Ermənilər ölkəni tərk edir: Fələstində məskunlaşacaqlar? - ŞƏRH

Ermənilər ölkəni tərk edir: Fələstində məskunlaşacaqlar? - ŞƏRHQarabağdan İrəvana sığınan ermənilərin ölkəni kütləvi şəkildə tərk etdikləri deyilir. Bu haqda Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. Xidmətin açıqlamasına görə, 10 308 erməni Ermənistanı birdəfəlik tərk edib.

Əlbəttə ki, Qarabağı tərk edən ermənilərin aqibəti ilə bağlı müvafiq versiyalar irəli sürülür. Bildiyimiz kimi, bu yaxınlar Ermənistan Fələstini rəsmən tanıyıb. Buna cavab olaraq, İsrail XİN Ermənistandakı səfirini geri çağırıb. Bildriilib ki, İrəvanın Fələstini tanımaq qərarı Ermənistanın İsraillə münasibətləri üçün ciddi nəticələrə səbəb olacaq. Ümumi prosesi nəzərə aldıqda, bütün bunlar Qarabağ erməniləri ilə maraqlı suallar yaradır. Ermənistanı tərk edən ermənilər Fələstində məskunlaşacaq?

Mövzunu Sonxeber.az-a şərh edən politoloq Kazım Kazımov deyib ki, hazırda Ermənistanda iqtisadi vəziyyət hələ də pis olaraq qalmaqdadır:

"Çünki Azərbaycanla sülh müqaviləsi imzalanmayıb və Ermənistanın iqtisadi yolları hələ də açılmayıb. Eyni zamanda İrəvanda kütləvi iğtişaşlar davam edir. Bütün bu amilləri nəzərə alsaq, Ermənistan iqtisadiyyatı hələ də özünə gələ bilmir. Belə olan təqdirdə, zamanında Qarabağda işğalçı kimi məskunlaşmış Qarabağ erməniləri əvvələ İrəvana getdilər. İrəvan onlara yeni ev və həyat şəraiti söz versə də, həmin vədlərin çoxu yerinə yetirilmədi. Buna görə də insanların Ermənistanı tərk etmə halları artıb. Bu şəxslərin hara getməsi ilə bağlı müxtəlif versiyalar səsləndirilir".

Politoloqun sözlərinə görə, Qarabağı tərk edən ermənilərin Fələstinə getməsi ilə bağlı fikirlər bildirilir:

"Məncə bu həqiqətə uyğun deyil. Hal-hazırda Fələstində çox mürəkkəb bir vəziyyət var. Biz bilirik ki, İsrail-Həmas arasında aktiv şəkildə Qəzza zolağında müharibə davam edir. Bu müharibə hər nə qədər Qəzza zolağının əsasını ehtiva etsə də, Qolan çayının qərb sahilində hər həftə hansısa bir iğtişaş baş verir. Ya İsrail, ya da Fələstin tərəfindən çoxsayda itkilər olur. Belə olan halda. Qolanın qərb sahilindəki ərazidə ermənilərin məskunlaşması onlar üçün arzuolunan deyil. Qüdsdə yaşayan kiçik erməni icması ilə Qarabağdakı erməni icmasının çoxda tarixi qohumluq bağları yoxdur. Sadəcə onlar eyni etnik mənsubiyyəti daşıyırlar. Çünki onlar arasında əvvəlcə sovet dönəmində, sonralar isə cuddi əlaqələr qurulmadı. Mən hesab edirəm ki, Qarabağı tərk edən ermənilər əsasən Rusiyaya, Gürcüstan və imkanı çatanlar isə Avropaya axın edirlər"

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1167   Tarix: 01 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr