deyək ki, prokuror Cəlil Nəzərova 12 il 6 ay həbs cəzası tələb etmişdi. Hakimlər keçmiş baş həkimin ağır xəstə olduğunu nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı cəza verməyib.
Xatırladaq ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ardıcıl iki dəfə Masallı rayon mərkəzi xəstəxanasında əməliyyat keçirib. Birinci əməliyyatdan sonra baş həkim Cəlil Nəzərov və Təranə Əliyevə cinayət məsuliyyətinə cəlb edilib. Onlar vəzifə saxtakarlığı etməklə külli miqdarda dövlət vəsaitini mənimsəməkdə, rüşvət almaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda ittiham ediliblər.
İkinci əməliyyat zamanı isə sözügedən xəstəxanada daha sonrakı baş həkim Eşqin Əliyev korrupsiyada ittiham edilib, ona bir neçə ay əvvəl 8 il 6 həbs cəzası verilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 985 Tarix: 01 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
TƏBİB-ə yeni səlahiyyət verildi
Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri
17 sentyabr 2021Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO
Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca
18 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək
Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten
18 sentyabr 2021Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib
İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund
18 sentyabr 2021Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO
Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb
17 sentyabr 2021