İlham Əliyev "Zəngilan" tankerinin istismara verilməsi mərasimində iştirak edib

İlham Əliyev "Zəngilan" tankerinin istismara verilməsi mərasimində iştirak edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (ASCO) Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan "Zəngilan" tankerinin istismara verilməsi mərasimində iştirak edib.

AZƏRTAC xəbər verir ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev Prezident İlham Əliyevə raport verib.

Tankerə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən azad edilən əzəli və əbədi Azərbaycan torpağı Zəngilanın adı verilib.

Qırx dörd günlük Vətən müharibəsindən sonra Zəngilanda Azərbaycan Bayrağını ucaldan Prezident İlham Əliyevin indi isə üçrəngli bayrağımız altında beynəlxalq sularda üzəcək "Zəngilan" tankerinin istismara verilməsi mərasimində iştirakının çox böyük rəmzi mənası var.

"Zəngilan" Bakı gəmiqayırma zavodunda inşa olunan sayca dördüncü milli tankerdir. Bundan əvvəl istismara verilən "Laçın" və "Kəlbəcər" tankerlərindən fərqli olaraq, "Akademik Xoşbəxt Yusifzadə" tankeri kimi, "Zəngilan" ilə də həm neft, həm də kimyəvi məhsullar daşınacaq. Bakı gəmiqayırma zavodunda ASCO üçün "Zəngilan" tipli daha üç tankerin inşası da nəzərdə tutulur. Bununla bağlı sifarişlər alınıb və müvafiq müqavilələr imzalanıb.

Tanker barədə Prezident İlham Əliyevə məlumat verən Rauf Vəliyev bildirib ki, nadir dizaynı ilə seçilən və texniki göstəricilərinə görə geniş imkanlara malik "Zəngilan"ın konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu ilə uğurlu əməkdaşlıq çərçivəsində hazırlanıb. Yeni nəsil tankerin uzunluğu 141 metr, eni 16,9 metr, bortunun hündürlüyü isə 6 metrdir. Saatda 10 knot sürətlə hərəkət edə biləcək tanker 15 nəfərlik heyət tərəfindən idarə olunacaq. Tanker ümumi tutumu 9212 kubmetr olan 6 yük çəninə malikdir. Dedveyti 7875 ton təşkil edən tankerdə dünyanın aparıcı şirkətlərinin avadanlıqları quraşdırılıb. Gəminin texniki göstəriciləri, xüsusilə suya oturumu maksimum yük götürməklə Xəzər hövzəsində nisbətən dayaz limanlara daxil olmağa və Xəzərdən kənara yük daşımağa imkan yaradır. Yeni nəsil "Zəngilan" tankeri də digər milli istehsalımız olan tankerlər kimi Xəzərdə və Xəzərdənkənar sularda istismar ediləcək.

"Bakı Gəmiqayırma Zavodu" MMC-nin İdarə Heyətinin sədri Elşad Nuriyev dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, ümumilikdə 1046 nəfərin çalışdığı zavodda bir Ro-Pax tipli bərənin, iki tankerin və bir dibdərinləşdirən gəminin inşası davam etdirilir. İki tanker, dörd dalğıc və üç sürətli sərnişin gəmisi layihəndirmə, dörd quru yük gəmisi, bir patrul gəmisi və bir yanğınsöndürmə gəmisi isə müqavilə mərhələsindədir. Zavod beş ticarət və səkkiz xidmət gəmisi ilə bağlı müqavilələr imzalayıb.

Sonra dövlətimizin başçısı tankerin istifadəyə verilməsini bildirən rəmzi lenti kəsib.

Qeyd edək ki, ASCO yarandığı dövrdən bəri ümumilikdə 29 yeni gəmi istismara verilib. Onlardan biri yedək, üçü sərnişin, ikisi Ro-Pax tipli gəmi-bərə, dördü tanker olmaqla, ümumilikdə 10-u Bakı gəmiqayırma zavodunda inşa edilib. Həmçinin ASCO-nun Müşahidə Şurasının məqbul hesab etdiyi Gəmiçiliyin Strateji İnkişaf Proqramına uyğun olaraq Bakı gəmiqayırma zavoduna 11 gəminin, o cümlədən bir Ro-Pax tipli gəmi-bərə, üç tanker, 80 nəfərlik üç sərnişin gəmisi, 60 və 45 metr dərinliklərdə işləmək üçün nəzərdə tutulmuş dörd dalğıc gəmisinin tikintisinə dair yeni sifarişlər verilib.

Ümumilikdə son illərdə donanmanın yenilənməsi və yeni gəmilərin tikintisi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər ASCO-nun Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılmasına, Azərbaycan ərazisindən artan tranzit yükdaşımalarında gəmilərə olan tələbatın ödənilməsinə, Xəzərdə neft-qaz layihələrinin uğurla icrasına böyük töhfə verir. Bu istiqamətdə görülən genişmiqyaslı işlər Xəzərdənkənar sularda Gəmiçiliyin mövqeyinin möhkəmləndirilməsi və genişləndirilməsində də mühüm rol oynayır.

Bunlarla yanaşı, son bir ildə beynəlxalq sularda yeni tipli daha böyük gəmilərin istismara verilməsi istiqamətində də uğurlu layihələr icra olunub. 2023-cü ildə xarici sularda Azərbaycan Bayrağı altında "Şuşa", "Qarabağ", "Zəngəzur" adlı 3 "Aframax" tipli tanker istismara verilib. Cari ilin mayında isə Çində "Xocalı" adlı "Handysize" tipli bir quru yük gəmisinin istismara verilməsi ilə Gəmiçilik quru yük daşımalarında yeni seqmentə daxil olub. Bu gəminin ilk səfəri Cənubi Koreyanın "Bakpyung" limanından ABŞ-ın "Portland" limanına yerinə yetirilib. Gəmi artıq təyinat limanındadır və hazırda yükboşaltma əməliyyatı icra edilir.

Onu da qeyd edək ki, bu səfərlə "Xocalı" müstəqil Azərbaycan Bayrağı altında Amerika sularına daxil olan ilk gəmi kimi tarixə düşüb.

Təbii ki, görülən işlər bütövlükdə ölkəmizin iqtisadi sahədə dinamik inkişafının nəticəsidir. Hazırda Azərbaycan dünyada gedən müxtəlif geosiyasi böhranlara baxmayaraq, öz iqtisadiyyatını bu böhranın yaratdığı mənfi meyillərdən maksimum dərəcədə qoruya bilir. Bu gün hər bir sektorda, o cümlədən dəniz nəqliyyatı sahəsində ciddi inkişaf templəri müşahidə olunur ki, bunun da əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasət dayanır.

09:32

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan "Zəngilan" tankerinin istismara verilməsi mərasimində iştirak edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.
İlham Əliyev "Zəngilan" tankerinin istismara verilməsi mərasimində iştirak edibİlham Əliyev "Zəngilan" tankerinin istismara verilməsi mərasimində iştirak edibİlham Əliyev "Zəngilan" tankerinin istismara verilməsi mərasimində iştirak edibİlham Əliyev "Zəngilan" tankerinin istismara verilməsi mərasimində iştirak edibİlham Əliyev "Zəngilan" tankerinin istismara verilməsi mərasimində iştirak edibİlham Əliyev "Zəngilan" tankerinin istismara verilməsi mərasimində iştirak edibİlham Əliyev "Zəngilan" tankerinin istismara verilməsi mərasimində iştirak edibİlham Əliyev "Zəngilan" tankerinin istismara verilməsi mərasimində iştirak edib


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 770   Tarix: 02 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr