"Paşinyan yaxşı anlayır ki, Azərbaycanın bütün şərtlərini qəbul etmək məcburiyyətindədir" - DEPUTAT
"Bir neçə aya Ermənistanla sülh müqaviləsi imzalana bilər".
Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.
Deputat qeyd edib ki, iyulun 1-də cənab prezident İlham Əliyev iyulun 1-də Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun etimadnaməsini qəbulu zamanı Ermənistanla sülh müqaviləsinin mətnin, ən azı əsas prinsipləri üzərində işin bir neçə aya yekunlaşacağını söylədi:
"Cənab prezidentin bu açıqlaması ilin sonuna qədər sülh müqaviləsinin imzalanması ehtimalını daha da artırdı. Azərbaycan təkcə regionda deyil, bütün dünyada sülhün və təhlükəsizliyin təminatına böyük töhfələr verən dövlətdir. Bu gün Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu danılmazdır. Demək olar ki, Azərbaycan Avropa üçün yeni alternativ enerji mənbəyidir. Bunu Ermənistan tərəfi də fərqindədir. Ermənistan rəhbərliyi anlayır ki, xalqının rifahı yalnız Azərbaycanla sülh şəraitində yaşamaqdan asılıdır. Azərbaycan sülh müqaviləsini hansı halda imzalayacağını qeyd edib. Emənistan Konstitusiyasına dəyişiklik etməli, Azərbaycana qarşı konstitusion əsasda referendum yolu ilə xalqın siyasi iradəsini ortaya qoymaqla ərazi iddialarından geri çəkilməli və Azərbaycana, Türkiyəyə qarşı ərazi iddialarına birdəfəlik son qoymalıdır. Yalnız bu halda sülh müqaviləsi imzalana bilər".
Deputat vurğulayıb ki, Paşinyan yaxşı anlayır ki Azərbaycanın bu şərtlərini qəbul etmək məcburiyyətindədir:
"Emənistan gec-tez Konstitusiyaya dəyişiklik gedəcək. Çünki sülh müqaviləsinin imzalanması Ermənistan xalqının nicatı deməkdir. Proses əslində bu gün getməkdədir. Əlbəttə Ermənistanda Konstitusiyaya dəyişikliklərin əleyhdarları da olacaq, amma əminəm ki, bütövlükdə erməni xalqı müharibə istəmir. Biz də buna inanırıq. Əgər erməni xalqı müharibə istəsəydi Paşinyan biabırçı məğlubiyyətdən sonra 2021-ci ilin iyun parlament seçkilərində qalib gəlməzdi. Erməni xalqı da müharibədən yorulub. Xalq bilir ki, Ermənistan dövləti və ordusu hansı gücə malikdir. Belə halda, Azərbaycanla yenidən müharibə yolunu seçmək siyasi ağılsızlıq olar. Düşünürəm, bütün bu reallıqlar fonunda Paşinyan tezliklə referenduma gedəcək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 778 Tarix: 02 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq
Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu
17 sentyabr 2021Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO
Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca
18 sentyabr 2021Rayonlara dolu düşüb, şimşək çaxıb
Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd
17 sentyabr 2021Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir
"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco
17 sentyabr 2021Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18 sentyabr 2021ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."
ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd
18 sentyabr 2021Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ
Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"
18 sentyabr 2021