Brilliant Dadaşova kimdir? – Çelentano ilə duet oxuyan, yaşı bilinməyən azərbaycanlı

Brilliant Dadaşova kimdir? – Çelentano ilə duet oxuyan, yaşı bilinməyən azərbaycanlıLent.az "Bioqrafiya" rubrikasında Xalq artisti Brilliant Dadaşovanın həyatından bəhs edir.

- Brilliant Dadaşova harada və nə zaman anadan olub?

Brilliant Dadaşova 15 sentyabr 1965-ci ildə (bəzi mənbələrə görə 1959-cu ildə) Bakı şəhərində anadan olub.

- Onun ailəsindən hansı məşhur incəsənət xadimləri çıxıb?

Brilliant Dadaşovanın anası avtomobil qəzasında həlak olmuş məşhur Azərbaycan qarmon ifaçısı Qızxanım Dadaşovadır. Lalə, Sədaqət, İradə adlı üç bacısı var. Bacıları da müğənnidir. Xalq artisti, aktyor Məlik Dadaşov Brilliant Dadaşovanın əmisi, Xalq artisti Rafael Dadaşov əmisi oğludur. Rafael Dadaşov həm də onun bacısı Sədaqətin həyat yoldaşı idi. Cütlük boşandıqdan sonra ailədə buna görə ikitirəlik və küsülülük yaşandı. Rafael Dadaşovun qızı, müğənni Səidə Dadaşova boşanmadan sonra öz anası və xalaları ilə münasibəti dayandırıb. "Bacım Sədaqətin əmim oğlu Rafael ilə ailə qurmasına nə atam, nə də əmim razı olub. Çünki deyirdilər hər ikisi ərköyün, inadkardır. Bir-biri ilə yola getməzlər. Onlar heç kimi dinləməyib evləndilər. Evləndikdən sonra doğurdan da heç yola getmədilər. Tez-tez münaqişələr yaşanırdı. O günlərdə atamla əmimi bu vəziyyət çox narahat etmişdi. Onların dərdləşməsindən bütün qohumlar danışırdı",- deyə müğənni bu barədə bildirib.

- Brilliant Dadaşovanın musiqi karyerası necə başlayıb?

Brilliant Dadaşovanın musiqi karyerası 1983-cü ildə Eldar Mansurovun mahnıları ilə başlanıb. 1985-ci ildə Brilliant Dadaşova Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyük səhnəyə çıxıb.
1986-cı ildə Brilliant Dadaşova və Akif İslamzadə "Hər şey gözəldir həyatda" adlı mahnını yazdırırlar və bu mahnı Azərbaycanda çox məşhur olur. Həmin ildə Dadaşovanın eyni adlı musiqi albomu çıxır. 1989-cu ildə Brilliant Dadaşovanın çox məşhur "Bayatılar" adlı mahnısı işıq üzü görür. Qısa müddətdə hitə çevrilən "Bayatılar" mahnısı Brilliantdan sonra Sezen Aksu, Edvvard Maya, Keti Garbi, Reno, Levent Yüksel, Monika Salmaso, "Brazilian girls", "N Dubz", DJ Brizi və Eusebio Belli və başqa dünya ulduzları tərəfindən yüzlərlə verisyada ifa olunub.

1991-ci ildə Brilliant Dadaşova Yaşıl Teatrda ilk solo konsert proqramı ilə çıxış edib. 1993-cü ildə dövlət televiziyasında "Bu axşam" proqramının aparıcılığını etməklə Azərbaycanda ilk aparıcı müğənni olub. Həmin il müğənninin "Azərbaycanın səsi" adlı ilk albomu işıq üzü görüb. 1994-cü ildən müğənni indiki Heydər Əliyev adına Sarayda ilk böyük solo konsert proqramı ilə çıxış edib.
Brilliant Dadaşova Azərbaycanı İsveç, Avstriya, Almaniya, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və digər dövlətlərdə uğurla təmsil etməyə başlayıb. Sovet İttifaqı dağıldıqdan sonra Rusiyada solo konserti ilə çıxış edən ilk Azərbaycan müğənnisi məhz Brilliant Dadaşova olub. 2008-ci ildə Brilliant Dadaşova Azərbaycanın Xalq artisti fəxri adına layıq görülüb.
2021-ci ildə Adriano Celentano ilə birgə Per Sempre mahnısını yazdırıb.

- Brilliant Dadaşova vəzifə daşıyıb?

Brilliant Dadaşova 1999-cu il bələdiyyə seçkilərində qalib gələrək Bakı şəhəri Səbail bələdiyyəsinə üzv seçilib.

- Brilliant Dadaşova ailəlidir?

Bəli. Həyat yoldaşı Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyevdir, Cahad adlı bir oğlu var.

- Brilliant Dadaşova plastik əməliyyat etdirib?

Yanaqları, dodaqlarında toxunuşlar etdirib, üzgərdirmə prosedurundan keçib. Formasını isə dietlə qoruyur. Dediyinə görə, bir kotlet və ya bir şəkərburadan artıq kalorili yemək qəbul etmir.

- Brilliant Dadaşova toylara gedir?

Bəli. Ölkənin toy bazarında ən tələb olunan müğənnilərdən biridir. Həm yarım saatlıq, həm də bütöv toy idarəçiliyini qəbul edir.

- Brilliant Dadaşovanın toy qonorarı nə qədərdir?

Bütöv toyu 8000 min manata idarə edir. Öz ansamblı var.

- Ötən əsrdə sənətçilər daha çox mahnıları, klipləri ilə gündəm olurdu, indi yedikləri, içdikləri, hərəkətləri, geydikləri, aldıqları ilə gündəm olur. Belə mühitdə ayaqda qalmaq Brilliant Dadaşova üçün çətindir?

O bu suala belə cavab verib: Bəli "yalnız brend geyinirəm" deyənlər, səhnədə səs əvəzinə akrobatik hərəkətlərin nümayişi ilə diqqət çəkənlər, pulla mükafat alanlar, pulla təbliğat qurub, başqasını gözdən salanlar, pulla özünü təriflədənlər və buna bənzər hər şey... Belə bir mühitdə biz də iki-üç nəfər sənəti, estrada musiqisini yaşatmağa çalışırıq.

- Brilliant Dadaşova sosial şəbəkələrdə aktivdir?

Bəli. O, bir müsahibəsində bununla bağlı belə demişdi: "Əslində, mən sənətimi sevən, mahnılarımla yaşayan, musiqimlə sevinib, kədərlənən insanlarla ünsiyyətdə olmağı, onlara diqqət etməyi xoşlayıram. Ümumiyyətlə, təbiət etibarilə dialoqu çox sevirəm. İnstaqram və Feysbuk bizə heç tanımadığımız şəxslərlə ünsiyyət qurmaq imkanı yaratdı. Yaxşı hisslər elə gözəl emosiyalar bəxş edir ki, insan bu hissləri ifadə etməkdən həzz alır. Uzun illərdir, bu qədər, çoxu da ahıl yaşda olan tamaşaçı ordusunun sevgisi ilə yaşayıram. Bəli, təhqir, şər-böhtan yazan istifadəçilər də var. Biganəlik insana qarşı ən qorxunc münasibətdir. Düşünürəm ki, onları da diqqətsiz qoymaq olmaz .Çünki o insanların sayəsində həyatı öyrənirik. Həyatın qəddar, acımasız üzünü görürük"


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1493   Tarix: 03 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı

Müğənni Könül Kərimovaya qarşı 245 min manatlıq dələduzluq etməkdə ittiham olunan "Hüquq-Ekspertiza Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) rəhbəri olmuş Mübariz Məmmədov və Elçin Bağırovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlə

16 sentyabr
.

Alim Qasımov və Üzeyir Mehdizadənin "Nəyindən narahatsan" klipi yayımlandı

Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadənin birgə ifa etdiyi "Nəyindən narahatsan" adlı duet artıq dinləyicilərə təqdim olunub. BİG.AZ xəbər verir ki, sənətçilərin yeni layihəsi ötən gün açıqlanmışdı. Üzeyir Mehdizadə sosial şəbəkə hesabında Alim Qasımovla birgə görüntülərini paylaşara

19 sentyabr
.

Rəqsanə İsmayılovaya ağır itki

Müğənni Rəqsanə İsmayılovaya ağır itki üz verib. Axşam.az xəbər verir ki, onun atası İsmayıl İsmayılov dünyasını dəyişib. Bu barədə şair Nazilə Səfərli sosial şəbəkədə paylaşım edib:. "Əziz dostum Rəqsanə İsmayılovaya atasının vəfatı ilə bağlı baş sağlığı verirəm. Allah rəhmət eləsin. Allah günahların

24 sentyabr
.

Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?

Xalq artisti Alim Qasımovun müğənni Üzeyir Mehdizadə ilə "Bu dünyanın nəyindən narahatsan" mahnısına duet oxuması son günlərin müzakirə olunan mövzularından birinə çevrilib. Duetin ərsəyə gəlməsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif iddialar yayılıb. Hətta Alim Qasımovun bu layihəyə görə bi

23 sentyabr
.

Rüfət bu yolla arıqlayır

Müğənni Rüfət Axundov arıqlaması ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, sənətçi üç həftədir pəhriz saxladığını bildirib. İfaçı bu haqda "Qonaqcanlı" proqramında danışıb. O, 3 həftəyə 4,5 kiloqram çəki atdığını deyib. "Hazırda 84 kiloqram olmuşam. Hədəfim 80-78 kiloqrama qədər düşməkdir

19 sentyabr
.

CeyLoya bənzərliyi ilə gündəm oldu - Fotolar

ABŞ-nin Minnesota ştatında oğurluq ittihamı ilə saxlanılan 35 yaşlı Sirena Enn Kuastın polis tərəfindən çəkilmiş fotosu sosial mediada böyük marağa səbəb olub. Səbəb isə onun məşhur müğənni və aktrisa Cennifer Lopezi xatırlatmasıdır. "Qafqazinfo"nun xəbərinə görə, hadisə Montiçello şəhərind

18 sentyabr
.

"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti

Xalq artisti Xalidə Quliyeva uşaqlıq illərindən və valideynlərini itirməsindən danışıb. xəbər verir ki, aktrisa bu barədə "Xəzər axşamı" verilişində söhbət açıb. O, 10 yaşında anasını, universitetə qəbul olduğu il isə atasının vəfat etdiyini bildirib:. "10 yaşımda anam dünyasını dəyişmişdi

25 sentyabr
.

Naomi Kempbell Bakıda - Video

Məşhur model Naomi Kempbell Azərbaycana gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə 56 yaşlı model sosial şəbəkə hesabında paylaşım edib. O, Bakıda Formula 1 oyunları münasibətilə təşkil olunan gecədə iştirak edib. Qeyd edək ki, bu, Naominin Bakıya ilk səfəri deyil. Belə ki, o, iki il əvvə

24 sentyabr
.

"Yeraltı"nın yayım tarixi bəlli oldu

Türkiyəli aktyorlar Devrim Özkan, Deniz Can Aktaş və Uraz Kayqılaroğlunun baş rollarını paylaşdığı "Yeraltı" serialının ikinci mövsümünün çəkilişlərinə start verilib. Axşam.az xəbər verir ki, serialın aktyor heyətinə İsmail Hacıoğlu da daxil olub. O, ekran işində "Bozo"nun düşmənin

13 sentyabr