Leyla Əliyevanın doğum günüdür

Leyla Əliyevanın doğum günüdürHeydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədri Leyla İlham qızı Əliyevanın doğum günüdür.

Sonxeber.az xəbər verir ki, Leyla Əliyeva 3 iyul 1985-ci ildə dünyaya gəlib.

1989-2000-ci illərdə Bakı şəhərində 160 saylı tam orta məktəbdə təhsil alıb.

2000-ci ildə orta məktəbi bitirib və Avropa Biznes Məktəbinə daxil olub.

2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun magistratura pilləsində təhsil alıb.

10 may 2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, 2011-ci ildən isə Fondun vitse-prezidentidir.

Leyla Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti olaraq, qayğıya, yardıma daha çox ehtiyacı olanlara böyük diqqət yetirir. O, öz ad gününü ənənəvi olaraq qayğı göstərdiyi və yorulmadan kömək etdiyi uşaqların yanında keçirir.

O, yaşlı insanlara, valideyn qayğısından məhrum olmuş uşaqlara, qaçqın və məcburi köçkün ailələrinə yardım göstərir.

Bundan başqa, Leyla Əliyeva təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində bir çox layihələrdə bilavasitə iştirak edir.

Leyla Əliyevanın rəhbərlik etdiyi AMOR Rusiyada ən fəal və nüfuzlu gənclər strukturuna çevrilib. Təşkilatın coğrafi məkanı daim genişlənir, onun himayəsi altında keçirilən tədbirlərin sayı artır. Leyla Əliyevanın rəhbərliyi altında AMOR Rusiya sakinlərini Azərbaycanın tarixi və mədəniyyəti ilə daha yaxından tanış etmək üçün fəal çalışır.

Eyni zamanda, AMOR üzvü olan gənc azərbaycanlılar öz köklərini unutmur və Vətənlə sıx bağlılığı hiss edirlər.

Leyla Əliyeva 2007-ci il dekabrın 19-da Moskvada "Baku" jurnalını təsis edib.

2008-ci il mayın 8-dən start götürmüş "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarıdır.

Artıq 13 ildən çoxdur ki, bu təşəbbüs çərçivəsində bütün dünyada - Avropadan Amerikayadək - yeni tarixin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında həqiqətlərin insanlara çatdırılmasına xidmət edən tədbirlər və aksiyalar keçirilir.

Kampaniya çərçivəsində Leyla Əliyevanın aktiv fəaliyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin ifşa edilməsinə böyük töhfə verib və işğalçıların əsl simasının üzə çıxmasına imkan yaradıb.

2011-ci ilin iyulunda Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.

2011-ci ilin noyabrında Nyu-Yorkda humanitar aksiyalarda fəal iştirakına görə "Key to life" fəxri mükafatına layiq görülüb.

12 sentyabr 2012-ci ildə "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə" medalı ilə təltif olunub.

IDEA-nın təsisçisi olan Leyla Əliyeva 5 aprel 2013-cü ildə "Ekoloji mühitin qorunmasına görə" xüsusi beynəlxalq şərəf mükafatı ilə də mükafatlandırılıb.

Qeyd edək ki, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Bizim həyət" layihəsi çərçivəsində onlarla həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

Təsis edildiyi gündən Birliyin dəstəyi ilə ölkədə milyonlarla ağac əkilib. Leyla Əliyeva, həmçinin, sosial və ekoloji layihələri özündə birləşdirən "Məktəb bağları" layihəsinin təşəbbüskarıdır.

Layihənin birinci aksiyası zamanı Bakı məktəblərindən birinin həyətində Leyla Əliyevanın iştirakı ilə 100 ədəd badam, gavalı və nar ağacı əkilib.

Bundan başqa, Leyla Əliyeva 2013-cü il dekabrın 20-də III dərəcəli Müqəddəs Mələksima "Knyaginya Olqa" ordeni və "Volqoqrad vilayəti qarşısında xidmətlərə görə" medalı ilə təltif olunub.

2015-ci ilin may ayında Leyla Əliyeva aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasına verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri adına layiq görülüb.

20 oktyabr 2015-ci ildə "Puşkin" medalı ilə təltif olunub.

2016-cı il sentyabrın 28-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Elmi Şurasının qərarı ilə bu ali məktəbin "Xidmətlərə görə" medalına layiq görülüb.

Leyla Əliyeva həm də yaradıcı insandır. O, şeirlər yazır, rəsm çəkir. Bundan başqa, "Əli və Nino" filminin icraçı prodüseri olub, eləcə də, "Bakı, mən səni sevirəm" kinolayihəsinə rəhbərlik edib.

Məlumat üçün bildirək ki, Leyla Əliyeva iki oğul, bir qız anasıdır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1203   Tarix: 03 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI

Bakıda "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq. xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra - sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaları

26 sentyabr
.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr
.

Tarixi hadisələr və milli yaddaş

2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl

26 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr
.

Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO

Əmircan yenilənir, abadlaşdırılır. Qəsəbədə aparılan abadlıq işləri davam etdirilir. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb. Görülən işlər sakinlərin də ürəyincədir. Onların sözlərinə görə, bu layihənin üstün cəhətlərində

27 sentyabr
.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr