Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Sonxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
İyulun 2-si saat 10:00-a olan məlumata görə, bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.
Düşən yağıntının miqdarı Gədəbəydə 33 mm, Daşkəsəndə 13 mm, Ordubad, Göygöldə 9 mm, Sədərəkdə 7 mm, Gəncə, Şərurda 6 mm, Tovuz, Şəmkir, Qax, Balakən, Zaqatala, İsmayıllı, Göyçay, Goranboy, Şəki, Xaltan, Kürdəmir, Lerik, Ceyrançöl, Naftalan, Şahbuz, Naxçıvan, Beyləqan, Mingəçevir, Yevlaxda 3 mm-dək olub.
İyulun 1-də ölkənin bəzi bölgələrində sarı və narıncı xəbərdarlığa uyğun olaraq küləkli hava şəraiti müşahidə olunub. Narıncı xəbərdarlığa uyğun olaraq Culfada şərq küləyi əsib, arabir 23 m/s-dək güclənib. Sarı xəbərdarlığa uyğun olaraq isə küləyin sürəti Gəncə, Naxçıvanda 20 m/s, Naftalanda 18 m/s, Ağdam, Şəmkirdə 16 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Aran rayonlarında 33, Naxçıvan MR-da 31, dağlıq rayonlarda 23 dərəcəyədək isti olub.
Bölgələrdə müşahidə olunan qeyri-sabit hava şəraiti iyulun 3-ü axşamadək davam edəcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 795 Tarix: 02 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
TƏBİB-in icraçı direktoruna müşavir təyin olunub
TƏBİB-in icraçı direktoruna müşavir təyin olunub. "Report"un məlumatına görə, bu vəzifəyə Zeynal Bayramlı təyinat alıb. Qeyd edək ki, o bundan öncə 2024-2026-cı illərdə özəl tibb müəssisələrindən birində tibbi məsələlər üzrə direktor olub
5 aprelAzərbaycanda 8 mayla bağlı QƏRAR VERİLDİ
Azərbaycanda 8 May qısaldılmış iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat azaldılır. Bu səbəbdən 9 May - Faşizm üzərində Qələbə Günü ilə əlaqədar olaraq 8 May (cümə) ölkə üzrə qısaldılmış iş günü olacaq. Qeyd edək ki, 9 May bu i
4 aprelPensiyalar yenə artacaq?
2026-cı ildə Azərbaycanda əmək pensiyalarının artırılması ilə bağlı qərar qüvvəyə minib. Rəsmi məlumatlara əsasən, pensiyalar ötən ilin orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilib. Artım təxminən 9-10 faiz təşkil edib ki, bu da minlərlə pensiyaçının gəlirlərində artıma səbəb olub
4 aprel"JEK"lər ləğv edilir - Əvəzində nə olacaq?
Bakı şəhərində uzun illərdir fəaliyyət göstərən və idarəetmə mexanizmi tez-tez tənqid hədəfinə çevrilən Mənzil Kommunal Təsərrüfatı Birlikləri (MKTB) üçün artıq yolun sonu görsənir. Paytaxtın mənzil təsərrüfatı sistemində inqilabi dəyişiklik kimi qiymətləndirilən bu addım, ölkənin 2022-2026-cı illə
4 aprelBaş nazir selin fəsadları ilə bağlı TAPŞIRIQLAR VERDİ
Aprelin 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə bir sıra mərkəzi, şəhər və rayon hakimiyyət orqanlarının rəhbər şəxslərinin iştirakı əsasında müşavirə keçirilib. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, müşavirədə martın 26-28-də respublikanı
4 aprelBakı metrosu martda 18 milyondan çox sərnişinə xidmət göstərib
Bu ilin mart ayında "Bakı Metropoliteni" QSC 18 269 887 sərnişinə xidmət göstərib. "Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % çoxdur. Ötən ay ən çox sərnişin martın 6-da daşınıb - 796 734 nəfər. Bayram günlərində mərkəz istiqamətind
4 aprel6 uşağın zəhərləndiyi ailənin - 2 yaşlı Gülcənnəti öldü
Sumqayıtda zəhərlənən 6 uşaqdan biri vəfat edib. "Qafqazinfo"nun məlumatına görə, Xəzri bağlarında baş verən hadisədən sonra 2 yaşlı Gülcənnətin həyatını xilas etmək olmayıb. Digərlərinin müalicəsi davam edir. Qeyd edək ki, 9 uşaqlı ailənin 6 övladı palçıqla oynadıqdan sonra eyni vaxtda yuyunma
4 aprel