Qızla günlük evdə görüşən ZƏNGİN KİŞİNİN acı aqibəti - Gürcüstana qaçan qatil...

Qızla günlük evdə görüşən ZƏNGİN KİŞİNİN acı aqibəti - Gürcüstana qaçan qatil...İstanbulda günlük kirayə mənzilində öldürülən və meyiti binanın boşluğuna atılan Murat Arpapayın qətli ilə bağlı yeni təfərrüat əldə edilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ittihamnamədə qeyd edildiyinə görə, bu cinayətdə şübhəli bilinən Muhterem Perçikli ifadəsində söyləyib ki, Murat Arpapay ilə digər müttəhimlər tərəfindən tanış edilib. Onlar gündəlik kirayəlik mənzilə gediblər və orda Murata hücum olub. Həmin zaman orada olan Doğan Muratı efirlə bayıldıb. Sonra cinayət əməlindəki digər iştirakçı Fateh əlindəki plastik qandalla mərhumun əllərini bağlayıb.

Hazırda bu cinayətlə bağlı istintaq tamamlanıb. 3-ü fərari olmaqla 5 təqsirləndirilən şəxsə ümumilikdə 36 il 3 aya qədər həbs cəzası istənilib. İttiham aktında qeyd olunub ki, Arpapayın əllərinin biləklərindən bağlı olduğu, başında və kürəyində döyülmə izlərinin olduğu aşkar edilib.

Hadisə ilə bağlı araşdırılan təhlükəsizlik kamerası görüntülərində Arpapayın yanında bir qadınla binaya daxil olduğu, qadının həmin gün binadan çıxdığı, lakin daha sonra 3 şübhəli şəxsin binaya daxil olduğu müəyyən edilib. İttihamnamədə Murat Arpapayla birlikdə binaya girən qadının Muhterem Perçikli olduğu da açıqlanıb.

Hadisə ilə bağlı ifadəsinin şübhəli qadın Muhterem Perçikli "Mərhumu tanımıram. Hadisənin baş vermə tarixindən təxminən bir həftə əvvəl Serpil Dəmir məni Şirinevlerdəki kafeyə apardı. Burada məni insanlarla tanış etdi. Azad, Fatih və Doğan məni zəngin, orta yaşlı bir kişi ilə tanış edəcəklərini dedilər. Onların sözlərinə görə, bu adamla internetdə tanış olub və özlərini qadın kimi təqdim ediblər" deyə söyləyib.

Muhterem Perçikli

Qız bir neçə gündən sonra Muratla kafedə görüşüb:

"Azad, Doğan və Fateh də eyni kafedə bizi izləyirdilər. Murat bir şey içdikdən sonra evə getdi. Biz Serpillə Azadın əvvəllər kirayə qaldıqları gündəlik mənzilə getdik. Murat mənzilə gələndə evdə Serpil, Doğan və Fateh var idi, Azad yoxuydu. Fatih və Doğan Murata hücum etdi. Doğan bir parça üzərinə tökdüyü efirlə Muratın ağzını bağladı. Murat buna müqavimət göstərdiyi üçün Fateh və Doğan tərəfindən döyüldü. Əllərini plastik qandallarla arxasına bağladılar. Fatehin əlində şpris gördüm. O, Murata iynə vurmağa çalışdı. Mən və Serpil qorxaraq o biri otağa keçdik. Bir müddət sonra otaqdan çıxanda Murat hərəkətsiz uzanmışdı.

Murat Arpapay

Fatih və Doğan, mənə dedi ki, birinə bir şey desən, axırın belə olacaq. Mənə təkidli telefon zəngi gəldiyi üçün çıxıb işə getdim. Dostum Serpillə işdən sonra görüşdüm. Serpil mənə dedi ki, kişi ölüb və meyiti yuxarı mərtəbənin pilləkənlərində qoyublar, Fatih və Doğan Kiprə qaçıblar, onlar evdə olarkən Azad qurbanın evindən külli miqdarda pul götürməyə gedib".

Azadın evdə pul tapa bilmədiyini də deyən Perçikli, "Bir neçə gün sonra Azad Serpili və məni Pendikə apardı" deyib. Qadını sözlərinə görə, onu təhdid ediblər ki, polis nəsə soruşsa, desin ki, həmin şəxslə internetdə tanış olub, ondan ayrılıb evə getdiyi zaman kişi arxasınca evə girib.

İttihamnamədə qeyd olunur ki, şübhəlilər Fatih Erginoğlu və Doğan Sarıyıldızın hadisədən bir gün sonra Şimali Kipr Türk Respublikasına daxil olduqlarının müəyyən edilib və barələrində həbs qərarı çıxarılıb. Azad ləqəbli digər təqsirləndirilən Ersen Başakın Gürcüstana getdiyi və onun barəsində qırmızı vərəqə ilə axtarış elan edildiyi bildirilir.

Bütün təqsirləndirilən şəxslərin ifadəsinə görə, Azad ləqəbli Ersen Başakın göstərişi ilə razılaşaraq zərərçəkmişi hadisə baş verdiyi mənzilə gətiriblər, zorla zərərsizləşdirib və evinin qarət edilməsi üçün birgə hərəkət ediblər. Zor tətbiqi zamanı isə zərərçəkən ölüb.

Məhkəmənin qəbul etdiyi ittiham aktı çərçivəsində şübhəlilər önümüzdəki günlərdə hakim qarşısına çıxacaq.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1389   Tarix: 06 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021
.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021
.

Bakıda "Toyota" piyadanı vuraraq ÖLDÜRDÜ

Bakıda yol-nəqliyyat hadisəsi olub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 10-u saat 9 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini A.Kamallı idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən paytax

11 sentyabr 2021
.

Gəmidə qadın sərnişinə qarşı törədilən İYRƏNC ƏMƏL - FOTO

Türkiyənin şəhərlərarası sərnişindaşıma gəmisində xoşagəlməz hadisə baş verib. -ın "DHA" agentliyinə istinadən məlumatına görə, İstanbuldan Bursaya gedən sərnişinlər arasında G.Ş adlı xanım səyahət sırasında yuxulayıb. Yusuf Yıldırım adlı sərnişin isə bundan istifadə edərək qadına qarşı əxlaqsı

17 sentyabr 2021
.

Bakıda əfqanıstanlı kişi 14 yaşlı qıza seksual zorakılıq etdi - MƏHKƏMƏ

Bakıda Əfqanıstan İslam Respublikasının vətəndaşı Rahimi Mahdinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baxılıb. Prosesdə zərərçəkmiş ifadələri dinlənilib. Zərərçəkmişlər ifadələrində bildiriblər ki, 1989-c

17 sentyabr 2021
.

Sabirabadda ağır qəza - Ölən və yaralılar var

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb. apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib. "Tofaş" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

12 sentyabr 2021
.

Nazir daha bir rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub. xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi polis polkovnik- leytenantı Azər Məmmədov vəzifəsindən azad olunaraq, Nərimano

11 sentyabr 2021
.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021
.

20 yaşlı oğlanın FACİƏVİ sonu: Özünü... - FOTO

Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb. -a istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb. Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdə

14 sentyabr 2021