Qiymət dəyişikliyi hansı məhsulların bahalaşmasına SƏBƏB OLACAQ?
Xəbər verdiyimiz kimi, Azərbaycanda AVRO-5 ekoloji standartı ilə istehsal edilən yanacağın, bərk məişət tullantılarının idarə olunması, ferrosilisium istehsalı sahəsinə verilən elektrik enerjisi üzrə xidmətlərin və bir sıra dərman vasitələrinin qiymətləri tənzimlənib.O cümlədən sərnişindaşıma üzrə nəqliyyat vasitələrinin qiymmətləri dəyişib. Qərara əsasən avtobus və metrolarda gediş haqqı 50 qəpik olaraq təyin edilib.
Qiymətlərin dəyişməsi artıq bir çox sahələrə təsir edib. Bəs qiymətlərdə edilən dəyişikliklər hansı məhsulların bahalaşmasına səbəb olacaq? Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Sonxeber.az-a açıqlama verib:
"Yanacağın, əsasən dizel qiymətinin qalxması ən çox kənd təsərrüfatına və ərzaq məhsullarına təsir edəcək. Aqrar sahədə dizel yanacağının istehsaldakı maya dəyərindəki payı 35-40 faizə yaxındır. Nəqliyyatda isə ərzaq daşınması, logistik xətlərdə maya dəyərin beşdə birini dizel yanacağı təşkil edir. Bu da məhz məhz kənd təsərrüfatı və ərzaq məhsullarının bahalaşmasına səbəb olacaq. Dizel yanacağının birdən-birə 25 faiz bahalaşması bu sahələrdə ciddi qiymət artımına təkan verən əsas faktora çevriləcək".
Qeyd edək ki, kənd təsərrüfatı məhsullarının daşınma xərclərində 20-25 faiz fərq yaranıb. Rayonlardan Bakıya gətirilən məhsullar əsasən dizel yanacağı ilə işləyən maşınlar ilə daşınır. Bu isə o deməkdir ki, dizel yanacağındakı qiymət fərqi onların daşınma xərclərinə təsirsiz ötüşməyib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1532 Tarix: 02 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq
Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu
17 sentyabr 2021Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO
Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca
18 sentyabr 2021Rayonlara dolu düşüb, şimşək çaxıb
Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd
17 sentyabr 2021Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir
"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco
17 sentyabr 2021Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18 sentyabr 2021ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."
ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd
18 sentyabr 2021Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ
Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"
18 sentyabr 2021